Məhkəmə qərarları › İş №2(003)-2670/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2670/2022

28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2670/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sayğacına müdaxilə kimi 6128,76 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən enerji ilə təmin edilir. Qaz istifadəsinin ölçmə üçün G4 markalı smart kart tipli **********00198 sayğac çıxarılmışdır. Cavabdeh İB-nin nümayəridələri ona məxsus G4 markalı smart kart tipli **********31082 saylı sayğaca baxış keçirilmiş və xx.xx.2022-ci il tarixində ******* saylı akt tərtib edilmişdir. Qeyd edilən akt əsasında qaz sayğacının dəyəri 235.80 manat hesablanmışdır. Hesab edir ki, akt əsassızdır və onun sayğaca qeyri-qanuni olaraq Cavabdeh İB-nin nümayəndələri tərəfindən müdaxilə olunmuşdur. Həmin sayğaca giriş hissədə borunun deşilməsi maraqlarına cavab vermir. Hesab edir ki, ziddiyyət səhv qəbul edilsə belə cavabdeh tərəfindən akt tərtib edərkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, mübahisə predmeti olan sayğacdakı — nasazlıq nəticəsində Cavabdeh İB-nə heç bir ziyan dəyməmiş, tərəfindən qazın istehsalı üçün sayğacda göstərilən pul məbləği vaxtıvaxtında ödənilmişdir. Hazırda smart karta edilən ödənişdən tutmalar aparılır, iş materiallarında olan sənədlərdən o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh onun evinə quraşdırılmış G4 markalı smart kart tipli 100A**********98 nömrəli sayğacdan hər ay dövrü olaraq göstəricilər götürmüş və istehlak edilmiş qaz haqqının ödənilməsi üçün qəbzləri iddiaçıya təqdim etmişdir. Daha sonra iddiaçı Azərbaucan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən ona (abunə kodu **********00198) əsassız hesablanmış 6128,76 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, o akt tərtib edilmiş evdə 2021-ci ildən ailəsi ilə birlikdə yaşayır. Evə qaz sayğacı quraşdırılana kimi o təbii qazdan qeyri qanuni qoşularaq istifadə etmişdir. Bundan sonra onun yaşadığı evə qaz sayğacı quraşdırılmışdır. Həmin hadisədən sonra qaz sayğacına müdaxilə etməmişdir. Lakin həmin qaz sayğacına müdaxilə kimi tərtib edilmiş akt üzrə də hesabat düzgün aparılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən dəfələrlə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçının abonent hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçının abonent hesabında göstərilmiş borc həmin aktlar əsasında hesablanmış borclardır. Hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan bildiriç-xəbərdarlıqdan görünür ki, iddiaçının **********20000 saylı abonent hesabına 6125,76 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyana dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi 5400 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadəyə görə akt tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında aparılmış və hesabata əsasən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi 5400 m3 qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, məhkəməyə abonentin qey-qanuni təbii qazdan istifadə etməsi ilə əlaqədar abonentə aktlar tərtib edilsə də, məhkəməyə yalnız iki akt təqdim edilmişdir. Belə ki, təqdim edilmiş tələbnamələrdən görünür ki, abonentə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 5400 m3 qaz itkisi və xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 5400 m3 qaz itkisi hesablanmışdır. Lakin xx.xx.2021-ci il tarixli ******* nömrəli akt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilkin olaraq xx.xx.2021-ci il tarixli dəymiş ziyana dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi 5400 m3 qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş aktlar əsasında dəymiş zərərlərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar (məhkəmə tərəfindən sübutların təqdim edilməsinin təklif olunmasına baxmayaraq) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə aparılmış hesabatın həqiqiliyi ilə bağlı şübhə olduğundan həmin akt əsas götürülməklə aparılan hesabat məhkəmə tərəfindən qəbul edilməklə istinad edilə bilməz. Mülki iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında aparılmış hesabata münasibətdə məhkəmə hesab edir ki, analoji işlər üzrə aparılmış hesabatlarla müqayisədə həddində artıq yüksək götürülməklə hesabat aparılmışdır. Belə ki, aparılmış hesabatdan görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə aparılmışdır. Lakin məhkəmə hesab edir ki, qeyd edilən avadanlıqlar üzrə hesabatların 24 saat götürülməklə hesabatın aparılması məntiqə uyğun deyildir. Eyni zamanda anoloji işlər üzrə aparılmış hesabatlardan görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 8 saat, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat müəyyən edilməklə hesabat aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında aparılmış hesabat PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 8 saat, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat müəyyən edilməklə aparılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvana qazdan istifadə ilə bağlı hesablanmış digər borclarla bağlı tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edildiyi kimi həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar (məhkəmə tərəfindən sübutların təqdim edilməsinin təklif olunmasına baxmayaraq) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabına təbii qazdan “qeyri-qanuni” istifadə etməsinə əsasən tərtib edilmiş aktlar əsasında hesablanmış 5907,96 manat məbləğində borc silinməli, qalan məbləğ isə təbii qazdan istifadə etdiyinə əsasən hesablanmış borc olduğundan həmin borcun silinməsi hissəsində iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00198 saylı abonent koduna hesablanmış 5907,96 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar