Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2637/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi (maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X* qəsəbəsində fərdi ev tikməkdən ötəri, Əfəndiyev küçəsi 78 nömrəli 480 kv.m-dən ibarət torpaq sahəsinə dair Artyom rayon X13 İcraiyyə Komitəsinin *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarına əsasən ayrılaraq verilmiş qərarda yol verilmiş yalnışlıqla “X14" oğlu kimi göstərilən ad soyad və ata adının X6 olmasının müəyyən edilməsinin və həmin sənədin mərhum atası X5 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Artyom rayon X13 İcraiyyə Komitəsi tərəfindən verilmiş *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarının X5 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulub. Onun atası 191*-ci il təvəllüdlü X6 03.0*.199*-ci il tarixdə xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir. Bakı şəhər Əzizbəyov rayon Binə qəsəbə sovetinin ölüm haqqında akt qeydləri kitabında qeyd edilmiş, *1.0*.199*-ci il tarixli İV-ЖГ № 319916 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Onun atası X3 qalmış miras əmlakı o qəbul etmişdir. Ərizəsi əsasında ünvan 3ində vərəsəlik işi açılmış və o, vərəsə kimi tanınmışdır. Miras qalmış əmlak Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 9* ünvanında yerləşən fərdi yaşayış evi və 480 kv.m həyətyanı torpaq sahəsindən ibarətdir. Artyom rayon X13 İcraiyyə Komitəsinin *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarına əsasən atası X5 Binə qəsəbəsində fərdi ev tikməkdən ötəri, Əfəndiyev küçəsi 78 nömrəli 480 kv.m-dən ibarət torpaq sahəsi təhkim edilmişdir. O, vərəsəliklə əlaqədar hüquqlarının həyata keçirməsini istədikdə sənədlərdəki uyğunsuzluq hüquqlarının tam həcmdə həyata keçirilməsində maneçilik yaradır. Belə ki, Artyom rayon X13 İcraiyyə Komitəsinin *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarında atası X4 ad soyad və ata adında yol verilmiş yalnışlıqla “X14” oğlu kimi qeyd edilmişdir. Əzizbəyov rayon Binə qəsəbə sovetinin ölüm haqqında akt qeydləri kitabında qeyd edilmiş, *1.0*.199*-ci il tarixli İV-ЖГ № 319916 saylı “ölüm haqqında şəhadətnamədən də görünür ki, atasının soyadı, adı və ata adı X1 qeyd edilmişdir. Eyni zamanda onun şəxsiyyət vəsiqəsində də düzgün olaraq soyadı və mərhum atası X4 adı Ərizəçi kimi qeyd edilmişdir. O, Artyom rayon X13 İcariyyə Komitəsinin *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarında mərhum atası X4 ad soyad və ata adında yol verilmiş yalnışlığın, yəni “X14” oğlunun, düzəliş olunaraq X1 qeyd edilməsi ilə əlaqədar müraciət etsə də buna nail ola bilməmiş, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin mərhum atası X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi ilə uşaqlıqdan qonşudur. Ərizəçi mərhum atası Gülhəsən kişini də tanıyırdı. Gülhəsən kişi təxminən 30 il olar ki, ölmüşdür. Ərizəçi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 9* ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayırdı. Onun bildiyinə görə Ərizəçi atasının adı sənədlərdə “X14" oğlu kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi ilə 1965-ci ildən qonşudur. Ərizəçi mərhum atası Gülhəsən kişini də tanıyırdı. Gülhəsən kişi təxminən 30 il olar ki, ölmüşdür. Onun bildiyinə görə Ərizəçi atasının adı sənədlərdə “X14" oğlu kimi qeyd edilmişdir. Ərizəçi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 9* ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi ilə 5* ilə yaxındır ki, qonşudur. O, Ərizəçi mərhum atası Gülhəsən kişini də tanıyırdı. Gülhəsən kişi təxminən 30 il olar ki, ölmüşdür. Onun bildiyinə görə Ərizəçi atasının adı sənədlərdə “X14" oğlu kimi qeyd edilmişdir. Ərizəçi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 9* ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Artyom rayon X13 İcraiyyə Komitəsinin *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarının surətindən görünür ki, “X14" oğluna Binə qəsəbəsində fərdi ev tikməkdən ötrü, Bakı şəhər soveti icraiyyə komitəsinin 14 sentyabr 1965-ci il tarixli 16/680 №-li qərarı ilə ayrılmış /massiv/ Əfəndiyev küçəsi, 78 №-li 480 kv.metrdən ibarət torpaq sahəsi təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası Mirələmova Arşa (Ərşə) Güli Vəli qızı olan Ərizəçi xx.xx.1959-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Mirələmova Arşa (Ərşə) Güli Vəli qızı 1*.04.195*-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş ünvan 3inin xüsusi notariusu X1* Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 16.03.*0**-ci il tarixli məktubundan görünür ki, ünvan 3inə, 03.0*.199*ci il tarixdə vəfat etmiş X6 (191*-ci il təvəllüdlü,) miras qalmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 9* ünvanında yerləşən fərdi yaşayış evi və 480 kv.m həyətyanı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan Ərizəçi ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubunda deyilir: “Artyom rayon ZDS İK-nın 4/45 nömrəli, *3.0*.1966-cı il tarixli qərarı ilə mərhum X5 ayrılmış torpaq sahəsində adın və soyadın səhvən X14 yazılmasının düzəliş olunmasına köməklik göstərilməsi barədə Maraqlı şəxsnə ünvanladığınız ərizəyə baxılmışdır. Təkrarən nəzərinizə çatdırırıq ki, mərhum X5 ayrılmış torpaq sahəsində səhvən yazılmış adın, soyadın düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəuyğun hesab olunur.” İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03.0*.199*-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.*.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Artyom rayon X13 İcraiyyə Komitəsinin *3 fevral 1966cı il tarixli № 4/45 nömrəli qərarında “X6”nun adı “X14” oğlu kimi göstərilmişdir. Göründüyü kimi, ərizəçinin hazırki ərizəsində göstərilən faktın müəyyən edilməsi ona özünün də qeyd etdiyi kimi atasının adına olan əmlakı sənədləşdirmə məqsədi daşıyır. Məhkəmə iş materiallarına əlavə olunmuş digər sübutlara qiymət verərək hesab edir ki, Artyom rayon X13 İcraiyyə Komitəsinin *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarının X5 məxsus olmasının müəyyən edilməsinə dair ərizəsi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Artyom rayon X13 İcraiyyə Komitəsi tərəfindən verilmiş *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarının X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.*). Yuxarıdakılara əsasən və MPM-in *16-**0, **7, 305, 307, 358, 360 və 36*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Artyom rayon X13 İcraiyyə Komitəsi tərəfindən verilmiş *3 fevral 1966-cı il tarixli № 4/45 nömrəli qərarının X5 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2637/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2637/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver