Məhkəmə qərarları › İş №2(003)-2646/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2646/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2646/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşıpul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı qəhvəbişirən üçün 111 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu, cəmi 122 manat, xx.xx.2019-cuil tarixli müqaviləyə əsasən İMEİ kodu **********51490 olan Samsung Galaxy A10 markalı telefon, X6 Samsung üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, cəmi 422 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Remington markalı fen üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu, cəmi 69 manat, cəmi 613 manat və 30 manat dövlət rüsumu, cəmi 643 manat alınaraq «xxxxxxxxxxx» X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən Braun markalı qəhvəbişirən, İMEİ kodu **********51490 olan Samsung galaxy A10 markah telefon, Remington markalı fen almış və nəticədə 613 (altı yüz on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 176 (yüz yetmiş altı) (yəni 12 ay x 16 manat + 0 manat ilkin ödəniş) manat olan Braun markalı qəhvəbişirən üçün ümumilikdə 122 (yüz iyirmi iki) manat olmaqla ondan,111 (yüz on bir) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 480 (dörd yüz səksən) (yəni 20 ay x 24 manat + 0 manat ilkin ödəniş) manat İMEİ kodu **********51490 olan Samsung galaxy A10 markalı telefon, X6 Samsung üçün ümumilikdə 422 (dörd yüz iyirmi iki) manat olmaqla ondan, 384 (üç yüz səksən dörd) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 99 (doxsan doqquz) (yəni 11 ay x 9 manat + 0 manat ilkin Ödəniş) manat olan Remington markalı fen üçün ümumilikdə 69 (altmış doqquz) manat olmaqla ondan, 63 (altmış üç) manat ödənilməmiş hissə, 6 ( altı ) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 197 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 00725303 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 176 manat olan Braun markalı qəhvəbişirən X3 nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 16 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 00703698 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 480 manat olan Samsung galaxy A10 markah telefon X3 nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 24 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 00703930 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 480 manat olan Remington markalı fen X3 nisyə satılmış və cavabdeh 11 ay müddətində ödəniş cədvəli üzrə hər ay 9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 111 manat ödənilməmiş hissə və 11 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 384 manat ödənilməmiş hissə, 38 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 63 manat ödənilməmiş hissə, 6 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər üç müqavilə üzrə 558 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 55 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər üç müqavilə üzrə ümumilikdə ödənilməmiş 558 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 55 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2xx.xx.2019-cu il tarixli 00725303 saylı müqaviləyə əsasən 111 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2019-cu il tarixli 00703930 saylı müqaviləyə əsasən 384 manat ödənilməmiş hissə, 38 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00703698 saylı müqaviləyə əsasən 63 manat ödənilməmiş hissə, 6 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2xx.xx.2019-cu il tarixdə 00725303 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 111 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2019-cu il tarixdə 00703698 saylınisyə alqı-satqı müqaviləsinə əsasən 384 manat ödənilməmiş hissə, 38 manat cərimə və xx.xx.2019-cu il tarixdə 00703930 saylı alqı-satqı müqaviləsinə əsasən 63 manat ödənilməmiş hissə, 6 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə643 (altı yüz qırx üç) manat alınaraq iddiaçı «xxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar