Məhkəmə qərarları › İş №2(003)-261/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-261/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-261/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarının ona məxsus olamsı faktının müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Mirzağa qızı xx xxxxx 1954-cü ildə Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər rayonunda) anadan olmuşdur. Ona verilmiş 06 may 1954-cü il tarixli, İJ 189155 saylı doğum haqqında şəhadətnamədə və Əzizbəyov RPİ tərəfindən 05.07.2004-cü ildə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsində onun adı Asnay kimi yazılmışdır. Atasına yeni mənzilin verilməsi ilə əlaqədar onun adına Əzizbəyov rayonu, “Şimal DRES”, XX Qurultay küçəsi 9 nömrəli evin 8 nömrəli 2 otaqlı, yaşayış sahəsi 30,7 kv.m olan mənzilə dair olan şəxsi hesabının onun adına keçirilməsi barədə Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarı verilmişdir. Həmin vaxdan o mənzildə yaşayır, lakin mənzilə dair mülkiyyət sənədləri əldə etmək istəyərkən məlum oldu ki, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarında səhv olaraq onun adı Asnay əvəzinə “Asnaf” kimi yazılmışdır. Həmin orqan ləğv olunduğundan fəaliyyət göstərmir və yanlışlığın həmin orqan tərəfindən aradan qaldırılması və ya yeni sənədin verilməsi mümkün deyildir. Yanlışlığın aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciətinə, bu səhvin düzəldilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab edilmişdir Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarının Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən verilmiş 05.07.2004-cü il tarixli seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Əzizbəyov rayon Xalq deputatları şurasının İcraiyyə komitəsinin 30.06.1981-ci il tarixli qərarından görünür ki, əsas kirayəçi – atası X3 yeni yaşayıs sahəsinin alması ilə əlaqədar olaraq vətəndaş X1 Şimali QRES qsəbəsi XX Qurultay küçəsi ev 9 mənzil 8 ünvanda şəxsi hesabın onun adına keçirilməsi barədə ərizəsinə baxılmış və Şimali QRES qsəbəsi XX Qurultay küçəsi ev 9 mənzil 8 ünvanında yerləşən 2 otaqdan ibarət 30,7 m2 yaşayış sahəsi olan mənzil şəxsi hesabı qızı X2 adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 26.07.2021-ci il tarixli Ə-273-092 nömrəli məktubda 1qeyd edilmişdir ki, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarında səhvən yazılmış Asnat adının Asnay kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanın müraciət edilməsi məqsədə uyğundur. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən 05.07.2004-cü il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində adı Asnay kimi, lakin Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarında adı Asnat kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin adının “Asnay” olduğu halda “Asnat” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarının Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən verilmiş 05.07.2004-cü il tarixdə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 30 iyun 1981-ci il tarixli 10 saylı qərarının Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən verilmiş 05.07.2004-cü il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar