Məhkəmə qərarları › İş №2(003)-2750/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2750/2021

13.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2750/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 07 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 07 saylı Dövlət Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı ev Əzizbəyov rayon İK-nın 20 fevral 1987-ci il tarixli sərəncamı ilə iki yaşayış otağı sahəsi 20 kv.m., qalereya 24 kv.m. və mətbəx 16 kv.m. analığı X8 tikintisinə icazə verilmişdir. Həmin evin tikintisini başa çatdırmışdır. Bütün bunlara əsasən analığı 02.04.1986-cı il tarixli vəsiyyətnaməyə əsasən mübahisəli fərdi yaşayış evini ona vəsiyyət etmişdir və ömrünün sonuna qədər sözügedən evdə yaşamış və dünyasını dəyişmişdir. O, bir oğul kimi ananın ömrünün son gününə qədər qulluğunda dayanaraq baxmışdır. Ev isə göstərilən sərəncamla bu günə qədər onun adında qalmaqdadır. Hazırda mülkü faktiki idarə edərək, mirası qəbul edərək, orada yaşayır. O, vəsiyyət üzrə vərəsə kimi fərdi yaşayış evini adına sənədləşdirmək üçün 7 saylı notariat kontoruna müraciət etmiş, lakin 5 iyun 2021-ci il tarixli məktubla ona vəsiyyətnamə notariat tərəfindən təsdiq edilmədiyindən sənədləşdirməkdən imtina edilmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 07 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Məsumə xanım iddiaçının ögey anası olub. 1989-cu ildə iddiaçı ilə ailə qurub, hal-hazırda sözügedən evə gəlin gəlmişdir. O gəlin gələndə qaynanası Məsumə onlarla birlikdə yaşayırdı. İki qaynı olmuş, onlardan biri Elxan 1993-1994-cü illərdə ailə qurub başqa yerə köçüb, baldızı Nailə də başqa yerdə yaşayır. Digər qaynı Elman isəxaricdə yaşayır. Qaynanası ölməmişdən əvvəl vəsiyyətnamə qoyaraq, yaşadıqları evi İddiaçı vəsiyyət edib. Digər şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun yeznəsidir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evdə həmişə iddiaçı yaşayıb. İddiaçının bacı və qardaşları o evdə yaşamırlar, özlərinin ayrıca evləri var.Bütün kənd bilir ki, Elşad analığına baxıb, onunla bir yerdə yaşayıb. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını, eləcə də şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin 07.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evə dair İddiaçı adına verilmiş vəsiyyətnamə notarial qaydada təsdiq edilmədiyi üçün ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 10.04.1987-ci ildə, X3 05.01.1978-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışın surətindən görünür ki, X3 ilə X5 nikahı 13 may 1958-ci il tarixdə 43 nömrə ilə qeyd olunmuşdur. Arvada Dadaşova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş əl yazısı ilə tərtib edilmiş vəsiyyətnamədə qeyd edilmişdir ki, X14 qaynı arvadları olan şahidlər Rəna və Qəmərin iştirakı ilə özünə məxsus bütün əmlaklarını, o cümlədən yaşadığı evini oğlu İddiaçı vəsiyyət etmiş, digər övladlarını məcburi paydan təcrid etmişdir. İş materiallarına əlavə edilmiş Buzovna qəsəbəsi Nümayəndəliyinin 30.10.2019-cu il tarixli arayışının surətindən görünür ki, X14 ölən günə qədər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evdə ailə üzvləri İddiaçı və digərləri ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 01.07.2021-ci il tarixli məktubundan görünür ki, Məsumə Dadaşova 13.05.1958-ci ildə Xəzər rayonunun Buzovna qəsəbə icra nümayəndəliyində X3 ilə nikaha daxil olmuşdur. Həmin nikah haqqında akt qeydində qadının adı Yasuma kimi yazılmışdır. Onların birgə nikahından 01.07.1961-ci ildə Elxan Dadaşov, 24.08.1963-cü ildə Nailə Dadaşova və 14.01.1966-cı ildə Elman Dadaşov doğulmuşdur. İş materiallarına İddiaçı yaşayış evinin tikintisi üçün pul ayrılması barədə 22.05.1987ci il tarixli sərəncam əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi 36 saylı fərdi yaşayış evi X8 məxsus olmaqla, öldüyü günə qədər həmin ünvanda ögey oğlu İddiaçı ilə birlikdə yaşamış, digər övladları mərhumun sağlığında özlərinə məxsus ayrıca evlərinə köçmüş, mərhum vəfat edərkən iki nəfər şahidin iştirakı ilə evində vəsiyyətnamə yazaraq, miras əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. Sonuncu, həmçinin, həmin miras əmlakda yaşamaqla miras əmlakı faktiki olaraq da qəbul etmişdir. AR Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, mərhum X6 özünə məxsus miras əmlakı ölənə qədər birlikdə yaşadığı ögey oğlu İddiaçı vəsiyyət etdiyi işin məhkəmə iclasında araşdırılan halları, iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, 36 saylı evə vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar