Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-270/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 4311,81 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xəzər rayonu, Mərədəkal qəsəbəsi, R.Cəfərov küçəsi, ev 30-da yaşayır. Azərqaz” İstehsala Birliyi ilə müqavilə imzalayaraq yaşadığı ünvana qaz sayğac quraşdırılmışdır. “Azərqaz” X2 istismar sahəsinil işçiləri tərəfindən 25 sentyabr 2018-ci il tarixində qaz sayğacının yenilənməsi məqsədi ilə onun yaşadığı ünvana yeni sayğac qoyulmuşdur. Sayğacı yeniliyən zaman ondan əvvəlki sayğacda prablem olduğunu aşkar edərək onun adına akt tərtib edilib. Savadsız olduğundan bu günə kimi onun yerinə imzalanan əsas akta görə hər yüklədiyi məbləğdən tutulmalar olub, əvvəl qış vaxt olduğundan bəlkə dövlət tərəfindən verilən limiti ötdüyünü düşündü. Bundan sonra o Xəzər qaz istismar idarəsinə gedərək bütün olanlar aydınlıq gətirmək istədi. Ordan ona bildirildi ki, onun abonet kodu üzrə yetərincə borcu var yalnız bunu məhkəmə qaydasında silinə bilər. Burdan da ona aydın oldu ki, limiti ötdüyünü bilərək ödədiyi məbləğlər əsasız hesablanmış borcdan silinib. Belə ki, yazılan akta görə 4311,81 manat borc yazılıb. Halbuki sayğac küçədə yerləşir, onun məsuliyyəti vətəndaşın üzərində deyil sayğaca heç bir kənar müdaxilə aşkar olunmayıb. Bundan başqada “Azərqaz” İB-nin əməkdaşları mütamadi sayğaca baxış keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Həmçinin məhkəmənin 31.03.2021-ci il tarixli iclasında iştiak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən sayğaca qeyri-qanuni müdaxilə etməsi halı aşka edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmçinin bununla bağlı fotoşəkillər də, çəkilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 02.10.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan Cavabdeh İstehsalat Biriliyi tərəfindən tərtib edilmiş 017589 nömrəli, 31.07.2018-ci il tarixli aktda **********00400 saylı abonent qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 31.07.2018-ci il tarixli aktda **********00400 saylı akt əsasında itirilmiş qaz sərfiyyatı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 666 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, abonentin qeyri-qanuni olaraq qaz xəttinə qoşulması ilə bağlı Cavabdeh İstehsalat Biriliyi tərəfindən abonentə 31.07.2018-ci il tarixli ******* nömrəli akt əsasında 666 m3 sərfiyyat aparılmaqla 133,20 manat, 30.06.2018-ci il tarixli ******* nömrəli akt əsasında 666 m3 sərfiyyat aparılmaqla 133,20 manat, 25.05.2018-ci il tarixli ******* nömrəli akt əsasında 799 m3 sərfiyyat aparılmaqla 159,80 manat, 23.04.2018-ci il tarixli 58/2771 nömrəli akt əsasında 732 m3 sərfiyyat aparılmaqla 146,40 manat, 31.03.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1326 m3 sərfiyyat aparılmaqla 256,20 manat, 28.02.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1098 m3 sərfiyyat aparılmaqla 219,60 manat borc hesablanmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər ağda Adama yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 02.10.2018-ci il tarixdə paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanılmışdır. İddaçı tərəfindən qeyri-qanuni olaraq qaz xəttinə qoşulması aşakar edilmiş və bu barədə aktlar tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 4311,81 manat məbləğində borc silinməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 4311,81 manat məbləğində borc silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-270/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-270/2021
14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver