Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2708/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 iyul 2018-ci il, 05 avqust 2018-ci il və 26 dekabr 2018-ci il, 23 aprel 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kod **********40584 “Samsung Galaxy A6” markalı telefon, İMEİ kod **********32064 “Samsung Galaxy A7” markalı telefon, İMEİ kod **********31991 “Samsung Galaxy A7” markalı telefon, X8,Qaz requlyator, Kombi Stabilizator və “Samsung” markalı paltaryuyan almış və nəticədə onun 3408,0 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29 iyun 2018-ci il tarixli K00192831 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1080,0 manat (24 ay x45,0 manat +0,0 manat ilkin ödəniş) İMEİ kod **********40584 “Samsung Galaxy A6” markalı telefon üçün 355,0 manat əsas borc, 108,0 manat dəbbə olmaqla, 463,0 manat, 05 avqust 2018-ci il tarixli K00240586 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1392,0 manat (24 ay x 58,0 manat +0,0 manat ilkin ödəniş) “Samsung” markalı paltaryuyan üçün 655,0 manat əsas borc, 191,0 manat dəbbə olmaqla 846,0 manat, 26 dekabr 2018-ci il tarixli 00437538 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1308,0 manat (12 ay x 109,0 manat +0,0 manat ilkin ödəniş) ) X8,Qaz requlyator, Kombi Stabilizator üçün 391,0 manat əsas borc, 130,0 manat dəbbə olmaqla, 521,0 manat, 23 aprel 2019-cu il tarixli 00626980 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1888,0 manat (18ay x 104 manat + 16,0 manat ilkin ödəniş) İMEİ kod **********32064 “Samsung Galaxy A7” markalı, İMEİ kod **********31991 “Samsung Galaxy A7” markalı telefonlar üçün 1204,0 manat əsas borc, 374,0 manat dəbbə olmaqla, 1578,0 borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 3063,0 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən “xxxx” MMC-nin xeyrinə 3408,0 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 29.06.2018-ci il tarixli, K000192831 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “Samsung Galaxy A6” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 45,0 manat ödəməklə 24 ay müddətində ödəniş cədvəli üzrə 1080 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 29 iyun 2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy A6” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 23.04.2019-cu il tarixdə 00626980 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1888 manat olan “2 ədəd “Samsung Galaxy A7” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 104 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23 aprel 2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh 2 ədəd “Samsung Galaxy A7” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 26.12.2018-ci il tarixdə 00437538 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1308 manat olan X8, Qaz requlyatoru və kombi stabilizator Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 109 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26 dekabr 2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh X8, Qaz requlyatoru və kombi stabilizatoru markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 05.08.2018-ci il tarixdə K00240586 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1392 manat olan “Samsung” markalı paltaryuyan Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 58 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 05 avqust 2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Həsənov X4” markalı paltaryuyanı markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 29.06.2018-ci il tarixli müqavilə üzrə 355,0 manat ödənilməmiş hissə, 108,0 manat dəbbə pulu, 23.04.2019-cu il tarixli müqavilə üzrə 1204,0 manat ödənilməmiş hissə, 374,0 manat dəbbə pulu, 26.12.2018-ci il tarixli müqavilə üzrə 391,0 manat ödənilməmiş hissə, 130,0 manat dəbbə pulu, 05.08.2018-ci il tarixli müqavilə üzrə 655,0 manat ödənilməmiş hissə, 191,0 manat dəbbə pulu, ümumilikdə 3408,0 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən X2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 29.06.2018-ci il tarixli müqavilə üzrə 355,0 manat, 23.04.2019-cu il tarixli müqavilə üzrə 1204,0 manat, 26.12.2018-ci il tarixli müqavilə üzrə 391,0 manat, 05.08.2018-ci il tarixli müqavilə üzrə 655,0 manat məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 29.06.2018-ci il tarixli müqavilə üzrə 355,0 manat məbləğində əsas borca münasibətdə 108,0 manat dəbbə, 23.04.2019cu il tarixli müqavilə üzrə 1204,0 manat məbləğində borca münasibətdə 374,0 manat dəbbə, 26.12.2018-ci il tarixli müqavilə üzrə 391,0 manat məbləğində borca münasibətdə 130,0 manat dəbbə, 05.08.2018-ci il tarixli müqavilə üzrə 655,0 manat məbləğində borca münasibətdə 191,0 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 29.06.2018-ci il tarixli müqavilə üzrə 5,0 manat, 23.04.2019-cu il tarixli müqavilə üzrə 10,0 manat, 26.12.2018-ci il tarixli müqavilə üzrə 5,0 manat və 05.08.2018-ci il tarixli müqavilə üzrə 5,0 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20,0 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10,0 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29.06.2018-ci il tarixli, K000192831 saylı müqavilə üzrə 355,0 manat əsas borc və 5,0 manat dəbbə, 23.04.2019cu il tarixli, 00626980 saylı müqavilə üzrə 1204,0 manat əsas borc və 10,0 manat dəbbə, 26.12.2018-ci il tarixli, 00437538 saylı müqavilə üzrə 391,0 manat əsas borc və 5,0 manat dəbbə, 05.08.2018-ci il tarixli, K00240586 saylı müqavilə üzrə 655,0 manat əsas borc və 5,0 manat dəbbə, cəmi 2630,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 2650,0 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı «xxxx» MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 56-355, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29.06.2018-ci il tarixli, K000192831 saylı müqavilə üzrə 355,0 manat əsas borc və 5,0 manat dəbbə, 23.04.2019-cu il tarixli, 00626980 saylı müqavilə üzrə 1204,0 manat əsas borc və 10,0 manat dəbbə, 26.12.2018-ci il tarixli, 00437538 saylı müqavilə üzrə 391,0 manat əsas borc və 5,0 manat dəbbə, 05.08.2018-ci il tarixli, K00240586 saylı müqavilə üzrə 655,0 manat əsas borc və 5,0 manat dəbbə, cəmi 2630,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 2650,0 (iki min altı yüz əlli) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2708/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2708/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver