Məhkəmə qərarları › İş №2(5-157)-271/2026

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(5-157)-271/2026

03.03.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(5-157)-271/2026 03.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2001-ci il tarixdə vəfat etmiş anası - X1 miras qalmış Şamaxı rayonu, Qurdtəpə kəndi ərazisində yerləşən JN-125 saylı, 41013058 kodlu Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən, anasına məxsus olmuş torpaq sahəsinə onun adına vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etməsinin qanunsuz hesab olunması və ona bu torpağa vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarı əlavə olunmamışdır. İş materiallarına notariat əməliyyatı aparmaqdan imtina haqqında qərar olaraq notariat ofisinin xx.xx.2026-cı il tarixli, 315 nömrəli məktubu əlavə edilmişdir. Həmin məktub isə notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtinası kimi qiymətləndirilə bilməz. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət” tələbinə dair iddia mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya müvafiq notariat orqanına müraciət etməli olması, onun müraciətindən imtina edildikdə isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə notariat orqanının yerləşdiyi yerin məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (qəbz nömrəsi: 10350, əməliyyat İD: **********, GPP qəbz nömrəsi: ********** olan) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (qəbz nömrəsi: 10350, əməliyyat İD: **********, GPP qəbz nömrəsi: ********** olan) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar