Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2604/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54449 olan X2 8 markalı telefon üçün 346,8 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, 07.07.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 991,2 manat ödənilməmiş hissə, 99 manat cərimə borcu, 28.06.2020-ci il tarixli müqaviləsinə əsasən Termopot Panasonic üçün 278,2 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu, 28.06.2020-ci il tarixli müqaviləsinə əsasən Fen-daraq Philipsh üçün 113 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu cəmi 1900,2 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 25.05.2020-ci il tarixli, 07.07.2020-ci il tarixli, 28.06.2020-ci il tarixli və 28.06.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********54449 olan X2 8 markalı telefon, LG LED TV, Termopot Panasonic və Fen-daraq Philips almış və nəticədə 1900,2 manat borc yaranmışdır. Cavabdeh 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 514,8 manat olan İMEİ kodu **********54449 olan X2 8 markalı telefon üçün ümumilikdə 380 manat olmaqla ondan 346,8 manat ödənilməmiş hissə, 34 manat cərimə, 07.07.2020ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1051,2 manat olan LG LED TV üçün ümumilikdə 1090,2 manat olmaqla ondan 991,2 manat ödənilməmiş hissə, 99 manat cərimə borcu, 28.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 295,2 manat olan Termopot Panasonic üçün ümumilikdə 305,2 manat olmaqla ondan 278,2 manat ödənilməmiş hissə, 27 manat cərimə borcu hesablanmışdır. 28.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 126 manat olan Fen-daraq Philips üçün ümumilikdə 124 manat olmaqla ondan 113 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 258 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25.05.2020-ci il tarixdə 20306778 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 514,8 manat olan İMEİ kodu **********54449 olan X2 8 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 42,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07.07.2020-ci il tarixdə 21008707 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1051,2 manat olan LG LED TV Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 58,4 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28.06.2020-ci il tarixdə 20374276 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 295,2 manat olan Termopot Panasonic Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 16,4 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28.06.2020-ci il tarixdə 20374284 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 126 manat olan Fen-daraq Philips Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 10,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 25.05.2020-ci il tarixli müqavilə üzrə 346,8 manat ödənilməmiş hissə və 34 manat dəbbə borcu, 07.07.2020-ci il tarixli müqavilə üzrə 991,2 manat ödənilməmiş hissə, 99 manat dəbbə borcu, 28.06.2020-ci il tarixli müqavilə üzrə 278,2 manat ödənilməmiş hissə, 27 manat dəbbə borcu, 28.06.2020-ci il tarixli müqavilə üzrə 113 manat ödənilməmiş hissə, 11 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər iki müqavilə üzrə 1729,2 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 171 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1729,2 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 171 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25.05.2020-ci il tarixdə 20306778 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 346,8 manat ödənilməmiş hissə, 34 manat cərimə, 07.07.2020-ci il tarixdə 21008707 saylı alqı-satqı müqaviləsinə əsasən 991,2 manat ödənilməmiş hissə, 99 manat cərimə, 28.06.2020-ci il tarixdə 20374276 saylı alqı-satqı müqaviləsinə əsasən 278,2 manat ödənilməmiş hissə, 27 manat cərimə, 28.06.2020-ci il tarixdə 20374284 saylı alqı-satqı müqaviləsinə əsasən 113 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu ümumilikdə 1900,2 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 25.05.2020-ci il tarixdə 20306778 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 346,8 manat ödənilməmiş hissə, 34 manat cərimə, 07.07.2020-ci il tarixdə 21008707 saylı alqı-satqı müqaviləsinə əsasən 991,2 manat ödənilməmiş hissə, 99 manat cərimə, 28.06.2020-ci il tarixdə 20374276 saylı alqı-satqı müqaviləsinə əsasən 278,2 manat ödənilməmiş hissə, 27 manat cərimə, 28.06.2020-ci il tarixdə 20374284 saylı alqısatqı müqaviləsinə əsasən 113 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu ümumilikdə 1900,2 manat (bir min doqquz yüz manat 20 qəpik) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2604/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2604/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver