Məhkəmə qərarları › İş №2(003)-2644/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2644/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2644/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, iddiaçı «İddiaçı” X1 Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı «İddiaçı” X3 sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42828 olan Samsung galaxy A30 markalı telefon üçün 636 (altı yüz otuz altı) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, ümumilikdə 699 manat borc, 30 manat dövlət rüsumu, cəmi 729 manat Cavabdeh alınaraq «ABC Telekom» X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. İş materiallarında olan tərəflar arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00786696 saylı müqaviləsindən görünür ki, bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. İş materiallarından isə görünür ki, iddiaçı qeyd olunan qanunvericiliyin tələblərinə riayət etməməklə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Belə ki, iddiaçı «İddiaçı” X1 cavabdehə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır, lakin iş materiallarına əlavə edilmiş kredit müqaviləsi isə xx xxxx 2019-cuiltarixli, 00786696 saylı müqaviləsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən AzərbaycanRespublikası MülkiProsessualMəcəlləsinin 152.1.6-cı maddəsinintələblərinə (mübahisəninməhkəməyə qədər (pretenziyaqaydasında) nizamasalınmasınariayətedilməsi) riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müəyyən edilmiş tələblərə riayət etməklə məhkəməyə verilmədiyindən iddiaçının ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı «İddiaçı” X1 Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42828 olan Samsung galaxy A30 markalı telefon üçün 636 (altı yüz otuz altı) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, ümumilikdə 699 manat borc, 30 manat dövlət rüsumu, cəmi 729 manat Cavabdeh alınaraq «ABC Telekom» X2 ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar