Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2707/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 avqust 2018-ci il, 14 iyul 2019-cu il və 28 iyul 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kod **********26276 “Samsung Galaxy S9” markalı telefon və 5 ədəd “Sony Playstation-4” almış və nəticədə onun 8397,0 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26 avqust 2018-ci il tarixli K00268068 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2475,0 manat (24 ay x 99,0 manat + 99,0 manat ilkin ödəniş) “Samsung Galaxy S9” markalı telefon üçün 949,0 manat əsas borc, 297,0 manat dəbbə olmaqla, 1246,0 manat, 14 iyul 2019-cu il tarixli 00782022 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2439,0 manat (12 ay x 195,0 manat +99,0 manat ilkin ödəniş) 2 ədəd Playstation-4 Sony üçün 1950,0 manat əsas borc, 585,0 manat dəbbə, olmaqla 2535,0 manat, 28 iyul 2019cu il tarixli 00810898 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3996,0 manat (18 ay x 222,0 manat +0,0 manat ilkin ödəniş) 3 ədəd Playstation-4 Sony üçün 3551,0 manat əsas borc, 1065,0 manat dəbbə olmaqla, 4616,0 manat borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 2460,0 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən “xxxx” MMC-nin xeyrinə 8397,0 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 26.08.2018-ci il tarixli, K00268068 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy S9 DUAL” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 99 manat ödəməklə 24 ay müddətində ödəniş cədvəli üzrə 2475,0 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.08.2018-ci il tarixli, K00268068 saylı müqavilə üzrə 08 oktyabr 2018-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 99,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26 avqust 2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy S9 dual” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 28.07.2019-cu il tarixli, 00810898 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 3996 manat olan 3 ədəd “Playstation-4 Sony” markalı avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 222 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.07.2019-cu il tarixdə 00810898 saylı müqavilə üzrə 10 sentyabr 2019-cu il tarixdən 10 fevral 2021-ci il tarixədək İddiaçı MMC–yə hər ay 222,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28.07.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh 3 ədəd “Playstation-4 Sony” markalı avadanlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 14.07.2019-cu il tarixli, 00782022 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 2439 manat olan 2 ədəd “Playstation-4 Sony” markalı avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 195 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.07.2019-cu il tarixli, 00782022 saylı müqavilə üzrə 27 avqust 2019-cu il tarixdən 27 iyul 2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 195,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 14.07.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh 2 ədəd “Playstation-4 Sony” markalı avadanlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 26.08.2018-ci il tarixli müqavilə üzrə 949,0 manat ödənilməmiş hissə, 297,0 manat dəbbə pulu, 28.07.2019-cu il tarixli müqavilə üzrə 3551,0 manat ödənilməmiş hissə, 1065,0 manat dəbbə pulu, 14.07.2019-cu il tarixli müqavilə üzrə 1950,0 manat ödənilməmiş hissə, 585,0 manat dəbbə pulu, ümumilikdə 8397,0 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən X2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alqı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 26.08.2018-ci il tarixli müqavilə üzrə 949,0 manat, 28.07.2019-cu il tarixli müqavilə üzrə 3551,0 manat və 14.07.2019-cu il tarixli müqavilə üzrə 1950,0 manat məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 26.08.2018-ci il tarixli müqavilə üzrə 949,0 manat məbləğində əsas borca münasibətdə 297,0 manat dəbbə pulu, 28.07.2019-cu il tarixli müqavilə üzrə 3551,0 manat məbləğində əsas borca münasibətdə 1065,0 manat dəbbə pulu, 14.07.2019-cu il tarixli müqavilə üzrə 1950,0 manat məbləğində borca münasibətdə 585,0 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 26.08.2018-ci il tarixli müqavilə üzrə 10 manat, 28.07.2019-cu il tarixli müqavilə üzrə 30 manat və 14.07.2019-cu il tarixli müqavilə üzrə 20 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20,0 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10,0 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26.08.2018-ci il tarixli müqavilə üzrə 949,0 manat əsas borc və 10,0 manat dəbbə, 28.07.2019-cu il tarixli müqavilə üzrə 3551,0 manat əsas borc və 30 manat dəbbə və 14.07.2019-cu il tarixli müqavilə üzrə 1950,0 manat əsas borc və 20,0 manat dəbbə, cəmi 6510,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 6530,0 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10,0 manatı iddiaçı «xxxx» MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.08.2018-ci il tarixli, K00268068 saylı müqavilə üzrə 949,0 manat əsas borc və 10,0 manat dəbbə, 28.07.2019-cu il tarixli, 00810898 saylı müqavilə üzrə 3551,0 manat əsas borc və 30,0 manat dəbbə və 14.07.2019-cu il tarixli, 00782022 saylı müqavilə üzrə 1950,0 manat əsas borc və 20,0 manat dəbbə, cəmi 6510,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat olmaqla, ümumilikdə 6530 (altı min beş yüz otuz) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2707/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2707/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver