Məhkəmə qərarları › İş №2(003)-2714/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2714/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2714/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Künc divan X1, Foriella Transformer jurnal masası, Foriella-Transformer jurnal masası üçün 73 manat ödənilməmiş hissə, 7 manat cərimə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən X2 üçün 87.6 manat ödənilməmiş hissə, 8 manat cərimə, 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********38131 Xiaomi Redmi 7 markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********72076 Samsung Galaxy A20s markalı telefon üçün 377.8 manat ödənilməmiş hissə, 37 manat cərimə, 11.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********08821 Samsung Galaxy A20s markalı telefon üçün 315.6 (üç yüz on beş, altmış qəp) manat ödənilməmiş hissə, 31 manat cərimə, ümumilikdə 1275 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 13.10.2018-ci il, 29.04.2020-ci il, 19.10.2019-cu il, 19.03.2020-ci il və 11.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Künc divan X1, Foriella Transformer jurnal masası, Foriella- Transformer jurnal masası, X2, İMEİ kod **********38131 Xiaomi Redmi 7 markalı telefon, İMEİ kod **********72076 Samsung Galaxy A20s markalı telefon və İMEİ kod **********08821 Samsung Galaxy A20s markalı telefon almış və nəticədə 1275 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2184 manat Künc divan X1, Foriella Transformer jurnal masası, Foriella- Transformer jurnal masası üçün ümumilikdə, 80 manat olmaqla ondan, 73 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 105.6 manat X2 üçün ümumilikdə, 95.6 manat olmaqla ondan, 87.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat İMEİ kod **********38131 Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 338 manat olmaqla ondan, 308 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 502.8 manat İMEİ kod **********72076 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 414.8 manat olmaqla ondan, 377.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 520.6 manat İMEİ kod **********08821 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 346.6 manat olmaqla ondan, 315.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2655 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanlara əsasən, 13.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Künc divan X1, Foriella Transformer jurnal masası, Foriella- Transformer jurnal masası üçün 73 manat ödənilməmiş hissə, 7 manat cərimə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən X2 üçün 87.6 manat ödənilməmiş hissə, 8 manat cərimə, 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********38131 Xiaomi Redmi 7 markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********72076 Samsung Galaxy A20s markalı telefon üçün 377.8 manat ödənilməmiş hissə, 37 manat cərimə, 11.05.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********08821 Samsung Galaxy A20s markalı telefon üçün 315.6 (üç yüz on beş, altmış qəp) manat ödənilməmiş hissə, 31 manat cərimə, ümumilikdə 1275 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 966 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş 13.10.2018, 29.04.2020, 19.10.2019, 19.03.2020 və 11.05.2020-ci il tarixli müqavilələrin surətindən görünür ki, İddiaçı MMC, künc divan X1, Foriella Transformer jurnal masası, Foriella-Transformer jurnal masası, Fen ütüPhilips, İMEİ kodu **********38131 Xiaomi Redmi 7 markalı telefon, İMEİ kodu **********72076 Samsung Galaxy A20s markalı telefon və İMEİ kodu **********08821 Samsung Galaxy A20s markalı telefonu alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında ümumilikdə 1162 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh 16.11.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, aidiyyəti üzrə Dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İşin araşdırılan hallarından və iş materiallarında olan 20 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC–yə olan ödənilməmiş borcu 1162 manat, cərimə borcu 113 manat təşkil edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən alqı-satqı müqavilələrinə cavabdehin 1162 manat borcu qalmış, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdehnın iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1162 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh cəmi 1162 manat məbləğində borc, 113 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 133, 3158-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1162 (bir min yüz altmış iki) manat ödənilməmiş borc, 113 (bir yüz on üç) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar