Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2652/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair hesablanmış (**********00390 saylı abonent) 19206,98 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən həmin ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş, 19206,98 manat məbləğində borc hesablanmışdır. O, ödəniş edərkən etdiyi ödənişlərdən tutulmaların aparılması ona məlum olmuşdur. Cavabdeh İB-nin əməkdaşları onun xəbəri olmadan 19206,98 manat cərimə yazmışlar. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbəri olmamışdır. Ona heç vaxt borcunun olması barədə məlumat verməmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh İB-nə qarşı iddiasına etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət təbii qazdan sayğcdan kənar əlavə xətt vasitəsi ilə istifadə etmiş və həmin şəxsin Cavabdehnə 19206,98 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31 iyul 2023-cü il tarixdə iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və həmin yoxlama nəticəsində aşkar olmuşdur ki, iddiaçı təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməklə Cavabdehnə 19206,98 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Faktla bağlı fotoşəkil çəkilmişdir. Akta əsasən istehlakçıya 19206 manat 98 qəpik borc hesablanmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan kənar xətt vasitəsilə istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 19206,98 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, onun yaşadığı ünvanda istixana olmasına baxmayaraq həmin ünvana təbii qaz çəkilməmişdir. O, 15-20 gün ərzində təxminən 200 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacsız istifadə etməsi qeyd edilmişdir. 30 iyul 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacda kənar istifadə etməsi qeyd edilmişdir. 30 aprel 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 15360 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 10440 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 10440 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 mart 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 10440 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 4536 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00390 nömrə ilə qeydiyyata alınmış abonent koduna akt üzrə 19206,98 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilməklə İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Cavabdeh gəldiyi qənaətə görə İddiaçı 19206,98 manat dəyərində təbii qazdan istifadə etmiş, İddiaçı təbii qazdan istifadəyə görə 19206,98 manat borcu yaranmışdır. İddiaçı 19206,98 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddiaçının 19206,98 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsini ağlabatan hesab etmir. Məhkəmə iddiaçının izahatına əsasən qeyd edir ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə 15-20 gün müddət ərzində 200 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadəyə görə cəmi 200 manat borcu yarandığı müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə 19206,98 manat borcun silinməsinə dair iddia tələbi 200 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 19006,98 manat borcun silinməsi hissəsində isə təmin olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00390) hesablanmış 19006,98 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu, iddianın təmin edilmiş hissəsinə münasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyinə görə ödənilməli olan 147,62 manat dövlət rüsumunun 146,08 manatı Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00390) hesablanmış 19006,98 (on doqquz min altı manat, doxsan səkkiz qəpik) manat məbləğində borc silinsin. 146,08 (yüz qırx altı manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2652/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2652/2024
10.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver