Məhkəmə qərarları › İş №2(003)-2711/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2711/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2711/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC (lə 14.02.2020-ci il, 21.02.2020-ci il, 08.06.2020-ci il və 23.05.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV, Paltaryuyan Electrolux, Qabyuyan LG, İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon və Acer Aspire 3 komputer almış və nəticədə 7677.8 (yeddi min altı yüz yetmiş yeddi, səksən qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2302.2 (iki min üç yüz iki, iyirmi qəp) manat (18 ay x 127.9 manat £ Ü manat ilkin ödəniş) LG LED TV və Paltaryuyan Electrolux üçün ümumilikdə, 2539.2 (iki min beş yüz otuz doqquz, iyirmi qəp) manat olmaqla ondan. 2044.2 (iki min qırx dörd, iyirmi qəp) manat ödənilməmiş hissə, 495 (zörd yüz doxsan beş) manat dəbbə, сavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1770 (min yeddi yüz yetmiş) manat (18 ay x 90 manat ck 150 manat ilkin ödəniş) Qabyuyan LG üçün ümumilikdə, 1791 (min yeddi yüz doxsan bir) manat olmaqla ondan, 1440 (eziz dörd yüz qırx) manat ödənilməmiş hissə, 351 (üç yüz əlli bir) manat dəbbə, сavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7337 (min üç yüz otuz bir) manat (12 ay x 95 manat — 191 manat ilkin ödəniş) İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 1443 (min dörd yüz qırx üç) manat olmaqla ondan, 1130 (min yüz otuz) manat ödənilməmiş hissə, 313 (üç yüz on üç) manat dəbbə, сavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7677.6 (min altı yüz yetmiş yeddi, altmış qəp) manat (78 ay x 88.2 manat £ 9Ü manat ilkin ödəniş) Acer Aspire 3 komputer üçün ümumilikdə, 1904.6 (min doqquz yüz dörd, altmış qəp) manat olmaqla ondan, 1587.6 (min beş yüz səksən yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 317 (üç yüz on yeddi) manat dəbbə, сavabdehin cəmi ödədiyi məbləğ 879 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz Olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08.06.2020-ci il tarixli, 20334555 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 1331 manat olan İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon satmışdır. İş materiallarında olan 14.02.2020-ci il tarixli, 20102881 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 2302,20 manat olan LG LED TV və Paltaryuyan Electrolux satmışdır. İş materiallarında olan 21.02.2020-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 1770 manat olan Qabyuyan LG satmışdır. İş materiallarında olan 23.05.2020-ci il tarixli, 20298891 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 1677,60 manat olan Acer Aspire 3 satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.06.2020-ci il tarixli müqavilə üzrə 1130 manat ödənilməmiş əsas, 313 manat cərimə ödəməlidir. 14.02.2020-ci il tarixli müqavilə üzrə 2044,20 manat ödənilməmiş əsas, 495 manat cərimə ödəməlidir. 21.02.2020-ci il tarixli müqavilə üzrə 1440 manat ödənilməmiş əsas, 351 manat cərimə ödəməlidir. 23.05.2020-ci il tarixli müqavilə üzrə 1587,60 manat ödənilməmiş əsas, 317 manat cərimə ödəməlidir. Hər üç müqavilə üzrə ümumilikdə 6201,80 manat ödənilməmiş əsas, 1476 manat cərimə borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.02.2020-ci, 21.02.2020-ci, 23.05.2020-ci il və 08.06.2020-ci il tarixli müqaviləsinə əsasən o, LG LED TV, Paltaryuyan Electrolux, Qabyuyan LG, İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon və Acer Aspire 3 komputer almışdır. Cavabdeh hər dörd müqavilə üzrə borcundan cəmi 879 manat ödəniş etmişdir. O, hər dörd müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuş, nəticədə cavabdehin hər üç müqavilələr üzrə ümumilikdə 7677,80 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, Cavabdeh 14.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV və Paltaryuyan Electrolux üçün 2044,20 manat manat ödənilməmiş hissə, 495 manat dəbbə pulu borcu, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən Qabyuyan LG üçün 1440 manat ödənilməmiş hissə, 351 manat dəbbə pulu borcu və 23.05.2020-ci il tarixli müqaviləyə əsasən Acer Aspire 3 komputer üçün 1587,60 manat ödənilməmiş hissə, 317 manat dəbbə pulu borcu, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon üçün 1130 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu borcu, ümumilikdə hər dörd müqavilə üzrə ümumilikdə 7677,80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 7707,80 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 27.05.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV və Paltaryuyan Electrolux üçün 2044,20 manat manat ödənilməmiş hissə, 495 manat dəbbə pulu borcu, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən Qabyuyan LG üçün 1440 manat ödənilməmiş hissə, 351 manat dəbbə pulu borcu, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon üçün 1130 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu borcu və 23.05.2020-ci il tarixli müqaviləyə əsasən Acer Aspire 3 komputer üçün 1587,60 manat ödənilməmiş hissə, 317 manat dəbbə pulu borcu, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********72843 Samsung Galaxy A71 markalı telefon üçün 1130 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə ümumilikdə 7677,80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 7707,80 manat iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar