Məhkəmə qərarları › İş №2(003)-2704/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2704/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2704/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X10 oğlunun, Cavabdehiştirakları ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı“lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunlaəsaslandırmışdır ki, "İddiaçı” MMC ilə X7 arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFKE168006 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X7 illik 17976 hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 19 oktyabr 2019-cu il tarixdə X7, X4 və İddiaçı MMC arasında MAS-12653 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 oktyabr 2019-cu il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-1263 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 21 may 2020ci il tarixdə 220 manat məbləğində olmuşdur. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh lizinq şirkətinə ödənəli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 31 may 2020-ci il tarixə 12046,88 manat əsas və 223,25 manat gecikdirilmiş mükafat, 261,68 manat dəbbə pulu olmaqla, cəmi 12531,81 manat borcu yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı MMC ilə bağlanmış 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi və Cavabdeh 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq müqaviləsi" üzrə lizinq obyektinin yararsız vəziyyəti düşdüyü 31 may 2020-ci il tarixə 12046,88 manat əsas, 223,25 manat mükafat və 261,68 manat dəbbə pulu, cəmi 12531,81 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMC–nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya 12046,88 manat əsas, 223,25 manat mükafat borcu olduğunu qəbul edir, lakin iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği ilə razı deyil. Eyni zamanda bildirmişdir ki, Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “"İddiaçı” MMC ilə X7 arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFKE168006 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X7 illik 17976 hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 oktyabr 2019-cu il tarixdə X7, X4 və İddiaçı MMC arasında MAS-12653 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-1263 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından aydın olur ki, X4 və Xeybərov X2 Tural Tofiq oğlunun istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 20.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 05.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili Lizinq“ müqaviləsiüzrə 03.07.2017-ci il tarixə iddiaçıya 12046,88 manat əsas, 223,25 manat mükafat və həmin günə hesablanmış 261,68 manat dəbbə pulu, cəmi 12531,81 manat borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "İddiaçı” MMC ilə X7 arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFKE168006 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X7 illik 17976 hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 19 oktyabr 2019-cu il tarixdə X7, X4 və İddiaçı MMC arasında MAS-12653 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 oktyabr 2019-cu il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-1263 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədəCavabdeh 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 31 may 2020-ci il tarixə 12046,88 manat əsas, 223,25 manat mükafat və həmin günə hesablanmış 261,68 manat dəbbə pulu, cəmi 12531,81 manat borcuyaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakincavabdehbutəklifəmünasibətbildirməmişdir. İddiaçı hazırki ddia üzrə 30,0 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçı lizinq obyektiniCavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundansonra MM-in) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1-cimaddəsinəəsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-in 748-10.2-cimaddəsinəəsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borcluonun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyini icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, buna görə də iddia ərizəsində tələb olunan 12046,88 manat əsas və 223,25 manat mükafat borcu cavabdehdən tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Məhkəmə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmiş cavabdehə hesablanmış 261,68 manat dəbbə pulunu yüksək hesab edir və işin halları nəzərə alınmaqla cərimənin 10,0 manata qədər azaldılmalı olduğu qənaətinə gəlir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh 21 sentyabr 2019-cu il tarixli MAS- 1263 saylı daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəniş etməmiş və bununlada iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqaviləyə xitam verilməsi məqsədi ilə də iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin heç bir cavab almamışdır.Buna görədə iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı daxili lizinq müqaviləsi ləğv edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və xidmət haqqıda cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlirki, 21 sentyabr 2019-cu il tarixli MAS-1263saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, iddiaçıya lizinq ödənişləri üzrə iddia edilən miqdarda borcunun yaranması, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması tam təsdiqo lunduğundan, bununla da iddiaçının pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yarandığından, iddiaçı cavabdehlə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, 21 sentyabr 2019-cu il tarixli MAS- 1263 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 12046,88 manat əsas borc, 223,25 manat mükafat və 10,0 manat cərimə (dəbbə borcu) olmaqla, ümumilikdə 12280,13 manat, ödənilmiş dövlət rüsumuna görə 30,0 manat və 0,4 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cümaddəsinəəsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 21 sentyabr 2019-cu il tarixli MAS-1263 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 12046,88 manat əsas borc, 223,25 manat mükafat və 10,0 manat cərimə (dəbbə borcu) olmaqla, ümumilikdə 12280,13 (on iki min iki yüz səksən manat, on üç qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30,0 manat və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar