Məhkəmə qərarları › İş №2(003)-2689/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2689/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2689/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, sənəddə Hakimə və Hökümə adlarının eyni şəxsə məxsus olması, habelə ölüm haqqında şəhadətnamənin X3 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi izahatında nənəsi – X2 vəfat etdiyini, nənəsinin əsl adının Hakimə olduğu halda, ölüm haqqında şəhadətnamədə onun adının Hökümə olaraq qeyd olunduğunu, atasına məxsus doğum haqqında şəhadətnamədə eləcə də nənəsinin ad, soyadı qeyd olunan digər sənəndlərin hamısında Hakimə adının qeyd olunmasına baxmayaraq, yalnız ölüm haqqında şəhadətnamədə adın səhv olaraq Hökümə qeyd edildiyini, hazırda ölüm haqqında şəhadətnaməni iş materiallarına qeydiyyat şöbəsinin həmin sənədi ona təqdim etməməsi səbəbilə əlavə etmədiyini qeyd etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*3- **55/2025 nömrəli cavab məktubundan görünür ki, Məmmədov Hökümə (Hakimə) Əlibaxış qızının ölümü haqqında məlumatın istənməsinə dair məktuba aidiyyəti üzrə baxılaraq, “X4 X* Sistemi”-də məlumatların yoxlanıldığı və ölüm haqqında akt qeydinin aşkarlanmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) *49.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı məhkəməyə təqdim olunmuş ərizədə göstərilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəməyə xüsusi icraat qaydasında ərizə təqdim olunarkən, həmin ərizədə tələbin əsası kimi istinad olunan faktlar göstərilməlidir. Hazırkı ərizə üzrə tələb sənədin )ölüm haqqında şəhadətnamənin) şəxsə məxsusluğu ilə əlaqədar olduğundan, şəxsə məxsusluğu tanınması istənilən sənəd iş materiallarına əlavə olunmalıdır. Lakin hazırkı iş materiallarında X3 məxsus ölüm haqqında şəhadətnamə mövcud deyildir. Ərizəçi izahatında həmin sənədin Maraqlı şəxsndə olduğunu, lakin onun müraciəti əsasında ona təqdim edilmədiyini, bu səbəblə Xəzər Rayon Məhkəməsi tərəfindən qeydiyyat şöbəsinə sorğu göndərilərək Məmmədova Hökümə (Hakimə) Əlibaxış qızının ölümü barədə müvafiq sənədin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Maraqlı şəxs müvafiq cavab məktubunda isə “X4 X* Sistemi”-də məlumatların yoxlanıldığı və ölüm haqqında akt qeydinin aşkarlanmadığı qeyd olunmuşdur. Qeyd olunan hallar əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, şəxsə məxsusluğu təsdiq olunması xahiş olunan sənəd ölüm haqqında şəhadətnamə ümumiyyətlə mövcud deyildir. Digər tərəfdən ərizəçi tələbində sənəddə “Hakimə” və “Hökümə” adlarının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Bununla bağlı olaraq da məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2.04.20*9-cu il tarixli, 3 saylı Qərarının 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. MPM-in 259.0.*2-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə ərizəçi hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə baxılmamış saxlandığından, ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, *8098876*6 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 (bir yüz) AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in **4.*.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, *8098876*6 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 (bir yüz) AZN dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar