Məhkəmə qərarları › İş №2(003)-2804/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2804/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2804/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 6609,60 (altı min altı yüz doqquz manat altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində X3 adlı şəxsdən torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Təxminən 8 aydır ki, həmin evdə yaşayır, sözügedən aktın tərtib olunduğu vaxtdan təxminən 6-7 ay heç kim həmin evə yaşamamışdır. Evin işıq-qaz sənədlərini öz adına sənədləşdirmək məqsədilə sənədləri toplamaq istədikdə "Azəriqaz" İB tərəfindən ona bildirmişlər ki, X1 adına olan bütün borcları öhdəsinə götürsə onda onu abonent kimi qəbul edəcəklər və o, da öz növbəsində bununla razılaşmışdır. Sonradan bildiriş və aktları ona verərək guya qaz xəttinə müdaxilə etdiyinə görə cərimə olunmuşdur. Abonent saldosunun cədvəlində 6120 kub göstərilir və hər aylar üçün qalıq 734,40 rəqəmləri yazılmışdır. Necə olur ki, 3 ay ardıcıl eyni sərfiyyat və eyni qalıq işlədilir. Aktlar qanunsuz tətib olunub ona görə də ləğv olunmalıdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Sovxoz sahəsi ünvanına dair ona məxsus **********00301 saylı abonent hesabına hesablanmış 6609,60 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, aktlar tərtib edilərkən həqiqətən də, havaların soyuq olması səbəbindən təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Belə ki, aktların tərtib olunduğu ünvanın əvvəlki sahibi X3 adlı şəxs olmuş, evi 2022-ci ilin dekabr ayında həmin şəxsdən almış, evdə təxminən 5-6 ay yaşamış, sayğacdan kənar evinə qaz xətti çəkmiş, 2023-cü ilin yanvar, fevral, mart və aprel ayları ərzində sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Ona sayğacdan kənar qaz xəttindən istifadəyə görə dəymiş ziyan hesablanarkən əslində olmayan, guya onun evində olan başqa qaz avadanlıqlarını göstərilməklə həddinən artıq ziyan hesablanmışdır. Onun evi iki otaqdan ibarət olmaqla evdə təbii qazla işləyən dördgözlü qaz peçi və qənaətli su qızıdırıcısı (pitiminutka) avadanlıqlardan istifadə edirlər. Həmin qaz peçi və su qızıdırıcısı bu qədər qaz sərfiyyatı edə bilməz, həmçinin o, da bütün gün ərzinə həmin cihazları işlətməmişdir. Bundan başqa evə qaz sayğacı quraşdırmaq üçün Cavabdeh İB-nə müraciət edəndə sayğac quraşdırmaq üçün ondan evin əvvəlki sahibindən qalan təbii qaza görə borcları öhdəsinə götürmək tələb olunmuş, o, da razılaşmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00301 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 36720 m3 həcmində qaz itkisi hesablanmaqla 4406,4 manat (36720 x 0,12 =4.406,40 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00301 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 həcmində qaz itkisi hesablanmaqla 734,4 manat (6120 x 0,12 = 734,40 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00301 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 həcmində qaz itkisi hesablanmaqla 734,4 manat (6120 x 0,12 = 734,40 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00301 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 həcmində qaz itkisi hesablanmaqla 734,4 manat (6120 x 0,12 = 734,40 manat) dəymiş ziyan hesablanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. İş materiallarında olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00301 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 4406,40 manat, 734,40 manat, 734,40 manat, 734,40 manat olmaqla, cəmi 6609,60 (altı min altı yüz doqquz manat altmış qəpik) manat borc hesablanmışdır. Məhkəmə tərəfindən Cavabdeh İB-nin mühəndisi Eldəniz Əbilovun iştirakı ilə iddiaçının ünvanında aparılmış yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanında ümumi həyətdə iki otaqdan ibarət evi var. Evdə təbii qazla işləyən bir ədəd dörd gözlü qaz peçi və qənaətli su qızdırıcısı var. Evdə təbii qazla işləyən başqa avadanlıqlar müəyyən edilməmişdir. İş mateliallarına əlavə edilmiş fotoşəkillər də göstərilən xüsusatları təsdiqləyir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qeyd olunan qanunvericiliklərin tələblərinə əsasən, məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında tam icra etmədiyindən yaranmış cari borcun tam şəkildə ödənilməsinə dair iddiaçının tələbi əsaslıdır. Lakin, məhkəmə, qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 6609,60 manat məbləğində cari borcu mövcuddur və həmin məbləğdə də iddiaçının xeyrinə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında (2023–ci ilin yanvar ayından 2023-ci ilin aprel ayınadək) 6609,60 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin aktlara görə hesablanmış borcun silinməsini tələb edir. İddiaçı həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktlarda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İşin məhkəmə tərəfindən araşdırılması, həmçinin məhkəmə tərəfindən mübahisəli ünvana keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının ümumi həyətdə iki otaqdan ibarət evi var. Evdə bir ədəd dörd gözlü qaz peçi və qazla işləyən qənaətli su qızdırıcısı var. Evdə qazla işləyən başqa avadanlıqlar mövcud deyil. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında İddiaçı 6609,60 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada cavabdeh tərəf həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 6609,60 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanmasına zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqları yerində müayinə zamanı qeyd olunan ünvanda mövcud olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, həmin ünvanda sadə bir ədəd dördgözlü qaz peçi və su qızıdırıcısı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 55.080 m3 həcmində sərfiyyat hesablanmaqla dəyəri 6.609,60 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də və həmin an hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, məhkəmə orta günlük iş rejiminin PQ4 (dörd gözlü qaz peçi) üçün 12 saat, qənaətli su qızdırıcısı üçün (pitiminutka) üçün 6 saat olaraq hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən hər həftə aparılan yoxlamalar nəzərə alınaraq, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti PQ4 qaz avadanlığı üzrə günlük orta iş rejimi 12 saat və QSSQ qaz avadanlığı üzrə orta iş rejimi 6 saat olmaqla hesablanmalıdır. Odur ki, xx.xx.2023-cü il tarixli ******* akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x12x30=432 kub metr olmaqla 51,84 manat (432x0,12), QSSQ qaz avadanlığı üçün 3x6x30=540 kub metr olmaqla 64,80 manat (540x0,12), həmin akt üzrə cəmi 116,64 manat; xx.xx.2023-cü il tarixli ******* akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x12x30=432 kub metr olmaqla 51,84 manat (432x0,12), QSSQ qaz avadanlığı üçün 3x6x30=540 kub metr olmaqla 64,80 manat (540x0,12), həmin akt üzrə cəmi 116,64 manat; xx.xx.2023-cü il tarixli ******* akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x12x30=432 kub metr olmaqla 51,84 manat (432x0,12), QSSQ qaz avadanlığı üçün 3x6x30=540 kub metr olmaqla 64,80 manat (540x0,12), həmin akt üzrə cəmi 116,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli ******* akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x12x30=432 kub metr olmaqla 51,84 manat (432x0,12), QSSQ qaz avadanlığı üçün 3x6x30=540 kub metr olmaqla 64,80 manat (540x0,12), həmin akt üzrə cəmi 116,64 manat məbləğində,ümumilikdə bütün aktlar üzrə 466,56 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00301 olan) hesablanmış 6.143,04 manat (6609,60 - 466,56 = 6.143,04) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 81,43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana (abonent kodu**********00301) hesablanmış 6.143,04 (altı min bir yüz qırx üç manat dörd qəpik) manat məbləğində borc silinsin. 81,43 (səksən bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar