Məhkəmə qərarları › İş №2(003)-2531/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2531/2023

12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2531/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona (abonent kodu: **********000250) əsassız hesablanmış 3124,28 (üç min yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 3124,28 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 3124,28 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübut etmək yükü cavabdehin üzərinə düşür. Bundan başqa Cavabdeh İB-nə müraciət edərək tərtib edilmiş aktların ona təqdim edilməsini tələb etsə də, ona bildirmişlər ki aktları yoxdur. Sözügedən qaz sayğacı çıxarılarkən Cavabdeh İB tərəfindən quraşdırılmış plomb həmin sayğacın üzərində tam şəkildə olmuşdur və həmin plomba heç bir müdaxilə edilməmişdir. Bu hal bir daha onun həmin qaz sayğacın müdaxilə etmək imkanının olmadığını göstərir. Buna baxmayaraq Cavabdeh İB tərəfindən ona əsassız olaraq 3124,28 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericlik normaların uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə məsuliyyət daşımır. Qeyd olunanlara əsasən Cavabdeh İB tərəfindən ona (abonent kodu: **********000250) əsassız hesablanmış 3124,28 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, həmin ünvanda 6 əddə dəmir soba olsa da onlardan yalnız birində qazdan istifadə olunur. Bundan başqa olan digər istilik avadanlıqlarının işlədilməsi üçün odundan və dizel yanacağından istifadə edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edib, iddiaçı hələ də eyni qaydada istifadəyə davam edir, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş zərərin hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3110,4 manat (25920 kub.m x 0,12 manat = 3110,4 manat) məbləğində pul borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00250 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2023-cü ilin yanvar ayınadək ümumilikdə cəmi 3124,28 manat (3110,4 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 13,88 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanında aparılmış yerli baxış zamanı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X5 Departamentinin Qazın balansı və satışı şöbəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyir. Təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının müəyyən edilməsi, həmin hallarının qarşısının alınması və belə halların aşkar olunması məqsədilə müdriyyətin təlimatı əsasında onlar tərəfindən reydlər keçirilir. Qeyd oluan ünvanda başqa qaz avadanlıqları olsa da quşçuluq sexi kimi istifadə olunan ərazidə 1 ədəd dəmir sobadan sayğacdan kənar qaz xəttindən istifadə olunmuşdur. Eyni zamnda yerli baxış zamanı qeyd olunan ünvanda yaşayış olmadığı, əvvəllər həmin ünvanda quşçuluq sexi kimi istifadə olunduğu və həmin ünvanda 6 ədəd dəmir sobanın olması müəyyən edilmişdir. Həmin dəmir sobalardan 5 ədədinin odundan və dizel yanacağından istifadə olunduğu, 1 ədədinin təbii qazdan istifadə üçün olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya həmin akt əsasında 3110,4 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun silinməsini tələb edir. Eyni zamanda iddaçının təbii qazdan istifadəyə görə ödənilməmiş 13,88 manat debitor borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmi qaydaların 6.5-1-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Cavabdeh həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, lakin həmin ünvanda yaşayış olmadığını, akt üzrə dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsini qəbul etməklə iddiaçını bu hissədə sübutetmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıa sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında 3110,4 manat ziyan hesablasa da, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni iddiaçının məhz 3110,40 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifadə nəticəsində məhz aktda qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır. İş materiallarından görünür ki, Cavabdeh İB-i tərəfindən itirilmiş qazın bərpası ilə əlaqədar heablama aparılarkən ümumilikdə İddiaçı 180 gün hesabı ilə, günlük 24 saat olmaqla dəymiş zərər hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı aktaa əsaslanmaqla itirilmiş qazın bərpası üçün 3110,40 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Respublikasının Mülki Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının ünvanında qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı ünvanda qanunsuz qaz xəttindən istifadə etsədə həmin akt üzrə hesablama aparılarkən akt üzrə orta günlük iş rejimi 24 saat olmaqla 180 gün üçün hesablanma aparılmışdır. Lakin məhkəmnə qeyd edir ki, mübahisəli üvana yerində baxış zamanı həmin ünvanda yaşayışın olmadığı müəyyən olunmuşdur. Lakin məhkəmə qaz qeyd oluna akt üzrə qaz avadanlığına görə orta günlük iş rejiminin 8 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab edir ki, dəymiş ziyan hesablanarkən 1440 kub metr (6x8x30=1440) təbii qaz itkisi müəyyən olunmaqla iddiaçıya 172,80 manat (1440 kub.metr x 0,12) manat mborcun iddiaçıya hesablanması ədalətli və ağlabatan hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 3110,40 manat borcun silinməsi hissəində qismən təmin edilməli abonent kodu **********00250 olan sayğaca hesablanmış 2937,60 manat borc silinməli iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı iddia tələbində 3124,28 manat borcu silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, həmin borcun 3110,40 manat sayğacdan kənar qaz xəttinə görə hesablnmış, 13,88 manatı isə təbbi qazdan istifadəyə görə yaranmış borcdur. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsində iddiaçı 13,88 manat borcun silinməsin xahiş etsədə həmin borc təbii qazdan istifadəyə görə yaranmış borcdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51.24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00250saylı sayğaca) hesablanmış 2937,6 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan 51,24 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar