Məhkəmə qərarları › İş №2(003)-2545/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2545/2021

31.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2545/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin faiktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 b saylı bağ sahəsinə bitişik, sahəsi 20 kv.m qeyri-yaşayış sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdehlər həmin bağ sahəsinin hasarına bitişik sahəsi təxminən 20 kv m olan ictimai-iaşə obyekti inşa etmiş və həmin obyekt faktiki olaraq istifadəsiz saxlanılmışdır. Cavabdehlər tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmış, həmçinin bağ sahəmin hasarını tikintinin arxa divarı kimi istifadə etmişdir. Bağının hasarının tikintinin divarı kimi istifadə edilməsi nəticəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki tamamilə bağlanmışdır. Qeyd etmişdir ki, bağ sahəmin hasarı köhnə tikili olduğundan həmin hasarın tamamilə sökülüb yeni hasar çəkilməsinə zərurət var. Belə ki, hasar qəzalı vəziyyətdədir, hər an uça bilər. Lakin cavabdelılər obyektin divarı kimi istifadə etdiyindən, hasarın yenidən işlənməsi mümkünsüzdür. Yaranmış problemlərlə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, onlar, obyektin sökülməsinə razılıq verməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlərə məxsus qeyri yaşayış sahəsinin arxa divarı iddiaçıya məxsus hasarın daşından istifadə edirlər və iddiaçı həmin hasarı söküb yenidən tikmək imkanını məhdudlaşdırır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildidi ki, mübahisəli obyekt 60 ildən çoxdur onların istifadəsindədir və bütün vergilər tərəfindən hər ay dövlətə ödənilib, yəni tam qanuni bir tikilidir çunki 60 ildən çoxdur heç bir qurum tərəfindən irad bələ bildirilməmişdir. İkincisi obyekt ailənin yəganə gəlir yeridir, O, işləmir atası pensiya alır, anası isə yüksək dərəcəli səkər xəstəsi gözdən əlil və 2 ci qrup əlil, agır xəstə, atası və anasının pensiyasi çatmir və sözü gedən tikili onların yeganə qazanc yeridir. İddiaçı bu torpaq sahəsini alanda artıq tikilini belə görüb və alqı-satqı torpağın indiki vəziyyətinə uyğun edilib və 2016-cı ildə əldə edəndə artıq belə yəni torpaq, indiki vəziyyətində idi həmçinin bundan əvvəlki sahibi 40 ilə yaxin onlarla mehriban şəraitdə yaşayıb və bununla bağlı aralarında heç bir mübahisə olmamışdır. Obyekt iddiaçı torpaq sahəsi mövcud olmamışdan əvvəl də fəaliyyətdə olub və hasar çəkiləndə artıq obyekt mövcud idi. İddiaçı onları məhkəməyə verməkdə əsas məqsədi onların obyektini sökdürüb hasarını 1 metrdən çox qabağa atıb həyətinin sahəsini obyektin sökülməsi həsabına qanunsuz olaraq genişləmdirməkdir. Həmin obyekti onun babası ötən əsrin 50-ci illərində Xəzər sanatoriyasi üçün tikib Qaravulçu otağı kimi istifadə olunmuş bir nəcə il sonra isə Xəzər sanatoriyasi atasına oranı vermiş və atası da köhnə KBON tərkibində xalqa xidmət göstərmişdir. Ən əsası isə məhkəmənin keçirdiyi yerində baxışla da müəyyən olundu ki iddiaçıya məxsus torpaq sahəsi onların obyektindən ayrılıqda mövcud olmaqla bir-birinə aidiyyətı və ya hər hansı maneəçiliyi yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,15 ha ibarət 210b saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının 0.15 ha torpaq sahəsi mülkiyyətindədir, torpaq sahəsinin hasarına bitişik cavadelərə məxsus qeyri yaşayış sahəsi mövcuddur. Qeyri yaşayış sahəsi hasarın tikintisindən əvvəl mövcud olmuşdur, lakin daşınmaz əmlakın dövlət reyesrtindən qeydiyyatdan keçməmişdir. Qeyri yaşayış sahəsi əvvələr mövcud olmuş Xəzər sanatoriyasının keşikçi otağı kimi fəaliyyətdə olmuş və cavadeh Cavabdeh1 keşikçi kimi orda işləmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə iddiaçının subyektiv və sərəncam vermək hüququ olmadığından, həmçinin qeyri-yaşyış sahəsi iddiaçının mülkiyyətində olan bağ sahəsinin hasarının tikintisindən cox əvvəllər mövcud olduğundan, habelə Cavabdeh1 Mərzə oğlu qeyri-yaşayış sahəsindən əvvələr fəaliyyət göstərmiş Xəzər sanatoriyasının keşikçi otağı kimi istifadə etdiyindən, sonradan ticarət köşkü kimi istifadə etdiyindən və buna müvafiq icra hakimiyyət orqanlarının etirz etməməməsi səbəbindən iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmçinin, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun mövcud iddia tələbi ilə çıxış etmək hüquqları da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Bundan başqa iddiaçı ərizəsində tələbin qeyri yaşayış sahəsinin piyadalar üçün nəzərdə tutulmuş səkini bağladından və bağ hasarının yenidən sökülüb tikilməsi zərurətindən irəli gəldiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə yerli baxış keçirmiş və qeyri yaşayış sahəsinin yerləşdiyi yerdən piyada səkinin keçmədiyini müəyyən etmişdir. Habelə məhkəmə tərəflərə barşiq uçün iddiaçıya məxsus bağın hasarını və qeyri yaşayış sahəsinin arxa divarını ayrı ayrı mişar daşdan tikməklə mübahisəni sülh yolu ilə həll edilməsini təklif etsə də iddiaçı bununla razılaşmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar