Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-563/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: notariat ofisi tərəfindən qəbul edilmiş notarial hərəkətlərin aparılmasından imtina edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı tərəfindən təqdim edilən sifariş müqaviləsinin notarial təsdiq edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmin məhkəmə işi üzrə çəkilmiş xərclərin və vəkilin xidmət haqlarının xüsusi notarius X7 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh müraciət edərək, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında kredit verilməsinə dair **-MCR-*-***-**/* saylı, ##.##.2025-ci il tarixli müqavilə bağlanaraq əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 110000 (bir yüz on min) manat kredit vəsaitinin ayrıldığını bildirmiş, həmin kredit hesabına fəaliyyət göstərdiyi ərazidə pərakəndə satışı təşkil etmək üçün daxili və xarici bazardan müxtəlif markalı nəqliyyat vaitələrinin və onların ehtiyyat hissələrinin alınaraq ona təhvil verilməsi ilə bağlı X2 ilə sifariş müqaviləsi bağlamaq niyyətində olduğunu qeyd etmişdir. Gələcəkdə sifarişçi və icraçı arasında hər hansı mübahisə yaranmaması və ya belə mübahisə yaranarsa, onun nizamlanmasını əvvəlcədən tənzimləmək məqsədilə həmin müqavilə əsasında kredit vəsaitinin notariusun depozit hesabına köçürülməsini, müqavilə təsdiq etdikdən sonra İcraçıya ödənilməsi məqsədi ilə banka müvafiq məktub verilməsini və ərizəsinə əlavə etdiyi (layihə) sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsini ##.##.2025-ci il tarixdə xahiş etmişdir. Onun xaişinə notarius şifahi imtina verdiyi üçün ##.##.2025-ci il tarixdə müvafiq sənədləri təqdim edərək notariusdan rəsmi yazılı imtina qərarı istəmişdir. Vətəndaşın həmin müraciəti əsasında Cavabdeh xüsusi notariusu X7 ##.##.2025-ci il tarixdə rəsmi imtina qərarı vermişdir. Xüsusi notariusun həmin qərarı ilə tanış olduqda tamamilə əsassız olduğu və aşağıda qeyd edilən səbəblərdən ləğv edilməli olduğu müəyyən edilmişdir. Bəhs edilən qərarda xüsusi notarius əsasən 3 arqument üzərindən çıxış edərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 7-ci hissəsinə istinad edərək qanunvericiliyi tamamilə səhv tətbiq etmişdir. Həmin normada göstərilir ki, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. İddiaçı avtomobil və onların ehtiyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olur, bu fəliyyəti genişləndirmək məqsədilə bankdan hər günə görə faizini ödədiyi kredit götürmüş, bunu təsdiq edən bütün sənədlər notariusa təqdim edilmişdir. Lakin buna baxmayaraq notarius onun haqlı müraciətinə etiraz etmişdir. İddiaçının məqsədi avtomobillərin və onların ehtiyat hissələrinin xarici ölkələrdə internet resursları üzərindən keçirilən açıq hərraclardan (“Copart”, “autotrayding” “mobile de” və s.) markası bəlli olan avtomobilləri (zədəli və zədəsiz) və onlara uyğun ehtiyat hissələrini alıb Azərbaycana idxalını təşkil etməkdir. Bu məqsədlə həmin hərraclarda üzvlüyü və profesional səviyyəsi olan icraçı ilə müqavilə bağlamaq istəmişdir. Həmin hərraclar real vaxt rejimində, gecə saatlarında keçirilir və ödənişi dərhal edilməlidir. Belə bir məqsədi həyata keçirmək üçün iddiaçı külli miqdarda vəsaiti icraçıya təqdim edirsə, bunun rəsmi həyata keçirilməsini istəmişdir. Xüsusi notarius imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsinin məcburiliyi qanunvericikdə müəyyən edilməmiş, tərəflər həmin müqaviləni sadə yazılı formaya riayət etməklə rəsmiləşdirib nəzərdə tutulmuş hüquq və vəzifələri üzrə qeyd olunan kredit vəsaitini qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə köçürə bilməsi istisna deyildir (4-cü abzas 1-ci cümlə). “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Lakin notariusun yuxarıda qeyd olunan yanaşmasından belə başa düşülür ki, notariuslar yalnız təsdiqinin notarial olmasının vacibliyi qeyd edilən əqdləri təsdiq edə bilərlər, digər əqdlər qanunvericiliyin tələblərinə uyğun olsa da bunu notarius təsdiq edə bilməz. Belə əqdlər tərəflər arasında sadə yazılı formaya əməl etməklə bağlansa kifayət edir. Xüsusi notariusun həmin interpretasiyası notariat sisteminin mahiyyəti ilə daban-dabana ziddir. Tərəflər üçün qiyməti 110000 manat olan müqavilə xüsusi əhəmiyyət kəsb etdiyindən gələcəkdə məhkəməyə qədər mübahisələrin qarşısının alınması üçün, bu razılaşmanı notarial qaydada təsdiq etdirməyi arzu etmiş, müqavilə şərtlərini özləri tərtib etmiş və layihəni notariusa təqdim etmişlər. Bunu ona görə etmişlər ki, gələcəkdə həmin əqdin hər hansı kənar təsir altında bağlanması mübahisə predmeti olmasın. Hətta xahiş etmişlər ki, həmin müqavilənin ödənişi də notariusun depozit hesabı vasitəsilə həyata keçirilsin. İddiaçının notarial təsdiqini tələb etdiyi əqdin və ya onun hər hansı bəndinin mövcud qanunvericiliyə uyğun olmayan şərti müəyyən edilməmişdir. Bəlkə də bu, ən bəsit sifariş müqaviləsidir. Xüsusi notarius imtina qərarını “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinin 2-ci bəndi ilə əsaslandırmamış, həmin norma ilə üzərinə düşən vəzifələri icra etməmişdir. Xüsusi notarius öz qərarında göstərir ki, eyni zamanda notariusun depozit hesabı vasitəsi ilə hesablaşmaların hansı əqdlər üçün nəzərdə tutulmasının məqsədi 2000-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə ## #### 2018-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş və göstərilmişdir ki, daşınmaz əmlaka və rəsmi reyestrdə qeydə alınan daşınar əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi notariusun bankda açılan depozit hesabının təyinatı müəyyən edilmiş, bu təyinatlarda qeyd olunan müqavilənin təsdiq edilərək pul məbləğinin ödənilməsinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Xüsusi notarius hesab etmişdir ki, depozit hesabı yalnız daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması zamanı istifadə oluna bilər. Halbuki, nə maddi hüquq normalarında, nə də həmin təlimatda depozit hesabın digər əqdlər üzrə istifadə edilməsi qadağan edilməmişdir. Qanunverici məcburi istifadə hallarını sadalamışdır, qanunla yol verilən digər əqdlərin ödənilməsi üçün istifadəsini isə qadağan etməmişdir. İddiaçının istəyi bundan ibarət olmuşdur ki, əqd üzrə borclu tərəf kimi özünə məxsus olan vəsaiti depozitə qəbul edib kreditora (icraçıya) təqdim etsin. Daha sonra xüsusi notarius heç bir əsas olmadan o qənaətə gəlmişdir ki, tərəflərin həqiqi niyyəti guya həmin əqdi bağlamaq deyil, kredit şəklində ayrılmış pul vəsaitlərinin nağdlaşdırılması cəhdləridir, yəni təqdim olunan əqd yalan əqddir. İddiaçı bankla kredit müqaviləsi bağlayıb, faiz ödəmək öhdəliyi yarandığı vaxtdan həmin kredit vəsaitinin təyinatı üzrə sərəncamçısına çevrilmişdir. Bu da o deməkdir ki, iddiaçı qanunla mülki dövriyyəsi qadağan olunmayan istənilən şəxslə istənilən müqavilə münasibətlərinə daxil olub öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təmin edə bilər. Eyni zamanda, imtina qərarının kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi hissəsinə gəldikdə qeyd olunmalıdır ki, notariusun bank tərəfindən verilən kredit vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət etmək və ya hər hansı bir formada müdaxilə etmək kimi bir hüququ və saləhiyyəti yoxdur, bu səlahiyyət yalnız kredit təşkilatındadır ki, bu halda da pulun vaxtından əvvəl geri tələb etmək hüququ yaradır. İmtina qərarının təqribən yarısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının sadalanmasına sərf edilmişdir. Təklif olunan əqdin heç bir cinayətlə əlaqəsi olmadığı kimi, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ##.##.2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”lə də heç bir ziddiyyəti yoxdur. Bu qanunlardan arqument kimi istifadə olunması ümumiyyətlə, başa düşülən deyil. Nə iddiaçı cinayət yolu ilə əmlak əldə edib, nə də icraçı olan şəxs Maliyyə Monitorinqi Xidmətinin təsdiq etdiyi hər hansı siyahəda şəxsən və ya vətəndaşlıq mənsubiyyəti üzrə qeydə alınmamışdır. Xüsusi notariusun qərarında da bu qanunlara əsaslanmanın dəlilləri ümumiyyətlə izah edilməmiş, təklif olunan əqdə aidiyyatı müəyyən edilməmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia təmin edilmiş, müqavilənin təsdiq edilməsindən imtina olunması barədə Cavabdeh ##.##.2025-ci il tarixli qərarınln ləğv edilməsi, İddiaçı tərəfindən təqdim edilən sifariş müqaviləsinin notarial təsdiq edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17,25 manat pulun Cavabdeh xüsusi notariusu X7 tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı ilə N.R.Aslanov arasında bağlanmış sifariş müqaviləsi mülki qanunvericiliyin tələblərinə cavab verir, ona zidd deyildir. Belə olan halda, notariusun bu əqdi təsdiq etməkdən imtina etməsi qanunsuzdur. Depozit hesabı yalnız daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması zamanı istifadə oluna bilər. Halbuki nə maddi hüquq normalarında, nə də həmin təlimatda həmin depozit hesabın digər əqdlər üzrə də istifadə edilməsi qadağan edilməmişdir. Təqdim olunmuş sifariş müqaviləsinin uydurma əqd olması barədə iş materiallarında hər hansı tutarlı sübut yoxdur, yəni bu barədə dəlil əsassızdır. Qüvvədə olan qanunvericiliyə görə sifariş müqaviləsi sadə yazılı formada bağlana bilər, yəni belə əqdlərin notarial qaydada təsdiqlənməsi tələb olunmur. Deməli, qanunvericilik bu müqavilələrin bağlanmasına sərbəstlik verib, çünki bu cür əqdlərdə şübhəlilik yoxdur. Notariusun bu cür imtina qərarı nəticəsində sahibkarlar daha şəffaf və etibarlı olan notariat qaydasından məhrum olurlar. Bunun nəticəsində isə mülki dövriyyəyə süni maneələr yaradılır və ölkə iqtisadiyyatına zərər vurulur.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 390.1-ci maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə, ,“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə ## #### 2018-ci il tarixli Nazirlər Kabinetinin Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh X3 tərəfindən apellaysiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan Sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsinin məcburiliyi qanunvericikdə müəyyən edilməmiş, tərəflər həmin müqaviləni sadə yazılı formaya riayət etməklə rəsmiləşdirib nəzərdə tutulmuş hüquq və vəzifələri üzrə qeyd olunan kredit vəsaitini qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə köçürə bilməsi istisna deyil. Eyni zamanda notariusun depozit hesabı vasitəsi ilə hesablaşmaların hansı əqdlər üçün nəzərdə tutulması məqsədi ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə ## #### 2018-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş və göstərilmişdir ki, daşınmaz əmlaka və rəsmi reyestrdə qeydə alınan daşınar əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlak – Azərbaycan Respublikasının Cinayə Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlərdir. 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 1.1.9-cu maddəsinə əsasən qeyrimaliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. 3.1.2.1-ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə Bu Qanunun tələbləri tətbiq olunur. 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. 4.4-cü maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 4.4.1. bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər; 4.4.2. şəxsin müştərinin və ya digər şəxsin adından fəaliyyət göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətinin olub-olmamasını müəyyən etməli, həmin şəxsi eyniləşdirməli və eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər; 4.4.3. benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər; 4.4.4. işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; 4.4.5. bu Qanunun 4.4.1–4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar; 4.10-cu maddəsinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. 4.11-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında və risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ##.##.2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in 2.1.1.7-ci yarımbəndinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarları (indikatorlar)" hazırlanmış, ##.##.2023-cü il tarixdə notariuslar tərəfindən əmrlə təsdiq edilmişdir. ##.##.2024-ci il tarixdə notariuslar tərəfindən əmrlə təsdiqlənmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə notarius tərəfindən tətbiq edilən daxili nəzarət proqramının 2.5-ci bəndinə görə notariuslar Qanuna və müvafiq normativ xarakterli aktlara əsasən təsdiq edilmiş şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarından (indikatorlardan) istifadə etməlidirlər. Bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, gələcəkdə sifarişçi və icraçı arasında hər hansı mübahisə yaranmaması və ya belə mübahisə yaranarsa, onun nizamlanmasını əvvəlcədən tənzimləmək məqsədilə həmin müqavilə əsasında kredit vəsaitinin notariusun depozit hesabına köçürülməklə olması qanuna uyğun hesab etmişdim. Lakin notarius şifahi imtina verdiyi üçün ##.##.2025-ci il tarixdə müvafiq sənədləri təqdim edərək notariusdan rəsmi yazılı imtina qərarı istəmişdir, müraciəti əsasında Cavabdeh xüşusi notariusu X7 ##.##.2025-ci il tarixdə rəsmi imtina qərarı vermişdir. Xüsusi notariusun həmin qərarı ilə tanış olduqda tamamilə əsassız olduğu və aşağıda qeyd edilən səbəblərdən ləğv edilməli olduğu müəyyən edilmişdir. Bəhs edilən qərarda xüsusi notarius əsasən 3 arqument üzərindən çıxış edərək, "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 7-ci hissəsinə istinad edərək qanunvericiliyi tamamilə səhv tətbiq etmişdir. Həmin normada göstərilir ki, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. İddiaçı avtomobil və onların ehtiyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olur, bu fəliyyəti genişləndirmək məqsədilə bankdan hər günə görə faizini ödədiyi kredit götürmüş, bunu təsdiq edən bütün sənədlər notariusa təqdim edilmişdir. Lakin buna baxmayaraq notarius onun haqlı müraciətinə etiraz etmişdir. Məqsədim avtomobillərin və onların ehtiyat hissələrinin xarici ölkələrdə internet resursları üzərindən keçirilən açıq hərraclardan ("Copart", "autotrayding" "mobile de" və s.) markası bəlli olan avtomobilləri (zədəli və zədəsiz) və onlara uyğun ehtiyat hissələrini alıb Azərbaycana idxalını təşkil etməkdir. Bu məqsədlə həmin hərraclarda üzvlüyü və profesional səviyyəsi olan icraçı ilə müqavilə bağlamaq istəmişdir. Həmin hərraclar real vaxt rejimində, gecə saatlarında keçirilir və ödənişi dərhal edilməlidir. Belə bir məqsədi həyata keçirmək üçün o, külli miqdarda vəsaiti icraçıya təqdim edir, bunun rəsmi həyata keçirilməsini istəyir, Xüsusi notarius imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsinin məcburiliyi qanunvericikdə müəyyən edilməmiş, tərəflər həmin müqaviləni sadə yazılı formaya riayət etməklə rəsmiləşdirib nəzərdə tutulmuş hüquq və vəzifələri üzrə qeyd olunan kredit vəsaitini qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə köçürə bilməsi istisna deyildir (4-cü abzas 1-ci cümlə). "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Lakin notariusun yuxarıda qeyd olunan yanaşmasından belə başa düşülür ki, notariuslar yalnız təsdiqinin notarial olmasının vacibliyi qeyd edilən əqdləri təsdiq edə bilərlər, digər əqdlər qanunvericiliyin tələblərinə uyğun olsa da bunu notarius təsdiq edə bilməz. Belə əqdlər tərəflər arasında sadə yazılı formaya əməl etməklə bağlansa kifayət edir. Xüsusi notariusun həmin interpretasiyası notariat sisteminin mahiyyəti ilə dabandabana ziddir. Tərəflər üçün qiyməti 110000 manat olan müqavilə xüsusi əhəmiyyət kəsb etdiyindən gələcəkdə məhkəməyə qədər mübahisələrin qarşısının alınması üçün, bu razılaşmanı notarial qaydada təsdiq etdirməyi arzu etmiş, müqavilə şərtlərini özləri tərtib etmiş və layihəni notariusa təqdim etmişlər. Bunu ona görə etmişlər ki, gələcəkdə həmin əqdin hər hansı kənar təsir altında bağlanması mübahisə predmeti olmasın. Hətta xahiş etmişdir ki, həmin müqavilənin ödənişi də notarriusun depozit hesabı vasitəsilə həyata keçirilsin. Onun notarial təsdiqini tələb etdiyi əqdin və ya onun hər hansı bəndinin mövcud qanunvericiliyə uyğun olmayan şərti müəyyən edilməmişdir. Bəlkə də bu ən bəsit sifariş müqaviləsidir. Xüsusi notarius imtina qərarını "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinin 2-ci bəndi ilə əsaslandırmamış, həmin norma ilə üzərinə düşən vəzifələri icra etməmişdir. Xüsusi notarius öz qərarında göstərir ki, eyni zamanda notariusun depozit hesabı vasitəsi ilə hesablaşmaların hansı əqdlər üçün nəzərdə tutulmasının məqsədi 2000-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə ## #### 2018-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş və göstərilmişdir ki, daşınmaz əmlaka və rəsmi reyestrdə qeydə alınan daşınar əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi, notariusun bankda açılan depozit hesabının təyinatı müəyyən edilmiş, bu təyinatlarda qeyd olunan müqavilənin təsdiq edilərək pul məbləğinin ödənilməsinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Xüsusi notarius hesab etmişdir ki, depozit hesabı yalnız daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması zamanı istifadə oluna bilər. Halbuki, nə maddi hüquq normalarında, nə də həmin təlimatda depozit hesabın digər əqdlər üzrə istifadə edilməsi qadağan edilməmişdir. Qanunverici məcburi istifadə hallarını sadalamışdır, qanunla yol verilən digər əqdlərin ödənilməsi üçün istifadəsini isə qadağan etməmişdir. Onun istəyi bundan ibarət olmuşdur ki, əqd üzrə borclu tərəf kimi özünə məxsus olan vəsaiti depozitə qəbul edib kreditora (icraçıya) təqdim edim. Daha sonra xüsusi notarius heç bir əsas olmadan o qənaətə gəlmişdir ki, tərəflərin həqiqi niyyəti guya həmin əqdi bağlamaq deyil, kredit şəklində ayrılmış pul vəsaitlərinin nağdlaşdırılması cəhdləridir, yəni təqdim olunan əqd yalan əqddir. Mən bankla kredit müqaviləsi bağlamışam, faiz ödəmək öhdəliyi yarandığı vaxtdan həmin kredit vəsaitinin təyinatı üzrə sərəncamçısına çevrilmişdir. Bu da o deməkdir ki, o, qanunla mülki dövriyyəsi qadağan olunmayan istənilən şəxslə istənilən müqavilə münasibətlərinə daxil olub öz sahibkarlıq fəaliyyətimin həyata keçirilməsini təmin edə bilər. Eyni zamanda, imtina qərarının kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi hissəsinə gəldikdə qeyd olunmalıdır ki, notariusun bank tərəfindən verilən kredit vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət etmək və ya hər hansı bir formada müdaxilə etmək kimi bir hüququ və saləhiyyəti yoxdur, bu səlahiyyət yalnız kredit təşkilatındədır ki, bu halda da pulun vaxtından əvvəl geri tələb etmək hüququ yaradır. İmtina qərarının təqribən yarısı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarının sadalanməsına sərf edilmişdir. Təklif olunan əqdin heç bir cinayətlə əlaqəsi olmadığı kimi, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ##.##.2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"lə də heç bir ziddiyyəti yoxdur. Bu qanunlardan arqument kimi istifadə olunması ümumiyyətlə, başa düşülən deyil. Nə mən cinayət yolu ilə əmlak əldə edib, nə də icraçı olan şəxs Maliyyə Monitorinqi Xidmətinin təsdiq etdiyi hər hansı siyahıda şəxsən və ya vətəndaşlıq mənsubiyyəti üzrə qeydə alınmamışdır. Xüsusi notariusun qərarında da bu qanunlara əsaslanmanın dəlilləri ümumiyyətlə izah edilməmiş, təklif olunan əqdə aidiyyatı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbi tamamilə əsaslı olduğundan, apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarılmasını xahiş edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Cavabdeh Cavabdeh notariusu X3 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. İş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək iş həcminin çoxluğu ilə əlaqədar nünayəndənin iştirakı olmadan işə baxılmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Cavabdeh ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçının təqdim etdiyi sifariş müqaviləsinin təsdiq edilməsindən imtina edilmişdir.
14. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı avtomobillərin sərgi salonlarının fəaliyyəti növü üzrə vergi ödəyicisi kimi qeydə alınmışdır.
15. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2025-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank ona əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 faiz qaytarmaq şərtilə 24 ay müddətinə 110000 manat borc pul verməyi öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 160-1. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Tərəflər müqavilə ilə bağlı məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür və ərizəni daxil olan sənədlərin qeydə alınması kitabında qeydə alır.
18. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunu 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
19. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
22. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh müraciət edərək, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə kredit verilməsinə dair **-MCR-*- ***-**/* saylı, ##.##.2025-ci il tarixli müqavilə bağlandığını, həmin müqavilətə əsasən 110000 (bir yüz on min) manat kredit vəsaitinin ayrıldığını, həmin kredit hesabına fəaliyyət göstərdiyi ərazidə pərakəndə satışı təşkil etmək üçün daxili və xarici bazardan müxtəlif markalı nəqliyyat vaitələrinin və onların ehtiyyat hissələrinin alınaraq ona təhvil verilməsi ilə bağlı X2 ilə sifariş müqaviləsi bağlamaq niyyətində olduğunu, buna görə də həmin müqavilə əsasında kredit vəsaitinin notariusun depozit hesabına köçürülməsini, müqavilə təsdiq etdikdən sonra icraçıya ödənilməsi məqsədi ilə banka müvafiq məktub verilməsini və X2 ilə onun arasında bağlanmış sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh notariusu isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 7-ci hissəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a və Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək, notariat əməliyyatının aparılmasından imtina etmişdir.
23. Birinci instansiya məhkəməsi sifariş müqaviləsinin uydurma əqd olması barədə iş materiallarında hər hansı tutarlı sübut olmamasını, kredit müqaviləsi üzrə verilməli olan məbləğin notariusun depozit hesabı vasitəsi ilə verilməsinin qanunla qadağan olunmamasını əsas gətirərək, iddianı təmin etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, iddiaçı X2 ilə bağladığı sifariş müqaviləsinə istinad etsə də həmin müqavilənin surətini məhkəməyə təqdim etməmişdir. Müqavilənin surətinin məhkəməyə təqdim edilməsi, həmçinin iş üzrə bir sıra sual yaradan halların aydınlaşdırılması üçün məhkəmə iclası dəfələrlə təxirə salınsa da iddiaçı məhkəmə kollegyiasının iclaslarına gəlməmişdir. Buna görə də müqavilənin növünün, məzmununun və şərtlərinin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır.
25. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının marağı yalnız X2 ilə bağladığı sifariş müqaviləsinin notairal təsdiqinə nail olmaqdan ibarət olmamışdır. İddiaçının marağı yalnız müqaviləni notarial qaydada təsdiq etdirmək olduğu təqdirdə notariusun imtinası “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 45-ci maddəsinin birinci abzasına əsasən əsassız və qanunsuz hesab oluna bilərdi. Lakin, iş materiallarından müəyən edilir ki, iddiaçı ilk öncə müqavilə əsasında kredit vəsaitinin notariusun depozit hesabına köçürülməsini, müqavilə təsdiq edildikdən sonra icraçıya ödənilməsi məqsədi ilə banka müvafiq məktub verilməsini və X2 ilə onun arasında bağlanmış sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının məqsədi kredit vəsaitinin notariusun depozit hesabına köçürülməsi və icraçıya ödənilməsi üçün banka müvafiq məktub verilməsi ilə sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsindən ibarət olmuşdur. Kredit verən bank sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmaqla, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı da sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs qismində bankıa kredit müqaviləsi bağlamış və müqavilə üzrə kreditinin təyinatı əsas və dövriyyə vəsaitlərinin artırılması olmuşdur. Sifariş müqaviləsinin digər tərəfi X2 isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olub-olması isə məlum olmamışdır. Hərçənd ki, iddiaçının iddiasına əsasən pul məbləğinin ona ödənilməsinin məqsədi də onun tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Yuxarıda istinad olunan “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanun tələbinə əsasən isə hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilir. Odur ki, iddiaçıya verilməli olan kredit məbləği icraçıya verilməsi üçün notariusun müvafiq tapşırığına əsasən notariusun depozit hesabına deyil, iddiaçının öz bank hesabına köçürülmə yolu ilə həyata keçirilməli idi. Lakin, iddiaçının tələblərindən görünür ki, o, bank tərəfindən tərəfindən verilən kredit məbləğinin birbaşa notarisun depozit hesabına köçürülməsi və notariusun depozit hesabı vasitəsi ilə icraçı tərəfindən nağdlaşdırması niyyətində olmuşdur. Digər tərəfdən yuxarıda istinad olunan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinə əsasən daşınmaz əmlaka və rəsmi reyestrdə qeydə alınan daşınar əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Kredt müqaviləsi üzrə pul məbləğinin notariusun depozit hesabı vasitəsi ilə kredit alana və ya üçüncü şəxsə verilməsi qanunvericiliyin tələbinə zidd olmuşudur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müqavilə əsasında kredit vəsaitinin notariusun depozit hesabına köçürülməsi, müqavilə təsdiq edildikdən sonra icraçıya ödənilməsi məqsədi ilə banka müvafiq məktub verilməsi və bağlanmış sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsi ilə əlaqədar notariat hərəkətlərinin aparılmasından imtinası əsaslı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyərək, iddianı təmin edilməklə, düzgün olmayan nəticəyə gəlmişdir.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəlinmiş nəticə işin hallarına uyğun olmamış, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.