Məhkəmə qərarları › İş №2(003)-2572/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2572/2024

12.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2572/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 3483,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, ev 26-da qeydiyyatsız yaşayır. Həmin evə gəlin köçmüş, əvəllər ünvana verilən qaz xəttinə görə yerləşdirilən sayğac rəhmətlik həyat yoldaşının adına olmuşdur. Onun ölümündən sonra isə onun adına müqavilə dəyişdirilərək yeni sayğac qoyulmuşdur. Həyətinə baxış keçirilsə açıq aşkar görüləcəkdir ki, yazılan borc əsassızdır. Özüm bisavad, qonum-qonşusunun köməkliyi ilə yaşayan biridir. Həmin borcun hardan və necə yarandığı ona bəlli deyildir. Ay ərzində 11 manat qaz işlədir, bu qədər borcun hardan və necə yazıldığını bilmir. Hal-hazırda 1000,68 manat borc qalmaqdadır. Bilmədən ödədiyi 300 manat olmuşdur. Hansı ki, heç yerdə işləmir və həmin pulıı ödəmişdir. Bundan sonra o, Xəzər qaz istismar idarəsinə gedərək bütün olanlara aydınlıq gətirmək istəmişdir. Ordan bildirilmişdir ki, onun abonet kodu üzrə 1000,68 manat borc var. Yalnız bunu məhkəmə qaydasında silinə bilər. Borc qaz sayğacının hesablama mexanizmi düzgün işləmir. Lakin buna dair isə ona abanet saldosu verməmişdirlər. Hansı ki, sayğac küçədə yerləşir. Onun mexanizmindən onun hər hansı bir məlumatı yoxdur. Hər ay ödəniş edib qazdan istifadə etmişdir. Bugün ki, gündə sayğac küçədə yerləşir. Həmin sayğaca kim tərəfindən mexanizminə müdaxilə olunmasından və hansı formada baş verməsi ona bəlli deyil. Xəzər qaz istismar idarəsinin işçiləri tərəfindən aşkarlanan nöqsan zamanı tərtib olunmuş akt onun iştirakı olmamış və imza etməmişdir. B qədər borc barəsində yalnız Cavabdehnə müraciət etdiyi zaman xəbər tutmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, doğulduğu gündən həmin ünvanda yaşayır. Bu vaxta kimi heç bir problem olmamışdır. Cavabdeh ilə müqavilə onun adına tərtib olunmamış, qeyri-qanuni akt yazılsa da, onun yazılan aktdan xəbərim olmamış və imza etməmişdir. Bundan başqa məhkəmənin nəzərinə çaldırır ki, sözü gedən ünvanda o, ailəsi ilə yaşayır. Belə ki. qeyri-qanuni tərtib olunmuş akta əsasən 1000,68 manat borc yazılmışdır. Bunu aydınlaşdırmaq məqsədi ilə Xəzər qaz istismar idarəsinə yaxınlaşmış və ona bildirilmişdir ki, o, ünvanına tərtib olunmuş akt əsasında borc yığılmışdır. Amma bunun nə vaxt, kimlərin iştirakı ilə tərtib olunması haqqda ona heç bir mötəbər sübut verə bilmişdirlər. Belə olan halda hesab edir ki, heç bir razılaşmaya gələ bilmədiyi üçün bu işə məhkəmə qaydasında aydınlıq gətirə bilər. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1012,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, heç vaxt sayğacdan kənar qaz xətdindən istifdə etməmişdir. İstifadə etdiyi təbii qaza görə hər ay borcunu ödəmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə mənim iştirakım olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Arzu Oqtay qızı ilə xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu (sabiq Əzizbəyov rayon) Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar və nikah bağlandıqdan sonra ərə Nəzərov, arvada Nəzərova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna 2010-cu ildə 185,0 manat, 2012ci ildə 295,2 manat məbləğində akt üzrə zərər hesablanmışdır. Həmçini saldodan görünür ki, qeyd olunan saldo üzrə abonentin 2024-ci ilin iyun ayına 949,80 manat borcu vardır. İş materiallarında olan “GASREP”-dən görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna ümumilikdə 1012,8 manat borc hesablanmışdır. Həmin borcun 288,3 manatı 2011-ci ildə, 295,2 manatı 2012-ci ildə 429,30 manatı 2022-ci ildə qeyd edilmişdir. Məhkəmə aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, abonetin abonent hesabına cavabdeh təşkilat tərəfindən 1012,80 manat zərər hesablamışdır. Həmin zərərin bir hissəsi 2 akt əsasında (abonent saldosundan görünür) hesablanmışdır. 429,30 manat zərər isə abonentin abonent hesabına 2022-ci ildə hesablanmışdır. Azərbaycan Respublikas Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçıya ümumilikdə 1012,80 manat zəər hesablansa da həmin zərərin hesablanmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki. zərərin bir hissəsi aktlar əsasında hesablansa da həmin zərərin hesablanmasına əsas olmuş aktlar məhkəməyə təqdimolunmamışdır. Məhkəmə qeyd edir ki, akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, 2010-cu ilin maya ayında və 2012-ci ilin fevral ayında borcun hesablanmasına əsas olmuş aktlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarımndam görünür ki, abonentə 2022-ci ildə 429,30 manat zərər hesablanmışdır. Məhkəmə zərərin buhissəsi ilə bağlı qeyd edir ki, 429,30 manat zərərin abonentə hansı əsaslarla hesablanmaına dair də sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, 429,30 manat borcu abonentin qaz sərfinə görə yaranmış debitor borca görə hesablandığını bildirsədə buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, 429,30 manat zərərin hansı əsaslarla hesablandığı, hansı dövrlərə görə hesablanmaısna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hesablanmış 1012,8 manat zərərin hesablanmasına əsas olmuş sübutlar (zərərin hesablanmasına əsas olmuş aktlar, əvvəlki sayğacın göstəricilərinə görə zərəin hesablanmasına dair) məhkəməyə təqdim olunmadığından həmçinin iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi ümumilikdə 1012,80 manat məbləğində zərər iddiaçının abonent hesabından silinməlidir.. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30.13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus ünvan 2 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********10000 (mərhum X3) olan sayğaca hesablanmış 1012,80 manat məbləğində borc silinməli, 30,13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********10000 olan sayğac hesablanmış 1012,80 manat məbləğində borc silinsin. Cavabdehndən 30,13 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar