Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(5-123)-51/2026 13.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi ilə məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi, Göyçay rayon Notariat Ofisinin notariusu X28 maraqlı şəxs qismində cəlb edilməklə, notariat hərəkətinin aparılmasından imtina ilə bağlı şikayəti üzrə mülki işə məhkəmənin inzibati binasında keçirilmiş açıq məhkəmə iclasında baxaraq, məhkəmə üəyyən etdi: Ərizəçi məhkəməyə təqdim etdiyi ərizədə Göyçay rayon Notariat Ofisinin notariusu X16 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz hesab edilməsini xahiş etmişdir. Ərizəçi həmçinin X1 miras qalmış Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən torpaq sahəsinə münasibətdə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə zəruri notariat hərəkətlərinin həyata keçirilməsi vəzifəsinin müvafiq notariat orqanına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, mərhum atası X17 ilə mərhum X4 rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan ərizəçi və onun bacı-qardaşları doğulmuşdur. X4 1969-cu ildə vəfat etmişdir. Bundan sonra atası X17 xx.xx.1970ci il tarixdə X26 ilə rəsmi nikah bağlayaraq ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan övladları olmamışdır. X18 5 sentyabr 2004-cü il tarixdə, atası X17 isə 25 oktyabr 2006-cı il tarixdə vəfat etmişdir. X9 vəfatından sonra ona məxsus Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən torpaq sahəsi atası X17 tərəfindən faktiki olaraq sahibliyə və idarəetməyə qəbul edilmiş, həmin əmlak qorunmuş və öz əmlakı kimi saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********89 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, qeyd olunan torpaq sahəsi Ərizəçi, X19, X20, X10, X11 və X9 ümumi birgə mülkiyyətində olmuşdur. Ərizəçi bildirir ki, X9 vəfatı zamanı onun birinci növbə üzrə vərəsəsi X17 olmuşdur. Sonuncunun vəfatından sonra miras qalmış Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən torpaq sahəsi onun tərəfindən faktiki olaraq qəbul edilmiş və həmin əmlak üzərində sahiblik və istifadə hüquqları həyata keçirilmişdir. Ərizəçi miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması məqsədilə Göyçay rayon Notariat Ofisinə müraciət etmiş, lakin 5 yanvar 2026-cı il tarixdə notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək bildirmişdir ki, o, uzun müddətdir Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən 1,499 ha torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsi onun, arvadı X10, övladları X19 və X20, habelə vəfat etmiş atası X11 və atasının ikinci nikahdan arvadı X9 ümumi birgə mülkiyyətində olmuşdur. X3 5 sentyabr 2004-cü il tarixdə vəfat etdikdən sonra atası X17 həmin torpaq sahəsindən istifadə etmiş, 25 oktyabr 2006-cı il tarixdə atası vəfat etdikdən sonra isə o özü həmin torpaq sahəsindən istifadə edərək ona qulluq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan da görünür ki, qeyd olunan torpaq sahəsi onun ailə üzvləri tərəfindən istifadə olunmuş, X11 digər qanun üzrə vərəsələri isə onun vəfatından sonra həmin torpaq sahəsindən istifadə etməmiş və hazırda həmin əmlakla bağlı hər hansı tələb irəli sürməmişlər. Bu səbəbdən ərizəçi həmin torpaq sahəsi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə notariusun qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs üzrlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar Ərizəçi, X19, X20, X10, X11 və X9 ümumi birgə mülkiyyətindədir.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş AN № 931391 nömrəli torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən görünür ki, **********89 reyestr nömrəsinə əsasən Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən 1.499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi ümumi birgə mülkiyyətindədir.
3. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli, № 02/219 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizəsinə və həmin tarixli 002-16 nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən ona məxsus torpaq sahəsi üzrə qiymətləndirmə işi aparılmışdır. Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən 1.50 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 1500 (bir min beş yüz) manat təşkil etdiyi müəyyən edilmişdir.
4. Göyçay rayon Notariat Ofisinin notariusu X28 xx.xx.2026-cı il tarixli, 03 nömrəli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən Ərizəçi X9 vərəsəsi hesab edilmədiyindən, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir.
5. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş, atası - X17, anası - X14r.
6. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 333 nömrəli arayışından görünür ki, Maraqlı şəxs3 Hacağa qızı xx.xx.1953-cü il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 27 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası – X12, anası – X14r.
7. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 331 nömrəli arayışından görünür ki, X13 xx.xx.1965-ci il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 119 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası – X12, anası – X14r.
8. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 330 nömrəli arayışından görünür ki, Maraqlı şəxs12 xx.xx.1960-cı il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 214 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası – X12, anası – X14r.
9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 27 avqust 1969-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 nömrəli akt qeydi tərtib edilmişdir.
10. Göyçay rayon Qeydiyyat şöbəsinin 1964 nömrəli arayışından görünür ki, X17 və X26 xx.xx.1970-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir.
11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 5 sentyabr 2004-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 40 nömrəli akt qeydi tərtib edilmişdir.
12. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 oktyabr 2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 33 nömrəli akt qeydi tərtib edilmişdir.
13. Göyçay rayon Notariat Ofisinin notariusu X28 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 245 nömrəli məktubdan görünür ki, X11 X5 miras qalmış əmlakı vərəsəlik hüququ qaydasında əldə etməsi barədə notariat orqanında hər hansı məlumat aşkar edilməmişdir.
14. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 270 nömrəli arayışından görünür ki, X12 və X21 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir.
15. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 332 nömrəli arayışından görünür ki, X12 xx.xx.1950-ci il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan və bu barədə 28 nömrəli akt qeydi tərtib olunmuşdur.
16. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 274 nömrəli arayışından görünür ki, X12 10 aprel 1996-cı il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində ölmüş və bu barədə 20 nömrəli akt qeydi tərtib olunmuşdur.
17. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 273 nömrəli arayışından görünür ki, Maraqlı şəxs2 Nizammədin oğlu xx.xx.1981-ci il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 40 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası – X12, anası – X15r.
18. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 272 nömrəli arayışından görünür ki, X6 xx.xx.1983-cü il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 125 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası – X12, anası – X15r.
19. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 91 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs10 adı texniki səhv nəticəsində X2 qeyd edilmişdir. Həmin şəxsə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 360 nömrəli arayışda da X2 göstərilmişdir. Lakin nikaha daxil olduqdan sonra ona verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində həmin şəxsin adı və soyadı Maraqlı şəxs10, doğum tarixi isə xx.xx.1983-cü il kimi qeyd edilmişdir. Arayışda isə texniki səhv nəticəsində doğum tarixi xx.xx.1983-cü il kimi göstərilmişdir.
20. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2026-cı il tarixli, 271 nömrəli arayışından görünür ki, Maraqlı şəxs9 Nizammədin oğlu xx.xx.1977-ci il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 36 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası – X12, anası – X15r.
21. Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2026-cı il tarixli, 336 nömrəli arayışından görünür ki, Maraqlı şəxs11 Nizammədin oğlu xx.xx.1970-cü il tarixdə Göyçay rayon, Ləkçıplaq kəndində anadan olmuş və bu barədə 32 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir.
22. Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 Hacağa qızı, Maraqlı şəxs8, Maraqlı şəxs3 Hacağa qızı, Maraqlı şəxs12, Maraqlı şəxs4 Hacağa oğlu, Maraqlı şəxs9, Maraqlı şəxs2, Maraqlı şəxs11 və Maraqlı şəxs10 notarial qaydada ərizə verərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakdan onlara çatası payı qəbul etmədiklərini və mirası qəbul etməyə başlamadıqlarını bildirmişlər. Həmin şəxslər, həmçinin buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəklərini, mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni hüquqi nəticə doğurduğunu və imtina ərizəsinin geri götürülməsinin mümkün olmadığını notarius tərəfindən onlara izah edildiyini qeyd etmişlər.
Tətbiq edilən hüquq normaları:
Ali Məhkəmənin Plenumunun mövqeyinə əsasən notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi vərəsənin iradəsinin ifadəsi ilə bağlı hüquqi hərəkətdir və bu iradə yalnız notariat orqanına ərizə verməklə deyil, həm də miras əmlakına faktiki sahiblik və idarəetmə yolu ilə ifadə oluna bilər. Bu baxımdan vərəsənin miras əmlakını qoruması, istifadə etməsi, saxlaması və ya onu idarə etməsi kimi hərəkətlər mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilər. Qərarda həmçinin göstərmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətlər vərəsənin mülkiyyət hüququnun həyata keçirilməsinə əsassız məhdudiyyət yaratmamalıdır. Mirasın faktiki qəbul edildiyini təsdiq edən hallar mövcud olduqda yalnız formal əsaslara görə şəxsin vərəsəlik hüququndan məhrum edilməsi Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququnun mahiyyətinə zidd hesab edilə bilər. Plenum vurğulamışdır ki, məhkəmələr mirasın qəbul edilməsi ilə bağlı mübahisələrə baxarkən vərəsənin faktiki davranışlarını, miras əmlakı üzərində sahiblik və idarəetmə hallarını, digər vərəsələrin mövqeyini və iş üzrə bütün sübutları məcmu halda qiymətləndirməlidirlər. Bu zaman mirasın faktiki qəbul edildiyini göstərən halların mövcudluğu müəyyən olunarsa, həmin vərəsənin hüquqlarının qorunması təmin edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (köhnə red.): 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Notariat haqqında Azərbaycan Respublikası Qanunun: 17-ci maddəsinə əsasən dövlət notariusunun apardığı hərəkətlərdən biri də vərəsəlik hüququ haqqında şəhadətnamələr verməkdir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
Məhkəmənin hüquqi qiymətləndirməsi:
Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sübutların məcmusu və məhkəmə iclasında araşdırılmış sənədlərdən müəyyən olunur ki, Ərizəçi X1 miras qalmış Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən torpaq sahəsinə münasibətdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə Göyçay rayon Notariat Ofisinə müraciət etmiş, lakin notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının izahına əsasən notariat hərəkətlərindən və ya notariat hərəkətlərinin aparılmasından imtina edilməsindən verilmiş şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Buna görə də təqdim olunmuş ərizə üzrə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması qanunauyğun hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş hallarda şəxsin həmin imtinadan məhkəməyə şikayət vermək hüququ mövcuddur. İş materiallarından müəyyən olunur ki, mərhum X9 vəfatından sonra ona məxsus Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən torpaq sahəsi mərhum X17 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlak üzərində sahiblik və istifadə hüquqları həyata keçirilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlardan və ərizəçinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, mərhum X17 miras əmlakına faktiki sahiblik etmiş, həmin əmlakı qorumuş, idarə etmiş və ondan istifadə etmişdir. X11 vəfatından sonra isə Ərizəçi həmin torpaq sahəsindən istifadə etməyə davam etmiş, ona qulluq göstərmiş və əmlak üzərində faktiki sahiblik davranışını həyata keçirmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin mənasına uyğun olaraq mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarında olan notarial qaydada təsdiqlənmiş imtina ərizələrindən görünür ki, digər potensial qanun üzrə vərəsələr mirası qəbul etmədiklərini bildirmiş, həmin əmlakla bağlı hər hansı tələb irəli sürmədiklərini və gələcəkdə buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəklərini bəyan etmişlər. Bu hal da ərizəçinin vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün hüquqi maneənin mövcud olmadığını göstərir. Məhkəmə hesab edir ki, notariusun imtina mövqeyi yalnız ərizəçinin X9 birbaşa vərəsəsi olmaması ilə əsaslandırılmışdır. Halbuki iş üzrə həll edilməli əsas hüquqi məsələ mərhum X11 həmin mirası faktiki qəbul edib-etməməsi, daha sonra isə onun vəfatından sonra həmin hüququn qanun üzrə vərəsəlik qaydasında keçməsidir. İş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, mərhum X17 miras əmlakını faktiki qəbul etmişdir. Bu səbəbdən onun vəfatından sonra həmin miras əmlakı üzrə hüquqların qanun üzrə vərəsəlik qaydasında keçməsi mümkün hesab edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Göyçay rayon Notariat Ofisinin notariusu tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qanunsuz hesab edilməli, miras əmlakına dair vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün müvafiq notariat hərəkətlərinin həyata keçirilməsi notariat orqanına həvalə olunmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizəçi ərizəsi təmin edilsin. Göyçay rayon Notariat Ofisinin notariusu X16 xx.xx.2026-cı il tarixli notariat hərəkətinin aparılmasından imtina barədə qərarı ləğv edilsin. X1 miras qalmış Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən 1,499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Ərizəçi adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün zəruri notariat hərəkətlərinin həyata keçirilməsi Göyçay rayon Notariat Ofisinə həvalə edilsin. Məhkəmə xərcləri ilə bağlı məsələni həll edərək ödənilmiş dövlət rüsumu ərizəçinin üzərinə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikasının “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cavid Camalzadə