Məhkəmə qərarları › İş №2(003)-2642/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2642/2025

23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2642/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, 2 saylı fərdi yaşayış evinə dair texniki pasportun X7 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, X3 1965-ci il tarixdə vəfat etmişdir. Ərizəçi X3na məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, 2 saylı fərdi yaşayış evinə çıxarışın alınması məqsədilə DƏDRX-ə müraciət etmiş, lakin ona bildirmişdilər ki, sənədlərdə uyğunsuzluq var. Həmin texniki pasport X2 adına verilmiş, mərhumun adının ölüm haqqında şəhadətnaməsində və digər sənədlərdə isə X9 olduğu göstərilmişdir. Babasının adı Əli olmuşdur. Bu faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, 2 saylı fərdi yaşayış evi X4 məxsusdur. İş materiallarına əlavə edilmiş İ-ИЕ seriyalı 038072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X1r. İş materiallarına əlavə olunan AZ seriyalı 438571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə mərhumun ata adında uyğunsuzluq aşkar edillmişdir. Belə ki ərizədə “Əli”, idarənin arxivində olan texniki pasportda hüquqi sahibin ata adı “Alasan”, təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda isə “Əli (Alasan, Əlihəsən)” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 18 saylı notariat ofisinin məktubunun surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə vəfat etmiş X13 (Alasan, Əlihəsən) oğlunun vərəsəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsa-zadə Müslüm Qulaməli oğlu bildirdi ki, ərizəçi onun qohumudur. Eşitdiyinə görə ərizəçinin atasının adı Həsən, babasının adı Əli olub. Ərizəçinin X3 1965-ci ildə, babası Əli isə çoxdan vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin X3 olub və çoxdan vəfat edib. Ərizəçinin babasının adı Əli olub və o da çoxdan vəfat edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmədə müəyyən olundu ki, X9 xx.xx.1965-ci il tarixində vəfat etmişdir və Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, 2 saylı fərdi yaşayış evinə dair texniki pasportda texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə mərhumun adı X9 əvəzinə X6 yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, 2 saylı fərdi yaşayış evinə dair texniki pasportun xx.xx.1965-ci tarixdə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, 2 saylı fərdi yaşayış evinə dair texniki pasportun xx.xx.1965-ci tarixdə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar