Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-268/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi Əhmədov Rövşən Rafiq oğlunun, Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və X1 Teymur Sabir oğlu, Maraqlı şəxs2 Nəsirulla qızı və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Əhmədov Rövşən Rafiq oğlu məhkəmə iclasında ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan Maraqlı şəxs3 rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına ərizə ilə müraciət edərək himayəsində olan xx.xx.1992-ci il təvəllüdlü bacısının övladı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Maraqlı şəxs3 qeyd etmişdir ki, Rəhmanova (Şatanova) Sevinc Nəsirulla qızı onun doğma bacısıdır. O, xx xxxxx 1965-ci il tarixdə, bacısı Rəhmanova (Şatanova) Sevinc Nəsirulla qızı isə xx xxx 1972-ci il tarixdə anadan olmuşdur. Rəhmanova (Şatanova) Sevinc Nəsirulla qızı 1990-cı il tarixdə Maraqlı şəxs1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 1992-ci il tarixdə X6 adlı bir qız uşaqları olmuşdur. Bacısının uşağı X6 3 yasda olarkən epelepsiva xəstəliyinə tutulmuş və hal-hazırda da «Ağır kəmaqıllıq» diaqnozu ilə xəsdədir. Fiziki və psixoloji qüsurların nəticəsində özünü idarə edə bilməyən xəstəlikdən əzab çəkir. Leyla Quliyeva psixoloji cəhətdən problemlə anadan olduğuna görə Sevinc Rəhmanova və onun həyat yoldaşı Maraqlı şəxs1 arasında olan münasibət korlanmağa başlamışdır. Ailədə tez-tez baş verən söz-söhbətlərin nəticəsində ailə münasibətləri formal xarakter almış və xx xxxxx 1996-cı il tarixdə onların nikahları pozulmuşdur. Nikahları ləğv olunandan sonra Sevinc Rəhmanova azyaşlı Leyla ilə birlikdə 2000-ci il tarixə kimi Maraqlı şəxs3 himayəsində yaşamışdır. 2000-ci ilin may ayında isə o, Şatanov Rövşən Səlimxan oğlu ilə ikinci dəfə nikaha daxil olaraq ailə münasibətləri qurmuş və Biləsuvar rayonuna gəlin köçmüşdür. Yeni ailə həyatı quran zaman Sevinc Rəhmanova azyaşlı qızı Leyla Quliyevanı bacısı Maraqlı şəxs3 himayəsində qoyub getmişdir. O vaxtdan Leylaya xalası Maraqlı şəxs3 qulluq edir. Rəhmanova (Şatanova) Sevinc Nəsirulla qızının Şatanov Rövşən Səlimxan oğlu ilə birgə nikahlarından isə daha 3 uşaqları olmuşdur. Leyla Quliyevanın digər valideyni Maraqlı şəxs1 da başqa bir şəxslə rəsmi olaraq ikinci dəfə nikaha daxil olaraq ailə həyatı qurmuş və onun da bu nikahdan övladları dünyaya gəlmişdir. Maraqlı şəxs3 qeyd etdiklərindən məlum olur ki, Leyla Quliyevanın valideynləri öz ailə həyatlarını quraraq yaşayırlar. Onların əqli cəhətdən problemlə dünyaya gəlmiş övladları X6 isə 2000-ci ilin may ayından indiyədək Maraqlı şəxs3 himayəsində yaşayır. Onun bütün ehtiyaclarını, müalicəsi ilə bağlı dərmanlarını bu günə kimi məhz Maraqlı şəxs3 ödəyib. Doğma valideynlərini isə bu məsələlər tamamilə maraqlandırmamışdır. X3 Maraqlı şəxs3 öhdəsində olması faktını şahidlər də təsdiq edə bilərlər. Maraqlı şəxs3 xüsusi olaraq vurğulamışdır ki, Leyla Quliyevanı onun öhdəsində qoyub getdikdən sonra dəfələrlə valideynlərinə onun tərəfindən uşağın ruhi xəstə olması səbəbindən hər hansı bir sənədin alınması məqsədi ilə onun adına etibarnamə verilməsi ilə bağlı rəsmi olaraq müraciət olunmuşdur. Lakin hər dəfə onun xahişi cavabsız qalmışdır. Leyla Quliyevanın uzun müddət müalicə olunmasına baxmayaraq bir nəticə əldə olunmur. Həkimlərin məsləhətinə əsasən artıq onun üzərində qəyyum təyin olunmalıdır. Bunun üçün isə ilk növbədə Leyla məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Leylanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və eyni zamanda uşağın öhdədə olması faktının müəyyən edilməsi üçün Maraqlı şəxs3 tərəfindən məhkəməyə olunmuş müraciətə imtina verilmişdir. İmtina verilməsinin səbəbi kimi izah edilmşdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün məhkəməyə bu barədə yalnız onun yaxın qohumları (valideynləri, bacı və qardaşı, övladları) və Qəyyumluq və Himayəçilik komissiyası ərizə verə bilərlər. X6 uşaqlıqdan bu günə kimi dərin ağıl zəifliyindən əziyyət çəkir və uzun müddətdir ki, stasionar və ambulator müalicə alır. Sərbəst olaraq özü-özünü idarə etmək iqtidarında deyil, bu səbəbdən də daimi olaraq kənar şəxsin diqqət və köməyinə ehtiyacı vardır. Leyla Quliyevanın doğma valideynləri ona biganə yanaşaraq üzərilərinə düşən valideynlik məsuliyyətlərini icra etməkdən boyun qaçırdıqları səbəbindən Maraqlı şəxs3 yaranmış bu problemin həllində ona köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs3 məhkəmə iclasında bildirmişdir ki, o, Leylanın xalasıdır. Leylaya halhazırda o baxır. Leyla ağır kəmağıllılıq diaqnozu ilə xəstədir. Qeyd olunanlara əsasən, ərizənin təmin eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Nəsirulla qızı məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X6, səhhəti məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Maraqlı şəxs3 Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək, xx xxxxxx 1992-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi üçün Xəzər Rayon Məhkəməsi qarşısında iddia qaldırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü X3 anası X2, atası Maraqlı şəxs1dur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxxxx 1992-ci il təvəllüdlü X3 xalasıdır. İş materiallarına əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, qonşular bildirmişlər ki, xx xxxxxx 1992-ci il təvəllüdlü X3 valideynlərinin rəsmi nikahının pozulmasından sonra uşaq 2000-ci ilədək anası X2 ilə birlikdə yaşamışdır. Lakin 2000-ci ildən bu günki günədək X6 xalası xx.xx.1965-ci il təvəllüdlü Maraqlı şəxs3 himayəsindədir. İşin ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3232 saylı rəyində ekspert komissiyası X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmaması, buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8. maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1992-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə, fəaliyyət qabiliyyəti olmayan hesab edilən X4 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-268/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-268/2021
05.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver