Məhkəmə qərarları › İş №2(003)-2600/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2600/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2600/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.07.2020-ci il tarixli müqaviləsinə əsasən X3 Atron üçün 1633 manat ödənilməmiş hissə, 247 manat dəbbə pulu, 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********97601 olan Samsung Galaxy A40 markalı telefon, 4D Glass Full aksesuar üçün 325,6 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu ümumilikdə 2286,6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2316,6 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.07.2020-cu il və 06.01.2020-cu il tarixli müqaviləsinə əsasən X3 Atron, İMEİ Kodu **********97601 olan Samsung Galaxy A40 markalı telefon və 4D Glass Full aksesuar almış və nəticədə 2286,6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.07.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1863 manat (18 ay x 103,5 manat + 0 manat ilkin ödəniş) X3 Atron üçün ümumilikdə, 1880 (min üç yüz səksən iki, yetmiş qəp) manat olmaqla ondan, 1633 manat ödənilməmiş hissə, 247 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 657,6 manat (12 ay x 54,8 manat + 0 manat ilkin ödəniş İMEİ Kodu **********97601 olan Samsung Galaxy A40 markalı telefon və 4D Glass Full aksesuar üçün ümumilikdə, 406,6 manat olmaqla ondan, 325,6 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, cavabdehin cəmi ödədiyi məbləğ 562 manat təşkil edir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 18.07.2020-cu il tarixdə 21026838 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1863 manat olan X3 Atron Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 103,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 06.01.2020-cu il tarixdə 20016485 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 657,6 manat olan İMEİ Kodu **********97601 olan Samsung Galaxy A40 markalı telefon və 4D Glass Full aksesuar Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 54,8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 18.07.2020-cu il tarixdə 21026838 saylı müqaviləyə əsasən, 1633 manat ödənilməmiş hissə, 06.01.2020-cu il tarixdə 20016485 saylı müqaviləsinə əsasən 325,6 manat ödənilməmiş borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif əşyalar alınmış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənilməmiş əsas borclar cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində iddiaçı 18.07.2020-cu il tarixdə 21026838 nömrəli müqavilə üzrə 1633 manat ödənilməmiş hissə, 247 manat dəbbə pulu, 06.01.2020-cu il tarixdə 20016485 nömrəli müqavilə üzrə 325,6 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu tələb edilsə də, iddiaçının təqdim etmiş olduğu maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən hər iki müqavilə üzrə borcdan ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən də, iddiaçının iddia tələbi üzrə borc məbləöği maliyyə arayışları nəzərə alınmaqla tutulamlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdən alnaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.07.2020-cu il tarixdə 21026838 saylı müqavilə üzrə 1633 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, 06.01.2020-cu il tarixdə 20016485 saylı müqavilə üzrə 325,60 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 2333, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18.07.2020-cu il tarixdə 21026838 saylı müqavilə üzrə 1633 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, 06.01.2020-cu il tarixdə 20016485 saylı müqavilə üzrə 325,60 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2023,60 (iki min iyirmi üç manat 60 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar