Məhkəmə qərarları › İş №2(003)-2710/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2710/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2710/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 04.01.2020-ci il, 27.02.2020-ci il və 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********50364 Samsung Galaxy A30s markalı telefon, X6 aksesuar, Kombi ARİSTON X4, Acer Extensa EX2519 komputer və Backpack Rivacase 8460 Aquamarine Bulker çanta almış və nəticədə 2693 (iki min altı yüz doxsan üç/ manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 645.6 (altı yüz qırx beş, altmış qəp) manat (12 ay x 53.8 manat “ 0 manat ilkin ödəniş İMEİ kod **********50364 Samsung Galaxy A30s markalı telefon, X6 aksesuar üçün ümumilikdə, 766.6 (yeddi yüz altmış altı, altmış qəp) manat olmaqla ondan, 591.6 (beş yüz doxsan bir, altmış qəp) manat ödənilməmiş hissə, 175 (ə//i yeddi) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 978 (doqquz yüz yetmiş səkkiz) manat (75 ay x 65.2 manat Ü manat ilkin ödəniş) Kombi ARİSTON X4 üçün ümumilikdə, 1270 (min iki yüz yetmiş) manat olmaqla ondan, 978 (doqquz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 670.4 (altı yüz on, qırx qəp) manat (12 ayx 42.2 manat € 104 manat ilkin ödəniş) Acer Extensa EX2519 komputer və Backpack Rivacase 8460 Aquamarine Bulker çanta üçün ümumilikdə, 656.4 (altı yüz əlli altı, qırx qəp) manat olmaqla ondan, 505.4 (beş yüz beş, qırx qəp) manat ödənilməmiş hissə, 151 (yöz ə/// bir) manat dəbbə, Cavabdehin cəmi ödədiyi məbləğ 159 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.01.2020-ci il tarixli, 20012154 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 645,60 manat olan İMEİ **********50364 Samung Galaxy A30s markalı telefon və X6 satmışdır. İş materiallarında olan 27.02.2020-ci il tarixli, 20130991 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 978 manat olan Kombi Ariston X4 satmışdır. İş materiallarında olan 01.02.2020-ci il tarixli, 20073226 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 610,4 manat olan Acer Extensa EX2519 və Backpack Rivacase 8460 Aquamarine Bulker satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.01.2020-ci il tarixli müqavilə üzrə 591,6 manat ödənilməmiş əsas, 175 manat cərimə ödəməlidir. 27.02.2020-ci il tarixli müqavilə üzrə 978 manat ödənilməmiş əsas, 292 manat cərimə ödəməlidir. 01.02.2020-ci il tarixli müqavilə üzrə 505.4 manat ödənilməmiş əsas, 151 manat cərimə ödəməlidir. Hər üç müqavilə üzrə ümumilikdə 2075 manat ödənilməmiş əsas, 618 manat cərimə borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 21.09.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04.01.2020-ci, 27.02.2020-ci və 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən o, İMEİ **********50364 Samung Galaxy A30s markalı telefon, X6, Kombi Ariston X4, Acer Extensa EX2519 və Backpack Rivacase 8460 Aquamarine Bulker almışdır. Cavabdeh hər üç müqavilə üzrə borcundan cəmi 159 manat ödəniş etmişdir. O, hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuş, nəticədə cavabdehin hər üç müqavilələr üzrə ümumilikdə 2693 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, Cavabdeh 04.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ **********50364 Samung Galaxy A30s markalı telefon və X6 üçün 591.6 manat manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu borcu, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən Kombi Ariston X4 üçün 978 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu borcu və 01.02.2020-ci il tarixli müqaviləyə əsasən Acer Extensa EX2519 və Backpack Rivacase 8460 Aquamarine Bulker üçün 505.4 manat ödənilməmiş hissə, 151 manat dəbbə pulu borcu, ümumilikdə hər üç müqavilə üzrə ümumilikdə 2693 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2723 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 25.06.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ **********50364 Samung Galaxy A30s markalı telefon və X6 üçün 591.6 manat manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu borcu, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən Kombi Ariston X4 üçün 978 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu borcu və 01.02.2020-ci il tarixli müqaviləyə əsasən Acer Extensa EX2519 və Backpack Rivacase 8460 Aquamarine Bulker üçün 505.4 manat ödənilməmiş hissə, 151 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2693 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2723 (iki min yeddi yüz iyirmi üç) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar