Məhkəmə qərarları › İş №2(003)-2611/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2611/2024

29.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2611/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il təvəllüdllü bacısı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bldirdi ki, xx.xx.1976-cı il təvəllüdllü X4 onun bacısıdır. Ona paranoid şizofreniya,şizofreniya paranoid forma,fasiləsiz gedişli diaqnozu qoyulmuş, kənar şəxslərin himayəsinə ehtiyacı olduğu göstərilmişdir. 2019-cu ildən Maştağa xəstəxanasında qeydiyyatdadır. 5 ildir ki ikinci qrup əlildir və əmək qabiliyyəti yoxdur. Anadangəlmə xəstədir və xəstəliyi sonradan daha da kəskinləşmişdir. Onunla birlikdə Bakı şəhəri,Xəzər rayonu, Xaşaxuna bağları ərazisində yerləşən evdə yaşayır.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə 2-ci dərəcəli əlillik verilmiş və paranoid şizofreniya,şizofreniya paranoid forma,fasiləsiz gedişli diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 3886 saylı rəyindən görünür ki, X2 şizofreniya paranoid forma, kəskinləşmə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil.X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmədə müəyyən olundu ki, X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığından, habelə Ərizəçi onun qardaşı olduğundan onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə müraciət etmək hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdllü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar