Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2567/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi X4 nümayəndəsi və vəkili X17iştirakı ilə Ərizəçilər X8 və Ərizəçi2 notariusun qərarından şikayətə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər X8 və Ərizəçi2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X11 hərəkətlərinin «Vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması» hissəsində və «Notariat hərəkətini aparmaqdan həmin hissədə imtina edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,80 kv metr təşkil edən mənzil X2na məxsus olmuşdur. X2 xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Onun yeganə vərəsələri olaraq mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, bibilərindən miras qalmış əmlak xx.xx.2019-cu il tarixdə 2V-139 nömrə reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X15 - Ukrayna, Zaporojye vilayəti, Derdyansk şəhəri, Mendeleyev küçəsi, 3 (CB 615205, xx/xx/2002- Zaporojye vilayətində Ukrayna DİN, Berdyansk) verilmiş, xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X13 adına çıxarış rəsmiləşdirilmişdir. Hazırda cavabdehin hansı üsulla bu vəsiyyətnaməni əldə etməsi məsələsi araşdırılmır, ancaq həmin vəsiyyətnamədən istifadə etməklə əmlakı vərəsəlik haqqında şəhadətnamə alması, nəticədə reyestrdən çıxarış almaqla özününküləşdirilməsi faktı ortadadır. Onlar- vərəsələr, bu məlumatları araşdırarkən, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümmətov xx xxxx 2020-ci il tarixdə 124 nömrə ilə məktubla ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus Bakı şəhəri, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair X15 2V-139 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi ilə əlaqədar X13 adından Ukrayna Respublikası, Zaporojye vilayəti, Berdyansk şəhəri xüsusi notariusu N.V.Senatorova tərəfindən təsdiq edilmiş 371,372 reyestr nömrəli etibarnamə X6 adına rəsmiləşdirilərkən onun ata adı yanlış olaraq Naib oğlu yazılmışdır. X3 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi düzgün yazıldığından onun iştirakı ilə şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyəti müəyyən olunduğundan qeyd olunan nöqsan notariat ofisinin əməkdaşının və onların nəzərindən yayınmışdır. Vərəsəlik işində yeni halın açılmasını X13 adına verilmiş yuxarıda qeyd olunan mənzilə dair xx.xx.2019-cu il tarixli **********00-05101- 093029 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə xx.xx.2020-ci il tarixli 8İ-1174 nömrə reyestrlə təsdiq olunmuş rəsmi ərizəsini və etibarnamədə olan uyğunsuzluğu nəzərə alaraq X13 adına verilmiş qeyd olunan çıxarışın ləğv olunmasına sərəncam verməsini xahiş etmişdir. Eyni zamanda, X20 notarat ofisinə müraciət edərək onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Cavabdehin onlara ünvanladığı Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarda göstərilmişdir ki, o, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X14, Ərizəçi2 və Ərizəçi1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2ndan miras qalmiş Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov, B.10, M.29-dan mirasın qəbul edilməsi, onlara qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı təqdim edilən xx.xx.2020-ci il tarixli ərizələri və həmin ərizələrə əlavə edilmiş digər sənədləri nəzərdən keçirərək, müəyyən etmişdir ki, Ərizəçi2 və Ərizəçi1 ərizələrinə baxılarkən müəyyən olundu ki, X12 həqiqətən 14 09.2019-cu il tarixdə vəfat etmişdir. X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, B.10, M.29-a dair xx.xx.2019-ci il tarixdə 2V-139 reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X15 - Ukrayna, Zaporojye vilayəti Berdyansk şəhəri, Mendeleyev küçəsi, ev 3 (CB 615205, xx/xx/2002 - X7 Dini Berdyansk) verilmiş, xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfmdən X13 adına çıxarış rəsmiləşdirilmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi aşağıdakı səbəblərə görə mümkün deyil: vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxılmışdır; Bakı şəhəri, Səbail rayonu, S. Rüstəmov küçəsi, B.10, M.29-a dair Bakı şəhəri 31 saylı notariat ofis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-139 reyestrli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhkəmə tərəfindən ləğv edilməsi tövsiyyə edilir.» Xüsusi notarius «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə istinad etmiş, lakin hansı bəndinin kokret olaraq tələbinə istinad etdiyini açıqlamamışdır. Əgər imtina 1-ci bəndə, yəni hərəkətin qanuna zidd olması ilə əsaslandırılırsa, bu da səhvdir. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili X24 şikayətin təmin edilməsini xahiş etdi. Ərizəçi2 məhkəmə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, o, məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri 31 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır, buna görə də şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi1 Bakı şəhəri 31 saylı notariat ofisinə ünvanlanladığı ərizənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27, mənzil 61-də yaşamış xx.xx.2019-cu il tarixdə vəfat etmiş bibisi X5 qalmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 10, mənzil 29-da olan miras əmlakı qəbul edir. Ondan başqa vərəsə Ərizəçi2dur. İş materiallarında olan Ərizəçi2 Bakı şəhəri 31 saylı notariat ofisinə ünvanlanladığı ərizənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27, mənzil 61-də yaşamış xx.xx.2019-cu il tarixdə vəfat etmiş bibisi X5 qalmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 10, mənzil 29-da olan miras əmlakı qəbul edir. Ondan başqa vərəsə Ərizəçi1dır. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X10 xx.xx.2020-ci il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi qərarının surətindən görünür ki, Ərizəçi2 və Ərizəçi1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbindən imtina edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair xx.xx.2019-cu il tarixdə 2V-139 reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X15 verilmiş, xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X13 adına çıxarış rəsmiləşdirilmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbindən mümkün olmadığı bildirilməklə, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-139 reyestrli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxrışın məhkəmə tərəfindən ləğv edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-un mülkiyyətçisi X16r. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev vəsiyyətnamə üzrə vərəsəlikhüququ haqqında şəhadətnaməyə əsasən X15 verilmişdir, Ərizəçi2 və Ərizəçi1 isəvərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddəti buraxmışlar. Göstərilən xüsusatlarla bağlı notariat ofisi ərizəçilərə məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassızıdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndində göstərilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbindən mümkün olmadığından Bakı şəhəri 31 saylı notariat ofisi qanundan irəli gələn hüququndan istifadə etməklə düzgün olaraq imtina etmişdir. Buna görə də, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçilər X8 və Ərizəçi2 notariusun qərarından vermiş olduqları şikayət təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2567/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2567/2020
05.10.2020 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver