Məhkəmə qərarları › İş №2(003)-281/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-281/2022

10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-281/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 iyul 1965-ci il tarixli sənəddə (müqavilədə) qeyd olunan X9 eyni şəxs Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızının olması faktının və həmin müqavilənin X7 ilə atası X16 və anası Hacıyeva (Abdullayeva) Gülarə Baxşəli qızı arasında bağlanması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə 5302 reyestr nömrəsi ilə təsdiq edilmiş 05 iyul 1965-ci il tarixdə X7 ilə X16 və X17 arasında bağlanmış müqavilənin anası Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızına məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsin məhkmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair texniki pasport və çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sənədlərdə problem olduğu üçün imtina etmişdir. Qeyd edir ki, mərhum anası Abdullayeva (qızlıq soyadı Hacıyeva) Gülarə Baxşəli qızı 18 may 1935-ci il tarixdə Ermənistanın SSRİ Basarkeçər rayonu, Böyük Məzrə kəndində anadan olmuş, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair texniki pasport və çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirərkən bildirmişlər ki, həmin əraziyə dair müqavilənin X7 ilə atası X16 və anası Hacıyeva (Abdullayeva) Gülarə Baxşəli qızı arasında bağlansa da, lakin anasının adı həmin müqavilədə yalnış yazılmışdır. Qeyd edir ki, anası Hacıyeva (Abdullayeva) Gülarə Baxşəli qızının həmin sənəddə (müqavilədə) adı “İla”, soyadı (qızlıq soyadı) “Hacıyeva”, atasının adı isə “Baxşəli” kimi qeyd edilmişdir. Ancaq digər sənədlərdə isə anasının adı, soyadı və anasının adı Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızı” kimi qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirilməsi üçün onun adına sənəd verilməsi mümkün olmamışdır. Bildirir ki, mərhum anası o vaxtlar buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Abdullayeva (Hacıyeva) Gülarə Baxşəli qızı onun anasıdır və o, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Anasının Bəsti və Tamara adında iki bacısı var. Onlar 1965-ci ildən ünvan 1 ünvanında ailələri ilə birlikdə yaşayıblar. Hal-hazırda qardaşı Ərizəçi həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, mərhum Abdullayeva (Hacıyeva) Gülarə Baxşəli qızının bacısıdır. Bacısının adı Gülarə olub, amma ona İla deyirdilər. Onun İla adında başqa bacısı olmayıb. Həmçinin bildirmişdir ki, 1965-ci ildən ünvan 1 ünvanında Bacısı öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Halhazırda Ərizəçi həmin ünvanda yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə təsdiq edilmiş 05 iyul 1965-ci il tarixli müqavilənin surətindən görünür ki, X7 ünvan 2 ünvanında yerləşən birmərtəbəli yaşayış evini X10 və X2. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X11 xx.xx.1958-ci il tarixində Ermənistan SSR, Basarkeçər rayonu, Böyük Mazra kəndində nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki: "ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə 5302 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Dublikatih üzərində müvafiq qeydiyyat aparılaraq Sizə göndərilir.” İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda deyilir: “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində, qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin perimetrik ölçü, konfiqurasiya və sahə fərqi mövcuddur. Həmçinin, texniki baxış keçirilən zaman arxiv texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1652 kv.m təqdim edilən torpaq sahəsinə dair 1965-ci il tarixli müqavilədə 1200 kv.m faktiki torpaq sahəsinin ölçüsü isə 1740 kv.m olduğu aşkar olunmuşdur. Bundan başqa, arxiv texniki pasportunda qeyd edilən “A” yaşayış evinin 2 və 3 saylı sahələri sökülmüş, yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Əlavə olaraq, fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan müqavilədə qeyd olunan payçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin X1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X8 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin oğlu Ərizəçi olması olması barədə sizə məlumat verilir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Texniki pasport və Çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1935-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə doğulmuşdur. Onun atası X16, anası X3r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə 5302 reyestr nömrəsi ilə təsdiq edilmiş 05 iyul 1965-ci il tarixli müqavilədə Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızının adı “X17” kimi göstərilmişdir. Göründüyü kimi, ərizəçinin hazırki ərizəsində göstərilən faktın müəyyən edilməsi ona özünün də qeyd etdiyi kimi anasının adına olan əmlakı sənədləşdirmə məqsədi daşıyır. Məhkəmə iş materiallarına əlavə olunmuş digər sübutlara qiymət verərək hesab edir ki, ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə 5302 reyestr nömrəsi ilə təsdiq edilmiş 05 iyul 1965-ci il tarixli müqavilənin Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızına məxsus olmasının müəyyən edilməsinə dair ərizəsi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə 5302 reyestr nömrəsi ilə təsdiq edilmiş 05 iyul 1965-ci il tarixdə X7 ilə X16 və X17 arasında bağlanmış müqavilənin həmçinin Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 3iat ofisində 05 iyul 1965-ci il tarixdə 5302 reyestr nömrəsi ilə təsdiq edilmiş 05 iyul 1965-ci il tarixdə X7 ilə X16 və X17 arasında bağlanmış müqavilənin həmçinin Abdullayeva (Hacıyeva) Gülara Baxşəli qızına məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar