Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2549/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh Vaqif Kubatovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Vaqif Kubatova qarşı miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Vaqif Kubatova qarşı miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında 0,78 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 622,45 kv.m olan qeyri-yaşayış sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında 0,78 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 622,45 kv.m olan qeyri-yaşayış sahəsini miras əmlak olaraq sahiblik və idarə etməklə qəbul etməyi faktının tanınması, həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadatnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı Şəhəri 7 saylıX17 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vaqif Kubatov mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X9 xx xxxx 2001-ci ildə vəfat edib. Onunmülkiyyətində ünvan 1 ünvanında 0,78hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 622,45 kv.m olan qeyri-yaşayışsahəsi mövcuddur. Həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət Reyestrində mərhum anasının adına qeydiyyata alınıb. Anasının ondan və qardaşX21ndan başqa birinci dərəcəli vərəsəsi yoxdur. Digər vərəsəVaqif Kubatov miras payından iddiaçının xeyrinə imtina edib. X25 öldüyü günden etibarən miras əmlakına sahiblik edərək onu idarə etməyə başlamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamanin alınması üçün xx xxx 2020-ci il tarixdə Cavabdeh1nə ərizə ilə müraciət etmişdir. Cavabdeh 41 sayli xx xxx 2020-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə istinad edərək vərəsəlik hüququ haqqında şəhadətnaməni vermək imkanı olmadığını göstərib. Lakin cavabdeh nəzərə almayıb ki, anası X10öldüyü gündən miras əmlaka faktiki olaraq sahiblik və idarəni iddiaçı həyata keçirmiş,anasının ondan və qardaşı Vaqif Kubatovdan başqa birinci dərəcəli başqavərəsəsi yoxdur, miras əmlakın qəbulu ilə bağlı mübahisə açılmayıb. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Vaqif Kubatov iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında 0,78 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 622,45 kv.m olan qeyri-yaşayış sahəsi mərhum anasının adına rəsmiləşdirilmişdir. O, notariat orqanında mərhum anası-X3 qalmış miras əmlakdan ona çatası payı qəbul etməməsi və etmək fikri də olmaması barədə ərizə yazaraq bildirmişdir ki, həmin əmlaka dair heç bir iddiası yoxdur. O, sözügedən ərazidə tikinti işləri aparmış, lakin tikintini tamamlamamışdır. İddianın təmin edilməsinə etiraz etmədi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi ünvana yaxınlıqda yaşayır. O, 1992-ci ildən məcburi köçkün kimi orada məskunlaşmışdır. İddiaçı Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tez-tez gəldiyini görmüşdür. O, Həmçinin qeyri rəsmi olsada həmin ərziyə nəzarət edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi ünvana yaxınlıqda yaşayır. İddiaçı Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tez-tez gəldiyini görmüşdür. Həmçinin bildirmişdir ki, o, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin kənarlarına daş divar hörmüşdür. Həmin sahəyə faktiki sahiblik etməklə idarə etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Belə ki, işmateriallarına əlavə edilmiş, 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin Notariat Ofisində təsdiqlənmiş X12 ərizəsindən görünür ki, X21 xx.xx.2001-ci ildə vəfat etmiş anası-X3 qalmış miras əmlakdan ona çatası payı qəbul etməmiş və etmək fikri də yoxdur. Həmin əmlaka dair heç bir iddiası yoxdur. Gələcəkdə bununla bağlı məhkəmə orqanlarına müraciət etməyəcək. Bununla əlaqədar hər hansı məsələ və ya mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən aydın olur ki, xx.xx.2001-ci ildə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında 0,78 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 622,45 kv.m olan qeyri yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-ci maddəsinə əsasən (Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.) Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün İddiaçı qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamə vermək imkanı xaricindədir. Məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin atası qrafasında “X29”, anası qrafasında “X18” qeyd olunmuşdur. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Sevil Qərib qızı ilə xx xxxx 1977-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxx 2014-cü il tarixdə 580 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X22 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının anası X10 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Sübutların yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında yerləşən torpaq sahəsində girişdən sol tərəfdə pəncərələri sınıq, köhnə hündür tikili, girişdən mərkəz hissədə stifadə olunmayan hovuz, həmçinin girişdən sağda isə hündür yarımçıq tikilmiş tikili mövcuddur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvan tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş, xx.xx.1993-cü il tarixli aktın surətindən aydın olur ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin balansında olan "Gecə Sanatoriyasını" "Təranə" koorparativinin müddətsiz istifadəsinə verilməsinə dair bağlanmış müqaviləyə əsasən 622,45 kv.m olan inzibati bina və onun 0,78 hektar torpaq sahəsi qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş, xx xxxx 1995-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Təranə” koperativi mülkiyyətində olan 622,45 kv.m olan inzibati bina və onun 0,78 hektar torpaq sahəsini 50000000 manata (AZM) X1. Göründüyü kimi Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında torpaq sahəsində yerləşən tikili X7 mülkiyyəti olmuş olduğundan, mübahisəli əmlak miras əmlakı kütləsidir. Miras qoyan X7 vəsiyyətnamə qoyması məhkəmədə müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151-si maddəsinəəsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında olan torpaq sahəsində yerləşən (torpaq sahəsinə girişdən sol tərəfdə yerləşən köhnə tikili) daşınmaz əmlakmiras qoyan X7 ölüm məqamında mülkiyyətində olduğundan, iddiaçı miras qoyan X7 övladı olduğundan, Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında yerləşən daşınmaz əmlakmiras əmlak kütləsinə daxil olduğundan, eyni zamanda miras qoyanın vəfatından sonra iddiaçı tərəfindən həmin torpaq sahəsində yerləşən əmlaka faktiki sahiblik edilməklə idarəçilik etdiyindən ərizə əsaslıdır. Belə ki, Azərbaysan Respublikası Mülki Məsəlləsinin 1145-si maddəsinəəsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yenə həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, iddiaçı miras qoyanın qızı olduğundan, miras qalmış əmlaka qanun üzrə birinci növbəli vərəsədir. Belə ki, Azərbaysan Respublikası Mülki Məsəlləsinin 1159.1.1-si maddəsinəəsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi miras əmlakın vərəsəlik üzrə qəbul edilməsi üçün hüquqi əhəmiyyətə malikdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras qoyan X4 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, iddiaçının miras qoyan X4 miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır. Lakin, iddiaçı buna dair ona lazım olan sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.Anası X19qızının ölümündən sonra anasından miras qalmış Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında olan torpaq sahəsində yerləşən daşınmaz əmlaka sahiblik etməyə və həmin əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bundan əlavə məhkəmədə müəyyən edildi ki, X7 vərəsəsi Vaqif Kubatov miras əmlakdan, yəni Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında olan torpaq sahəsində yerləşən əmlakdan ona düşən paydan bacısı İddiaçı xeyrinə imtina etmişdir. Odur ki, ərizə qismən təmin edilərək,X4 miras qalmışBakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında olan torpaq sahəsində yerləşən daşınmaz əmlakınİddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər”. Məhkəmə iddia tələbinin vərəəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması hissəsi ilə bağlıqeyd edir ki, miras əmlakın faktiki qəbul edilməsi barədə qətnamə miras əmlak barəsində tərəflərin paylarına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və dövlət qeydiyyatına alınması üçün əsas olduğundan iddia tələbi "vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması" hissəsində təmin edilə bilməz. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X4 miras qalmış Bakı şəhəri Şüvəlan qəsəbəsi A.İldirım küçəsi ev 1 ünvanında olan torpaq sahəsində (torpaq sahəsinə girişin sol hissəsində yerləşən tikili) yerləşən daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2549/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2549/2020
10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver