Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2726/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəy yən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararaq iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azəriqaz» İB-nin nümayəndəsi X3 mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və digər tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalı, iddianı təmin etmə isə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddianı təmin etmə məhkəmə qətnaməsinin icrası məqsədi ilə görüldüyündən, iddia isə baxılmamış saxlanılmalı olduğundan, bununla da iddianı təmin etmənin qüvvədə qalmasına zərurət olmadığından iddianı təmin etmə ləğv edilərək qoyulmuş qadağa götürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflərin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək imkanları olduğundan, həmçinin yenidən iddianı təmin etmə tədbirinin görülməsinə dair məhkəməyə ərizə verməyə haqlı olduqlarından və belə imkanları olduğundan, baxılmamış saxlanmalı olan iddia əsasında görülmüş iddianı təmin etmə qüvvədə qala bilməz. Buna görə də iddia ərizəsi baxılmamış saxlanmalı və iddianı təmin etmə ləğv edilərək qoyulmuş qadağa götürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İşə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər ünvan 1 ünvana (abonent kodu **********500450) təbii qazın verilməsinin bərpa edilməsinin, təbii qazın verilməsinin dayandırılmasının və hesablanmış borcun həmin sayğaca dair verilmiş smart karta yüklənmiş pul məbləğindən silinməsinin Cavabdehnə qadağan edilməsinə dair Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2726/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbiri ləğv edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2726/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2726/2021
05.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver