Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2657/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 adına olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 1 (Musabekova) ev 2 saylı evin Texniki pasportunun mərhum nənəsi X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ev onun mərhum nənəsi (atasınının anası) X5 məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. X4 xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum nənəsi X9 xx.xx.1976-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum nənəsi X9 vəfat etdiyi günədək Bakı şəhəri, ünvan 4 ünvanda evdə yaşamışdır. Hazırda sözügedən evi qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal hazırda o, yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaylan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərimi nəzərdən keçirilərək ona bildiriblər ki, onun mərhum nənəsi X3 adına olan evin texniki pasortunda adı “Dursadam”,soyadı “Melikova” atasının adı isə “Bala” qızı kimi qeydə alınmış, lakin digər sənədlərdə isə nənəsinin ad, atasının adı və soyadı X1 qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün deyil. Bildirmək istəyir ki, mərhum nənəsi və onun mərhum atası o vaxtlar bütün bunlara əhmiyyət verməyiblər. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Dürsüdəf xanım onun qaynanası olub, onunla yaşaayıb. Qaynanası 1976-cı il tarixdə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Dürsüdəf onun nənəsi idi. Nənəsi 1976-cı il tarixdə vəfat edib. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4, anası X16 olan X8 xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X10 anası X6r. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə beyin insultu səbəbi ilə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasındakı nikah xx.xx.1995-ci il tarixdə, 1164 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Babayev”, arvada “Babayeva” soyadı verilmişdir. Xəzər rayon Qeydiyyat şğbəsi tərəfindən veilmiş arayışdan görünür ki, X9 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, akı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, fərdi yaşayış evinə dair təqdim olunmuş və İdarənin arxivində olan texniki pasport və təqdim edilmiş notariat ofisinin məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, məktubda miras qoyanın adı “Dürsüdəf” qeyd edilsə də, texniki pasportda hüquq sahibinin adı “Dursadam” qeyd olunmuşdur. başqa, torpaq sahəsi sənəd üzrə 601.5 kv.m qeyd edilsə də, faktiki sahə 507 kv.m təşkil edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun sürətindən görünür ki, Əzizbəyov rayonu Binə qəsəbəsi 1 döngə Musabəyov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X7r. Evlərə dair texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Əzizbəyov rayonu Binə qəsəbəsi 1 döngə Musabəyov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X7r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi mərhum X3 nəvəsidir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 1 (Musabekova) ev 2 saylı evin Texniki pasportunun sürətindən görünür ki, həmin evin sahibi X6r. Lakin texniki səvhə yol verilərək texniki pasportda “X9” əvəzinə “X11” kimi qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin atasının adının və ata adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız soyad və adında olması Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 1 (Musabekova) ev 2 saylı evin Texniki pasportunun xx.xx.1976-cı ildə vəfat etmiş X5 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 1 (Musabekova) ev 2 saylı evin Texniki pasportunun xx.xx.1976-cı ildə vəfat etmiş X5 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təssərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 1 (Musabekova) ev 2 saylı eviə dair verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarzasiya və qiymətləndilirlməsinə aid texniki pasportunun X5 (xx.xx.1976-cı ildə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2657/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2657/2025
17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver