Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2696/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası və miras əmlakının qəbul edilməsi faktının təsdiq edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X4 miras qalmış əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası və miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında göstərdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi X3nın mülkiyyətində olub. X3 təxminən 1977-1978-ci illərdə vəfat etmişdir. Atası İddiaçı sözügedən evdə doğulmuş və indiyədək orda yaşayır. Atası İddiaçı mirasın qəbulu ilə əlaqədar Bakı şəhəri 25 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notariat kontoru mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti buraxdığını əsas gətirərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Atası İddiaçı sözügedən evdə qeydiyyatdadır, orada yaşayır və əmlakı idarə edir, yəni faktiki olaraq mirası qəbul etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə Bakı şəhəri 25 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 219 saylı xx.xx.1959-cu il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışından görünür ki, Buzovna Maştağa rayon №623 əmlak Rəbibə Qədir qızının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Dövlət Arxivinin arayışından görünür ki, İddiaçı xx.xx.1932-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Rəbibə Qədir qızıdır. İş materiallarına əlavə olunan AZ-İİ seriyalı 438181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1944-cü il tarixdə vəfat etmişdi. İş materiallarında olan AZ-İİ seriyalı 438182 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1978-ci il tarixdə vəfat etmişdi. İş materiallarına əlavə edilən ******* nömrəli xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evində X6, X11, X17, X7, X5 və İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış, mirasın qəbul faktını təsdiq edən sənəd, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim olunmadığı üçün xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 bildirmişdir ki, xx.xx.1981-ci il tarixdə anadan olmuşdur, və o vaxtdan iddiaçı onun qonşusudur. O doğulandan halhazıradək iddiaçı bu evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirmişdir ki, xx.xx.1983-cü il tarixdə anadan olmuşdur, və o vaxtdan iddiaçı onun qonşusudur. O doğulandan bu günədək iddiaçı bu evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xx.xx.1978-ci il tarixdə vəfat etmiş X8 mülkiyyətində olmuşdu. X8 oğlu İddiaçı doğulandan bu günədək sözügedən evdə yaşamış, anası X8 vəfatından indiyədək sözügedən əmlaka faktiki sahiblik edir və əmlakı idarə edir, yəni mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının miras əmlakın qanunla müəyyən edilmiş qəbul edilməsi müddəti bərpa edilməli və xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Mərhum xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın İddiaçı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət bərpa edilsin. xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2696/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2696/2025
22.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver