Məhkəmə qərarları › İş №2(003)-2541/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2541/2025

03.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(003)-2541/2025 03.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, İsmayılova Esmira Addıxanovnanın katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh cavabdeh5 və onun nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh5 və digərlərinə qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 kompensasiya verilməklə onların ünvan 3 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi, əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 25000 (iyirmi beş min) manat kompensasiya verilməklə onların ünvan 2 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin öz əşyaları ilə birlikdə evdən çıxarılmaları, evin mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, bildirdi ki, iddiaçı Amid Əliyevin anası 2016-cı ildə bu evi Əhmədova Əzizədən alıb, lakin o gündən etibarən 10 ildir ki, iddiaçı mülkiyyət hüququndan istifadə edə bilmir. Bununla yanaşı sərəncam verə bilmir. Bu tip işlərdə iddiaçı ilə tərəflərin birlikdə yaşamaqları müəyyən olunsa da, iddiaçı və onun ailə üzvləri həmin mənzilə getsələr də onların üzərinə bıçaqla təzyiqlər olmuşdur. Hazırda iddiaçı və onun ailəsi kirayədə yaşayırlar. İddiaçı tərəfindən 25 000 manat miqdarında kompensasiya təklif olunsa da qarşı tərəf bununla razı deyil. Bu məbləğ verilən rəyin miqdarından da çox müəyyən olunmuşdur. Son olaraq iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatın çıxış kimi qəbul edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddia üzrə cavabdeh cavabdeh5 bildirmişdir ki, o, bu işləbağlı 10-11 ildir ki, məhkəmə prosesləri davam etdirilir, onun sübutları araşdırılmır, hər yerə müraciət etmişdir bu məsələ ilə bağlı iddianı qəbul etmir və heç bir kompensasiya məbləği ilə razı deyildirlər. Məhkəmə iclasında cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili vəkil1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, iddia üzrə iddiaçı və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5 və digərlərinə qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılma” tələbinə dair mülki işə ekspertiza rəyinin alınması qərara alınmışdır. ## ####### 2025-ci il tarixli Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin *** nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 90.10 kv.m-dən ibarət olan fərdi yaşayış evinin qiymətləndirmə tarixinə olan aylıq kirayə haqqı 250 manat müəyyən olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Həmin mənzili ## ######## 2016-cı ildə anasıƏhmədova Əzizə Əziz qızından almışdır. Lakin buna baxmayaraq cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxmamışdırlar. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb yaranmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma il müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbin əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəl şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsİ Plenumunun ## #### 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-d maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliya uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın ## #### 2006-c1 il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən İstifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu baxımdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh5 Səməd oğlu və digərlərinə təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Hazırki halda tərəflər istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləği ilə əlaqədar razılıq əldə etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 250 manat hesablandıqda təklif olunan kompensasiya məbləği cavabdeh5 Səməd oğlu və digərlərinə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. İddiaçı tərəfindən təklif edilən kompensasiya müvafiq məbləğdən 2 dəfə çoxdur. Məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçı tərəfinden ödənilməli olan kompensasiya məbləğini hazırki bazar qiymətlərinə uyğun 25000 manat müəyyən edərək, həmin məbləğin cavabdehlərə ödənilməsini iddiaçıya təklif etmiş, iddiaçı isə bu məbləğlə razılaşmışdır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarındakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyazadə küçəsi 2-ci keçid * saylı evdən istifadə hüquqlarına xitam verilməsi üçün məhkəmə tərəfindən müəyyən edilmiş 25000 manat kompensasiya məbləği ilə razılaşmışdır. Məhkəmə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün onlara iddiaçı tərəfindən təklif olunan bazar qiyməti ilə 25000 manat kompensasiyanı qənaətbəxş məbləğ hesab edir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan mülkiyyətçi kimi kompensasiya ödəməklə cavabdeh5 və qeyrilərinin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı tərəfindən 25000 manat məbləğində kompensasiya verilməklə cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, cavabdehlər fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı, qətnamə cavabdehlərin istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı İddiaçı tərəfindən 25000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamə cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar