Məhkəmə qərarları › İş №2(003)-2543/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2543/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2543/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs (əvvəlki adı: Əzizbəyov rayon X3 İcraiyyə Komitəsi) xx.xx.1988-ci il tarixli 01 saylı qərarının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın 1 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə ona torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın 1 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsinə dair sənəddə adı səhvən Gənci kimi qeyd edilmişdir. Həmin qərarda Ərizəçi ata adında yol verilmiş yalnışlıqla “Ərizəçi Gənci oğlu” kimi qeyd edilmişdir. Başqa sənədlərdə isə Ərizəçi Gənci oğlunun adı Əzizağa soyadı Əliyev, atasının adı Gəncəli kimi qeyd edilmişdir. Bununla bağlı Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, Əzizbəyov rayon XDS İK-nın 1 nömrəli xx.xx.1988-ci il tarixli ilə ona ayrılmış torpaq sahəsinə dair sənəddə ata adı səhvən Gənci yazılmasının düzəliş olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubu ilə cavab olaraq bildirmişdir ki, Əzizbəyov rayon XDS İK-nın 1 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair sənəddə səhvən yazılmış (ata adının ) “Gənci” adının “Gəncəli” kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədə uyğun hesab edilmişdir. 10 iyul 1979-cu il tarixli Bakı şəhəri Əzizbəyov rayon X4 tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadı Əliyev adı Əzizağa ata adı Gəncəli kimi qeyd edilmişdir. 04 noyabr 1989-cu il tarixli 866 sayla qeydə alınmış nikah haqqında şəhadətnamədə soyadı Əliyev adı Əzizağa ata adı Gəncəli kimi qeyd edilmişdir. xx.xx.2013-cü il tarixdə Xəzər rayon RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində soyadı Əliyev adı Əzizağa ata adı Gəncəli kimi qeyd edilmişdir. Belə ki, 10 iyul 1979-cu il tarixli Bakı şəhəri Əzizbəyov rayon X4 tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən, 04 noyabr 1989-cu il tarixli 866 sayla qeydə alınmış nikah haqqında şəhadətnamədən, xx.xx.2013-cü il tarixdə Xəzər rayon RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən də görünür ki, soyadı Əliyev adı Əzizağa ata adı Gəncəli kimi qeyd edilmişdir. O, Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 1 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair sənəddə səhvən yazılmış (ata adının) “Gənci” adının “Gəncəli” kimi düzəliş edilməsi ilə bağlı müraciət etsə də, buna nail ola bilməmiş, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də həmin evin dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Hazırkı ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin ona məxsus olmasının tanınması faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Ərizəçinin atasının adı Gəncəli olmuşdur. Hər zaman onu Gəncəli adında tanımışlar. Təxminən 2012ci il tarixdə vəfat etmişdir. Gənci adını heç vaxt eşitməmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon VVADQ şöbəsi tərəfindən verilmiş 408364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon VVADQ şöbəsi tərəfindən verilmiş V-ЖГ seriyalı 267606 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi nikahını bağlamışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 866 sayla qeyd edilmişdir. - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1 saylı qərarın təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Hacı oğluna Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının İ müavini tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Əzizbəyov rayon XDS İK-nın 1 saylı xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsində səhvən yazılmış Gənci adının Gəncəli kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməkləri məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Binə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Binə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar