Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2769/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 22.08.*99*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X* adına olan ölüm qeydiyyat kitabında qeyd edilən akt qeydinin 06.04.*990-cı il tarixdə Bakı şəhərində anadan olmuş doğum akt qeydində qeyd edilən X3 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, oğlu X4 06.04.*990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Oğlu ağciyər xəstəliyindən 22.08.*99*-ci il tarixdə X6 vəfat etmişdir. Oğlunun vəfatı ilə bağlı sənədlərdə adı “Mütəllim” kimi göstərilmişdir, amma oğlunun doğum haqqında akt qeydində adı “Mütəllib” kimi qeyd edilmişdir. Oğlunun adı Mütəllib olmuşdur. Bu faktın müəyyən edilməsi ona torpaq sahəsi və ev sənədləşdirilməsi üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan “Respublika Pediatriya Mərkəzi” X*4 tərəfindən verilmiş arayışın surətindən görünür ki, 06.04.*990-cı il təvəllüdlü X5 22.08.*99*-ci il tarixdə “yuxarı tənəffüs yolların infeksiyası, ağciyər ödemi, beyin ödemi” diaqnozu ilə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ərizəçinin oğlunun doğum haqqında akt qeydində adı “Mütəllib”, ölüm haqqında akt qeydində isə “Mütəllim” kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunan 25.*2.*99*-ci il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, 06.04.*990-cı il təvəllüdlü X5 22.08.*99*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan *7.04.*990-cı il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, X4 06.04.*990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçinin *990-cı ildə Mütəllib adlı oğlu olmuşdur. O qarpızdan zəhərlənərək *99*-ci il tarixdə vəfat etmişdir, lakin harda dəfn olunduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun 30 ildir ki, qonşusudur. Ərizəçinin *990-cı ildə Mütəllib adlı oğlu olmuşdur. Uşaq *99*-ci il tarixdə vəfat etmiş və Binə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmədə müəyyən olundu ki, 06.04.*990-cı il təvəllüdlü X4 22.08.*99*-ci il tarixdə “yuxarı tənəffüs yolların infeksiyası, ağciyər ödemi, beyin ödemi” diaqnozu ilə vəfat etmişdir. X2 ölüm haqqında akt qeydində texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə adı X4 əvəzinə X5 yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 25.*2.*99*-ci il tarixli ölüm haqqında akt qeydinin X3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 2*6-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25.*2.*99*-ci il tarixli ölüm haqqında akt qeydinin *7.04.*990-cı il tarixli doğum haqqında akt qeydinə əsasən 06.04.*990-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2769/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2769/2025
22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver