Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2739/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyul 2018-ci il, 24 iyul 2018-ci, 31 mart 2019-cu il, 08 aprel 2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh Foriella-Dnepr yataq dəsti, matras 160x200x18, Venus çaryapı, Doşək Uretan, İMEİ kod **********66670 “Samsung Galaxy A50” markalı telefon və İMEİ kod **********77027 “Samsung Galaxy A8” markalı telefon almış və nəticədə onun 2952,60 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31 mart 2019-cu il tarixli, K00592546 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1288,0 manat (23 ay x56,0 manat +0,0 manat ilkin ödəniş) Foriella-Dnepr yataq dəsti, matras 160x200x18 üçün 1051,0 manat əsas borc, 319,0 manat dəbbə olmaqla, 1370,0 manat, 08 aprel 2019-cu il tarixli K00604834 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 870,0 manat (12 ay x 64,0 manat +102,0 manat ilkin ödəniş) , İMEİ kod **********66670 “Samsung Galaxy A50” markalı telefon üçün 640,0 manat əsas borc, 192,0 manat dəbbə, olmaqla 832,0 manat, 21 iyul 2018-ci il tarixli K00222298 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1176,0 manat (12 ay x 94,0 manat +48,0 manat ilkin ödəniş) ) İMEİ kod **********77027 olan “Samsung Galaxy A8” markalı telefon üçün 187,6 manat əsas borc, 56,0 manat dəbbə olmaqla, 243,6 manat, 24 iyul 2018-ci il tarixli K00225480 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 720,0 manat (24 ay x 30,0 manat +0,0 ilkin ödəniş) Venus çaryapı və Doşək Uretan üçün 390,0 manat əsas borc, 117,0 manat dəbbə olmaqla, 507,0 manat borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 1785,0 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən “xxxx” MMC-nin xeyrinə 2952,60 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 31.03.2019-cu il tarixli, 00592546 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “Samsung Galaxy A50” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 56 manat ödəməklə 23 ay müddətində ödəniş cədvəli üzrə 1288 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.03.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy A50” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 24.07.2018-ci il tarixli K00225480 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 720 manat olan “Apple AirPods Pro” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 24.07.2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Apple AirPods Pro” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 08.04.2019-cu il tarixli, ********* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 870 manat olan “Samsung Galaxy A50” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 64 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08.04.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy A50” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 21.07.2018-ci il tarixdə K00222298 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1176 manat olan “Samsung Galaxy A8” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 94 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21.07.2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy A8” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 31.03.2019-cu il tarixli müqavilə üzrə 1051,0 manat ödənilməmiş hissə, 43,0 manat dəbbə pulu, 24.07.2018-ci il tarixli müqavilə üzrə 390,0 manat ödənilməmiş hissə, 192,0 manat dəbbə pulu, 08.04.2019-cu il tarixli müqavilə üzrə 640,0 manat ödənilməmiş hissə, 192,0 manat dəbbə pulu, 21.07.2018-ci il tarixli müqavilə üzrə 187,6 manat ödənilməmiş hissə, 56,0 manat dəbbə pulu, ümumilikdə 2952,6 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən X2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 31.03.2019-cu il tarixli müqavilə üzrə 1051,0 manat, 24.07.2018-ci il tarixli müqavilə üzrə 390,0 manat, 08.04.2019-cu il tarixli müqavilə üzrə 640,0 manat, 21.07.2018-ci il tarixli müqavilə üzrə 187,6 manat məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 31.03.2019-cu il tarixli müqavilə üzrə 1051,0 manat məbləğində əsas borca münasibətdə 319,0 manat dəbbə, 24.07.2018ci il tarixli müqavilə üzrə 390,0 manat məbləğində borca münasibətdə 117,0 manat dəbbə, 08.04.2019-cu il tarixli müqavilə üzrə 640,0 manat məbləğində borca münasibətdə 192,0 manat dəbbə, 21.07.2018-ci il tarixli müqavilə üzrə 187,6 manat məbləğində borca münasibətdə 56,0 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 31.03.2019-cu il tarixli müqavilə üzrə 15,0 manat, 24.07.2018-ci il tarixli müqavilə üzrə 5,0 manat, 08.04.2019-cu il tarixli müqavilə üzrə 10,0 manat və 21.07.2018-ci il tarixli müqavilə üzrə 5,0 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20,0 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10,0 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31.03.2019-cu il tarixli, 00592546 saylı müqavilə üzrə 1051,0 manat əsas borc və 15 manat dəbbə, 24.07.2018-ci il tarixli, K00225480 saylı müqavilə üzrə 390,0 manat əsas borc və 5,0 manat dəbbə, 08.04.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 640,0 manat əsas borc və 10,0 manat dəbbə, 21.07.2018-ci il tarixli, K00222298 saylı müqavilə üzrə 187,6,0 manat əsas borc və 5,0 manat dəbbə, cəmi 2303,6 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 2323,6 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı «xxxx» MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 56-1051, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31.03.2019-cu il tarixli, 00592546 saylı müqavilə üzrə 1051,0 manat əsas borc və 15,0 manat dəbbə, 24.07.2018-ci il tarixli, K00225480 saylı müqavilə üzrə 390,0 manat əsas borc və 5,0 manat dəbbə, 08.04.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 640,0 manat əsas borc və 10,0 manat dəbbə, 21.07.2018-ci il tarixli, K00222298 saylı müqavilə üzrə 187,6 manat əsas borc və 5,0 manat dəbbə, cəmi 2303,6 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20 manat, ümumilikdə 2323,6 (iki min üç yüz iyirmi üç manat, altmış qəpik) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2739/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2739/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver