Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2723/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi Əliyev Rəşadın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (abonent kodu **********10000) əsassız olan 712,8 manat borcdan qalan 634,24 manat borcun silinməsi və əsassız olaraq ödənilmiş 78,56 manat məbləğin abonent koduna geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,Nizami küçəsi,dalan 6,ev 6 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə yaşayır.Həmin ev onlara babalarından miras qalıb.Qaz sayğacı rəhmətlik nənəsi X4 adınadır.Onun ölümündən sonra müqavilə dəyişdirilməyib,lakin qaz sayğacı yenilənib.Sayğac küçədə yerləşir və həmin ünvanda demək olar ki,yaşayış yoxdur.Abonent koduna yazılan 712,8 manat borcdan qismən ödəniş etmiş,hazırda 634,24 manat əsassız borc qalır.Olanlara aydınlıq gətirmək üçün Xəzər qaz istismar idarəsinə getmiş və orada da 634,24 manat borcunun olduğu və yalnız məhkəmə qaydasında silinə biləcəyi deyilmişdir. Sayğacın hesablama mexanizmi düzgün işləmir, lakin buna dair ona abonent saldosu verilmədi.Sayğac küçədə yerləşir və hər ay ödəniş edərək qazdan istifadə etmişdir.Sayğaca kim tərəfindən hansı formada müdaxilə edilməsi barədə məlumati yoxdur.Xəzər qaz istismar idarəsinin işçiləri tərəfindən tərtib olunmuş aktdan xəbəri yoxdur və imzalamayıb,borcdan yalnız "Azəriqaz" İB-ə müraciət etdiyi zaman xəbər tutub. Əlavə olaraq qeyd etdi ki, faktiki olaraq mirası qəbul etmişdir. 1il əvvələ qədər həmin evdə yaşamamışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi Əliyev Rəşad məhkəmə iclasında göstərdi ki, qaz təchizatı ilə bağlı müqavilə Əliyeva Asiya ilə bağlanıb.İddiaçı 2011-ci ilədək həmin ünvanda yaşamışdır.İddiaçıla müqavilələri yoxdur. İddianın rədd olunmasını xahiş etdi. İddiaçının şahidi qismində dindirilən X8 məhkəmə iclasında göstərdi ki, iddiaçı Fuad onun qonşusudur.Fuad sözügedən ünvanda doğulub və yaşayır, 2015-ci ildən həmin ünvanda yaşayış yoxdur.Fuad 2015-ci ilədək Mərdəkanda yaşayıb. Fuadın nənəsi Asiya,anası Təranə, qardaşları Nicat,Ziyad və tası həmin ünvanda yaşayıblar. Fuadın atası 2006-cı ildə,nənəsi Asiya 2007-ci ildə vəfat etmişdir.Son bir neçə aydır ki, Fuad bu evdə yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli Əliyeva Asiyanın adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 3 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 7.128 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan ölüm haqqında 266034 saylı şəhadətnamədən görünür ki, X7 xx.xx.2007-ci il tarixində “kəskin bağırsaq keçməməzliyi” səbəbindən vəfat etmişdir. İş materiallarında olan 405393 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixində Bakı şəhəri Şüvəlan qəsəbəsində doğulmuşdur.X1r. İş materiallarında olan 294335 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1958-ci il tarixində Bakı şəhəri Şüvəlan qəsəbəsində doğulmuşdur.X2r. İş materiallarında olan 154411 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixində “yayılmış koronarokar” səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan Əliyeva Asiyanın adına olan abonent saldosundan görünür ki, Bakı şəhəri,Şüvəlan qəsəbəsi,Nizami küçəsi,ev 6A ünvanına 712,8 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "Azəriqaz" İB-nin nümayəndəsi X10 tərəfindən verilmiş etirazdan görünür ki, iddiaçının vərəsəliyini sübut edən hər hansı sənədin olmaması göstərilmiş və iddianın rədd olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarından görünür ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən Əliyeva Asiyanın adına xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. X15 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. İddiaçı Əliyeva Asiyanın nəvəsi olduğunu bildirsə də, bununla bağlı məhkəməyə vərəsəlik haqqında şəhadətnamə və ya digər sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının “borcun silinməsi” tələbi ilə iddia vermək üçün subyektiv hüququnun olmadığı hesab olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi əsassız olduğuna görə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2723/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2723/2024
04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver