Məhkəmə qərarları › İş №2(003)-2687/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2687/2020

19.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2687/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi X11, Cavabdeh X9 iştirakı ilə, İddiaçı cavabdeh X12 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanında olan mənzildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3 və 1252-ci maddələrinə uyğun olaraq, anasının payına düşən miras əmlakdan ona çatası pay həddində nağd pul formasında mirasın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Xəzər rayonu, Buzona qəsəbəsi, əvvəlki “Qələbə” indiki Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanında yerləşən mənzildə, onun anası X7 payı varqır. Anası S.Nəzirova xx xxxxxx 2005-ci ildə dünyasını dəyişmiş və ona düşən payı cari tarixədək almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3.cü maddəsinə uyğun olaraq, qanun üzrə vərəsəlik zamanı vərəsənin övladlarını onların ölmüş valideyninə çatası paydan, bərabər miras alırlar. Anası (qızlıq soyadı Hacıyeva) Nəzirova Sənubərin, atası X21 ilə rəsmi nikahdan iki övladı olmuşdur İddiaçı və qardaşı X22. Qardaşı İddiaçı uzun müddətdir ki, Almaniyada yaşıyır və miras əmlaka iddialı deyil. O miras əmlaka vərəsə olan anasının payını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci İrsi transmissiya maddəsinin müddəaları əsasında əldə etmək iddiasındadır. Həmçinin babası X23, çox uşaqlı ailə başçısı olaraq yuxarıda gösdərilən ünvandakı mənzil 1975-ci ildə dövlət tərəfindən verilmişdir. Y.Hacıyev 1995-ci ildə ölmüş və həmin mənzilə xx.xx.2019-cu ilə qədər mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquqi sənəd çıxarış alınmamışdır. Hazırda isə adı gedən mülkün çıxarışı mərhum nənəsi (anasının anası) X6 adınadır. Hazırda o və ailəsi, iki övladı ilə həmin mənzildə rəsmi qeydiyyatdayıq və orada müvəqqəti yaşayırıq. Həmin mənzil mübahisəli ailə kimi XRPİ-də qeydiyyatdadır. Mənzildə qeydiyyatda olaraq yaşayan şəxslər, səbəbsiz yerə mütəmadi mübahisə edir və polisdə yekunlaşan qalmaqallar yaradıllar. Belə ki, həmin mənzildə körpə uşaqlarla artıq yaşama dözülməz hala çatıb. X3 xx.xx.2020-ci il tarixində dünyasını dəyişmiş və xx.xx.1967-ci il təvəllüdlü qızı Cavabdeh adı gedən evi vəsiyyət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin soyadının X33 yox X24 olaraq tanınması və həmin iddianın xahiş bölməsindəki dəyişikliyi nəzərə alaraq “ünvan 1 ünvanında olan mənzildən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3 və 1252-ci maddələrinə uyğun olaraq, anası X7 payına düşən miras əmlakdan İddiaçı çatası payın, paylı mülkiyyət olaraq, qeydiyyatda olduqları ailəsi və 2 azyaşlı uşaqları ilə birgə yaşadığı adı gedən mənzilin, ona aid 16 m2 ibarət 1 (bir) otağının, onun adına çıxarış çıxarılaraq mirasın verilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, anasının payına düşən miras əmlakdan ona çatan pay həddinin müəyyən olunaraq, həmin mənzildə ona məxsus otağı paylı mülkiyyət qismində ona verilməsinə, həmçinin çıxarışın onun adına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X26 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X24 iddianı qəbul etməyərək bildirdi ki, X14 onun anasıdır. Anasına on il qulluq etmişdir. X4 ona məxsus olan bütün əmlakı ona vəsiyyət etmişdir. İddiaçının anası X15 15 ildir ki, vəfat etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nizami rayon Qeyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1989cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.201989cu il tarixdə Bakı şəhrində doğulmuşdur, atası X21, anası X10r. İş materiallarında olan Bakı şəhəri İcra Halimiyyəti aparatının xx.xx.2015-ci il tarixli 36/353 nömrəli məktunua əlavə edilmiş Əzizbəyov Rayon İcraiyyə Komitəsinin xx.xx.1975ci il tarixli, 61 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 X23 verilmişdir. İş materiallarında olan 126682 nömrəli xx.xx.1975-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanına dair order X23 verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2020-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 748 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2006-cı il tarixdə Əzizbəyov rayon VVADQ şöbəsində 84 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur İş materiallarında olan xx.xx.1988-ci il tarilxi oğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X17 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktı qeydi kitabında 183 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Nəzirova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.1995-ci il tarixdə Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsində 131 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və bu barədə xx.xx.1993-cü il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində 585 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X13 (adından X24) Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X34 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X18 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X24 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X26 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında ola 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X27 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 X6 mülkiyyətindədir. İş materiallarında olan 25 nömrəli Notariat ofisində imzalanaraq təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-14 reyestr nömrəli vəsiyyətnamənin surətində qeyd edilmişdir ki, X13 vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanında qeydiyyatda olan X12 vəsiyyət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən olunmuşdur ki, Əzizbəyov Rayon İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 61 nömrəli qərarı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 X23 verilmiş və həmin əmlaka dair sonuncuya 126682 nömrəli xx.xx.1975-ci il tarixli order verilmişdir. X29 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. X13 və X2 Yaşar Bəşir oğlunun övladlarıdır. X13 xx.xx.2020-ci il tarixdə, X16 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Hazırkı mülki iş üzrə İddiaçı isə X8 oğludur. Məhkəmə həmçinin müəyyən etdi ki, 25 nömrəli Notariat ofisində imzalanaraq təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-14 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X13 vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanında qeydiyyatda olan X12 vəsiyyət etmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 X6 mülkiyyətində olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilmiş olur. Lakin mülki işin materiallarından və tərəflərin vermiş olduğu izahatlarından aşakar edilmişdir ki, vəsiyyətnamə mübahisələndirilməmiş və həmin vəsiyyətnamə qüvvədə olduğundan vəsiyyətnamə üzrə X13 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 4 mənzil 59 ünvanında qeydiyyatda olan X12 vəsiyyət etmişdir. Eyni zamanda iddiaçının anasının payına düşən miras əmlakdan ona çatan pay həddinin müəyyən olunması hissəsinə münasibtədə məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblrinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi iddiaçının miras əmlakda payının müəyyən edilməli olduğunu iddia etsə də, mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, mübahisəli əmlak sahibi olan X29 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, X16 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Lakin həmin şəxslərə dair miras əmlakın mövcudluğu və vərəsəlik işinin açılması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının mübahisəli mənzildə ona məxsus otağı paylı mülkiyyət qismində ona verilməsi, həmçinin çıxarışın onun adına alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu mülkiyyətçiyə verilmiş olan müstəsna hüquqdur. Məhz mülkiyyətçi ona məxsus olan əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mülki işin materiallarında olan həmin pasport qeydiyyatında olan şəxslərin vermiş olduğu notarial təsdiq edilmiş ərizələrdən də görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi saylı 4 evin 59 saylı mənzilinin 16,57 m2 İddiaçı adına özəlləşdirilməsinə tərəflərin etiraz yoxdur, lakin bu hal məhkəmə qaydasında deyil, mülkiyyətçinin razılığı əsasında həll edilən məsələdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh X12 qarşı anasının payına düşən miras əmlakdan ona çatan pay həddinin müəyyən olunaraq həmin mənzildə ona məxsus otağı paylı mülkiyyət qismində ona verilməsi, həmçinin çıxarışın bir otağının onun adına qeydə alınması barədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsiнин 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X12 qarşı anasının payına düşən miras əmlakdan ona çatan pay həddinin müəyyən olunaraq həmin mənzildə ona məxsus otağı paylı mülkiyyət qismində ona verilməsi, həmçinin çıxarışın bir otağının onun adına qeydə alınması barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar