Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2825/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, ünvan 5 dövlət notariat kontoruna (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi) qarşi “alqı-satqı müqaviləsinin, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin, çıxarışların və ölüm haqqında şəhadətnamənin etibarsız hesab və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasinda açiq məhkəmə iclasinda baxaraq, məhkəmə müəyyən etdi:- İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 7 saylı notariat kontorunda verilmiş xx.xx.2009-cu il reyestr 2V/1-24 qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılması və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sözügedən reyestr nömrəsi **********06 qeydiyyat nömrəsi ********** saylı xx.xx.2009-cu ildə verilmiş çıxarışın etibarsız sayılması, 7 saylı notariat kontorunda xx.xx.2009-cu ildə Cavabdeh3 adına olmuş alqı-satqının etibarsız sayılması, xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamənin yəni X8 adına olunmasının etibarsız sayılması və əsl həqiqətdə olan mərhum X1nun torpaq sahəsinin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1991-cı il tarixdə avtoqəza şəraitində mərhum X1 vəfat etmişdir. Vəfat etdiyi müddətdə 25 yaşı var idi, evli deyildi onun üçü ölüm kağızı almaq bizim ailədə çox təsir verici hal idi. Onun adına 750 kv.m keçmiş Əzizbəyov rayonu İcra Hakimiyyəti tərəfindən pay torpağı paylananda rəsmləşmişdir. Hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Bu yaxında özəlləşdirmək məqsədilə məcbur olub ölüm kağızı almaq üçün Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etmi. və xx.xx.2024-cü ildə tarixdə AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Ailə tərkibi 7 nəfərdən ibarət olub, atası və anası vəfat etdiyinə görə 5 övlad (3 qardaş və 2 bacı) olmuşlar. Hal-hazırda doğulduğu ünvanda qeydiyyatdadır. Lakin, 7 saylı natarial kontorda vərəsəlik işi açılması üçün yaxınlaşanda mərhum X8 adma vərəsəlik işi xx.xx.2009-cu ildə qanuni üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona izah olunmuşdur ki, həmin vərəsəlik şəhadətnaməsi verilən zaman qardaşı güya xx.xx.2004-cü ildə vəfat etmiş, xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamə tərtib olunmuş və qardaşı X12 etibarnaməsi əsasında Cavabdeh2 iştirakı ilə bütün sənədləşmə işini aparmışdır. Vərəsəlik şəhadətnaməsi Mətanət xanım əldə etdikdən sonra mərhum qardaşı Elşadın adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışı X12 adından yenidən çıxarış almış dərhal xx.xx.2009-cu ildə Cavabdeh3 adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Onda olan məlumat bu qədər olduğu üçün Zakir başqa adamının adına keçirib-keçiıtmədiyi məlum deyildir. Hal-hazırda həmin torpaq sahəsi rəsmiləşdirib özəlləşdirmək üçün onların qanuni sənədi olmadığı üçün əziyyət çəkir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh4 maraqlı şəxs kimi məhkəmə araşdırılmasına cəlb edilməsi, xx.xx.2023-cü il tarixdə 50 Saylı Notariat kontorunda Cavabdeh4 AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılması və DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər 7 saylı Notariat kontoru və digərlərinə qarşı 2(003)-2825/2024 mülki iş üzrə bildirir ki, ərizədə 3-cü şəxs kimi qeyd olunmuş Cavabdeh3 xx.xx.2023-cü il tarixdə 50 Saylı Notariat kontorunda mübahisəli torpaq sahəsini və üzərindəki tikili ilə birlikdə Cavabdeh4 AN-İ seriyalı, 146370 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninki1əşdirilmişdir. Həmin müqaviləyə əsasən Həmzəyeva İ.alə Rafiq qızı xx.xx.2023-cü il tarixdə ********* qeydiyyat nömrəli çıxarış almışdır. Qeyd olunan iddia ərizəsinə qoşma ilə əlavə edilərək məhkəməyə təqdim olunan AZ-İ seriyalı, 089559 nömrəli ölüm haqqında şəhadətnamə onlarda olan məlumata əsasən X17 verilmişdir, lakin həmin şəhadətnamənin surətinin üzərində araşdırılma aparılmış və həmin sənəd 7 saylı notariat kontorunda istifadə olunmuşdur. Bununla bağlı Xəzər rayon Qeydiyyat şöbəsinə tərəfimdən sorğu verilmiş, qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-16-259\2024 saylı cavabında müsbət nəticə əldə olunmadığından qeyd olunan orqana məhkəmə tərəfindən sorğu verilməsi zərurəti vardır. İddiaçının mərhum X1nun adına verimiş 750 kv.m torpaq səhəsinə dair vərəsəlik işinin açılması haqqında ilkin məktub mövcud deyildir və bununla bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yerləşmə cizgisi mümkünsüz hesab olunmalı idi. Bu da Xanlarov Elşadın adına verilmiş çıxarışın saxta yolla əldə edilməsini göstərən faktdır. Belə ki, Milli Arxiv İdarəsinin Bakı l filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-2L\2-1 587/2024 saylı cavab məktubunda görünür ki, 2007-2009-cu illər üzrə X15 barəsində heç bir məlumat aşkar olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş SD-Diskdə Cavabdeh3 öz ifadəsində bildirir ki, həmin torpaq sahəsini Kəmalə adlı xanımdan alıb, həmin xanım qeyd olunan ünvanda bu günədək yaşayıb və özünə məxsus həyətyanı torpaq sahəsindən 175 kv.m satdığını etiraf etmişdir. Kəmalə xanımla aparılan telefon danışığı zamanı məlum olmuşdur ki, o, Mərdəkan qəsəbəsi, Arablinski küçəsi ev 4-də olan torpaq sahəsindən 2007-ci il tarixdə Cavabdeh3 sənədsiz olaraq satmışdır. Bu vəziyyətdə Cavabdeh3 həyat yoldaşı Cavabdeh2 göstəriş verərək 7 saylı notariat kontorunda X18 ilə əlbir olub etibarnamə əldə edərək öz fəaliyyətini davam etmişdir. Mübahisəli torpaq sahəsini qanunsuz olaraq özəlləşmə işini aparmışdır. Özəlləşdirmə zamanı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilməli olan torpaq sahəsinin yerləşmə sxemi olmadan DƏDRX 1 Savlı Bakı ərazi idarəsi tərəfindən çıxarış almışdır, lakin bu vəziyvəldə yəni qeyd olunan sənədlər olmadan çıxarışın verilməsi qanunsuzdur. Saxta yolla əldə edilmiş çıxarış əsasında 7 saylı notariat kontorunda məktub olmadan birbaşa vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işində olan fevral 2009-ei il tarixli aravışdan görünür ki. X9 ailə tərkibi 1 nələrdən ibarətdir, lakin xx.xx.2024-cü il tarixli Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhumun öldüyü tarixdə 7 nəfərdən ibarət ailəsi olmuşdur. Vərəsəlik şəhadətnaməsi xx.xx.2009-cu il tarixdə verilməsinə baxmayaraq xx.xx.2009-cu il tarixdə çıxarış verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Kəmalə xanımın (012 554-91-59) məhkəməyə dəvət olunub dindirilməsi zərurəti vardır. Eyni zamanda torpaq sahəsinin sonuncu sahibi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh4 məhkəməyə maraqlı şəxs kimi məhkəmə prosesinə eəlb edilməlidir. 1988-2000-ci illər ərzində verilən pay torpaq sahələri qəsəbədən kənarda olan boş torpaq sahələrində paylanmışdı, lakin mərhum Azadın adına verilən toqpaq sahəsi Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq yerləşdirilmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin etibarsızlığı və X1nun torpaq sahəsinə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisinin verilməsi hissəsində azaldılmasını, iddia tələbini digər hissələrdə müdafiə etdiyini və iddia tələbinin həmin hissələrdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 ərizəsi əsasında Cavabdeh3 və Cavabdeh4 cavabdehlər qismində cəlb edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Hazırda özünə aid olan torpaq sahəsini rəsimləşdirmək istəyərkən, müəyyən etmişdir ki, torpaq sahəsi növbəlik əsasında Cavabdeh4 adına qeydiyyata alınmışdır. Hazırda özünə məxsus torpaq sahəsini qeydiyyata aldırmaq istəyir. Lakin onun mərhum qardaşına məxsus torpaq sahəsinə aid sənəd məlumatları cavabdehlər məxsus əmlaka üçün rəsmiləşdirmişdirlər. Belə ki, Cavabdeh3 həmin torpaq sahəsini Kəmalə adında qadından almış, həmin torpaq sahəsinin də sənədləri olmamışdır. X1 xx.xx.1991-cı il tarixdə avtoqəza şəraitində vəfat etmişdir. Qardaşının ondan və digər bacı və qardaşlarından başqa vərəsəsi olmamışdır. Lakin onun adına saxtalaşdırma yolu ilə saxta ölüm haqqına şəhadətnamə hazırlanaraq, ölüm tarixini xx.xx.2004-cü il tarixi qeyd olunan, xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 089559 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş, 590 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm akt qeydi üzrə qeydə alınmışdır. Həmin ölüm haqqında şəhadətnamə notariusa təqdim edilmiş və cavabdeh X18 özünü yeganə vərəsə kimi təqdim edərək, adına qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hazırda həmin şəhadətnamə qanunsuzdur, şəhadətnamə və onun əsasında tərtib olunan digər sənədlər etibarsız hesab edilməlidir. Onun cavabdehlərə məxsus torpaq sahəsinə hər-hansı iddiası yoxdur. O, sadəcə qardaşına məxsus əmlakı sənədləşdirmək istəyir. Digər tərəfdən də, saxta ölüm haqqına şəhadətnaməsini tərtib edən şəxs(lər)in müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda izahatında göstərdi ki, saxta ölüm haqqına şəhadətnamə əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bütün sənədləşmələr etibarsızdır. Ona görə də, şəhadətnamə və onun əsasında tərtib olunan digər sənədlər etibarsız hesab edilməli, saxta ölüm şəhadətnaməsini tərtib edən şəxs(lər)in müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə verdiyi izahatında idda tələbinin təmin olunmamasını xahiş etdi. əlavə olaraq bildirdi ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya hər-hansı aidiyyatı yoxdur. Belə ki, qeyd oluna torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Eyni zamanda iş üzrə xüsusi qərardad çıxarılmasına etiraz etmədi. Cavabdehlər Cavabdeh4, ünvan 5 dövlət notariat kontoru və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, "Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər:- - Məhkəmə sorğusu əsasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində alınmış ölüm akt qeydləri kitabının X8 adına olan səhifəsinin surətindən görünür ki, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. -Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsindən məhkəmənin sorğusu əsasında alınmış 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydindən müəyyən edilmişdir ki, 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydi xx.xx.2004-cü ildə vəfat etmiş X19 məxsusdur. -Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 5 Notariat Ofisindən alınmış xx.xx.2009-cu il tarixdə rəsimləşdirilmiş 2V-102 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair vərəsəlik işindən görünür ki: -xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Şağan qəs.Hüseynzadə küç.dön.2, ev 3-də yaşayan qardaşı X18 torpaq sahəsi Mərdəkan qəs.3/17 saylı sahə DƏDRX-in kit.131səh.12318, qeyd.**********, xx.xx.2009-cu il tarixli arayışına əsasən sənəd üzrə 0.075 ha, faktiki 0.07015 ha.olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6də yerləşən 0.07015 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X8 vəfat edən zaman qardaşı X18 vərəsəsi qalmışdır. -Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli, 62 saylı arayışından görünür ki, X15 barəsində Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində nikah haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları: xx.xx.1986-cı ildən xx.xx.2004-cü ilədək vətəndaşlıq vəziyyəti aktlarının ümumirespublika elektron məlumat bankında Bakı şəhəri üzrə yoxlanılmışdır. -AZ-İ seriyalı, 089559 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin 08 ayının 10-cu günündə 590 nömrə ilə qeydə alınmışdır. - AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X11 olan X15 xx.xx.1966-cı ildə anadan olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X11 olan X18 xx.xx.1970-ci ildə anadan olmuşdur. - xx.xx.2007-ci il tarixli arayışlardan görünür ki, X6 xx.xx.1999-cu ildə və X11 xx.xx.2004-cü ildə vəfat etmişdirlər, - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 5 Notariat Ofisindən alınmış xx.xx.2009-cu il tarixdə rəsimləşdirilmiş 4Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki: - MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6də yerləşən 0.07015 ha torpaq sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2009-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X18 (onun adından etibarnamə əsasında Cavabdeh2 çıxış etmiş və imza etmişdir) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, 11/5979 saylı arayışına və DƏDR-dən xx.xx.2009-cu il tarixli, kitab 131, səhfə 12318, ********** qed. Nömrəli çıxarışına əsasən ünvan 6də yerləşən 0,07015 ha torpaq sahəsini Cavabdeh3 5000 manata satmışdır. Məhkəmənin sorğusu əsasında "Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.7015 ha torpaq sahəsi keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 9 nömrəli xx.xx.1990-cı il tarixli qərarına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 020302 nömrəli xx.xx.2007-ci il tarixli sənədinə əsasən X8 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 7 taylı notariat kontorunun 2V/1-24 reyestr nömreli xx.xx.2009-cu İİ tarixli "Qanun üzrə vereseiik hüququ haqqında şəhadətnaməyə asasən X12 adına qeydiyyata alınmışdır. ünvan 5 notariat kontorunun 40/1-102 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə asasən hamin torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 277 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamına, MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa va eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq ünvan 3ında vahid əmlak olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Lakin Bakı şəhəri 50 saylı notariat kontorunun 4Ə-926 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, ünvan 4 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.1463 ha torpaq sahəsi ünvan 5 notariat kontorunun 271 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1963-cü il tarixli texniki pasporta əsasən xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. ünvan 5 notariat kontorunun 3M-102 reyestr nömrəli xx.xx.2017-ci il tarixli “Vərəsəlikdə miras payın bağışlanmasıda və ünvan 5 notariat kontorunun 2V-126 reyestr nömrəli xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən sözügedən əmlakın 3/4 hissəsi xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. ünvan 5 notariat kontorunun 4Ə-01 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1463 ha torpaq sahəsindən 0.07 ha hissəsi X13 adına özgəninkiləşdirilmişdir. ünvan 5 notariat kontorunun 2V-327 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən sözügedən fərdi yaşayış evinin 1/4 hissəsi və onun yerləşdiyi torpaq sahəsindən 0.036575 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X12 adına qeydiyyata alınmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə-14 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X14 məxsus olan 0 036575 ha torpaq sahəsindən 0,0217 ha torpaq sahəsi X7 adma özgəninkiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, sözügedən əmlakın 1/4 hissəsi və 0.014875 ha torpaq sahəsi X12, 3/4 hissəsi və 0.039725 ha torpaq sahəsi isə İddiaçı adlarına qeydiyyata alınmışdır. - MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,070150 ha ölçüdə torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır. - MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cu il tarixli, **********06-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə 286,9 kv/m fərdi yaşayış evi tam mülkiyyət üzrə, 0,07015 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh4 4624,20 manata satmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 129, İİİ hissə. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1133.1. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1259. Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, Cavabdeh3 nümayəndəsi və vəkilini dinləyərək və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbi üzrə mübahisə predmeti barəsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 06 ayının 06-cı günündə 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 089559 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. . ünvan 6də yerləşən 0.07015 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmış və sonuncuya bu barədə MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 vərəsəsi Bakı şəhəri, Şağan qəs.Hüseynzadə küç.dön.2, ev 3-də yaşayan qardaşı X14 Mərdəkan qəs.3/17 saylı sahə DƏDRX-in kit.131səh.12318, qeyd.**********, xx.xx.2009-cu il tarixli arayışına əsasən sənəd üzrə 0.075 ha, faktiki 0.07015 ha.olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.ünvan 6də yerləşən 0.07015 ha torpaq sahəsi MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X12 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır.xx.xx.2009-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 (onun adından etibarnamə əsasında Cavabdeh2 çıxış etmiş və imza etmişdir) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, 11/5979 saylı arayışına və DƏDRX-dən xx.xx.2009-cu il tarixli, kitab 131, səhfə 12318, ********** qed. Nömrəli çıxarışına əsasən ünvan 6də yerləşən 0,07015 ha torpaq sahəsini Cavabdeh3 5000 manata satmışdır. ünvan 6 ünvanında yerləşən 0,070150 ha ölçüdə torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmış və sonuncuya bu barədə MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan sonuncu ünvan 7 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evi tikmiş və fərdi yaşayış evini adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata aldırmış və ona MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cu il tarixli, **********06-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə 286,9 kv.m fərdi yaşayış evi tam mülkiyyət üzrə, 0,07015 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh4 4624,20 manata satmışdır. Sonuncu isə ünvan 7 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evini adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X18 isə xx.xx.2024-cü ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 02 ayının 02-ci günündə 140 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 402698 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 277 nömrəli, xx.xx.2010cu il tarixli sərəncamına, MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa va eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq ünvan 3ında vahid əmlak olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, ünvan 7 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iclasında iddia ərizəsi, eləcə də iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbinin mərhum X8 7 saylı notariat kontorunda verilmiş xx.xx.2009-cu il reyestr 2V/1-24 qanun üzrə vərəsəlik şəhadətnaməsinin, **********06 qeydiyyat nömrəsi ********** saylı xx.xx.2009-cu ildə verilmiş çıxarışın, 7 saylı notariat kontorunda xx.xx.2009-cu ildə Cavabdeh3 adına olmuş alqı-satqının, xx.xx.2023-cü il tarixdə 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsinin, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması və xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamənin yəni X8 adına olunmasının etibarsız sayılmasından ibarət olması müəyyən edilmişdir. Belə olan məhkəmə qeyd edir ki, ilk olaraq mərhum X8 7 saylı notariat kontorunda verilmiş xx.xx.2009-cu il reyestr 2V/1-24 qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı məsələsinə hüquqi qiymət verilməlidir. Buna görə də, məhkəmə iddiaçının iddiasında qanun üzrə vərəsəlik şəhadətnamənin, çıxarışın etibarsız sayılmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçının tələbinə ilk növbədə, onun cavabdeh(lər) qismində göstərdiyi şəxs(lər)in bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1991-ci ildə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Şağan qəs.Hüseynzadə küç.dön.2, ev 3-də yaşayan qardaşı X18 torpaq sahəsi Mərdəkan qəs.3/17 saylı sahə DƏDRX-in kit.131səh.12318, qeyd.**********, xx.xx.2009-cu il tarixli arayışına əsasən sənəd üzrə 0.075 ha, faktiki 0.07015 ha.olan torpaq sahəsinə X14 xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 ünvan 6də yerləşən 0.07015 ha torpaq sahəsi adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata aldırmışdır. X5 xx.xx.2024-cü ildə ölmüş və tələb onun hüquqi varislərinə qarşı yönəldilməli, mərhumun hüquqi varisləri tələbə cavab verməli şəxs(lər), yəni cavabdeh(lər) ola bilər(lər). Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbləri izah edilməklə, ona cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehlərin əvəz olunması barədə ərizə verilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilməsi yeni qoşulan cavabdehin bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üç pilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Məhkəmə qeyd edir ki, iş üzrə tələb qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş X18 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilərdi. X5 xx.xx.2024-cü ildə vəfat etdiyindən iş üzrə cavabdeh qismində onun vərəsə(lər)inə qarşı tələb irəli sürülməmişdir. Baxılan iş üzrə iddiaçıya xx.xx.2024-cü ildə vəfat etmiş X12 vərəsələrinin iş üzrə cavabdeh qismində göstərilməmiş və on(lara)a qarşı tələb irəli sürülməmişdir. Belə ki, MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mərhum X8 7 saylı notariat kontorunda verilmiş xx.xx.2009-cu il reyestr 2V/1-24 qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın mübahisəli 7 saylı notariat kontorunda xx.xx.2009-cu ildə Cavabdeh3 adına olmuş alqı-satqının, xx.xx.2023-cü il tarixdə 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsinin, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsidə təmin edilə bilməz. Belə ki, iddianın 7 saylı notariat kontorunda xx.xx.2009-cu ildə Cavabdeh3 adına olmuş alqı-satqı, xx.xx.2023-cü il tarixdə 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış iş üzrə mübahisə predmeti olan xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən yaranan hüquq münasibətləri əsasında müvafiq sənədləşmələri aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın bu hissələri törəmə hüquq münasibəti olub, xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən törənən hüquq münasəbəti əsasında müvafiq icra hakimiyyəti orqanında rəsimləşdirilmişdir. Hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini qüvvədə olduğundan, iddianın bu hissəsi, yəni 7 saylı notariat kontorunda xx.xx.2009-cu ildə Cavabdeh3 adına olmuş alqı-satqı, xx.xx.2023-cü il tarixdə 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsi, DƏDRX-nin Bakı Əraazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə iddianın **********06 qeydiyyat nömrəsi ********** saylı xx.xx.2009-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsidə təmin edilməməlidir. Belə ki, sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilməmiş və hazırda qüvvədədir. Buna görə də, çıxarışın verilməsinə əsas olmuş qeydiyyat hazırda qüvvədə olduğundan çıxarışda ləğv edilə bilməz. Belə olan halda halda məhkəmə hesab edir ki, iddianın bu hissəsi də, təmin edilməməlidir. Məhkəmə iddianın xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamənin etibarsız sayılması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sözügedən şəhadətnamə saxtalaşdırılma yolu ilə tərtib edilmiş, həmin akt qeydiyyatı müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Belə ki, X8 adına xx.xx.2004-cü il tarixdə ölməsinə dair xx.xx.2004-cü il tarixli, 590 qeydiyyat nömrəli AZ-İ seriyalı, 089559 saylı ölüm haqqında şəhadətnamə hazırlanmışdır. Sözügedən ölüm haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 5 Notariat Ofisindən alınmış xx.xx.2009-cu il tarixdə rəsimləşdirilmiş 2V- 102 reyestr nömrəli vərəsəlik işi aparılmışdır. Vərəsəlik işindən də görünür ki qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınarkən notariat işinə X8 xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 089559 nömrəli, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 590 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamə əlavə edilmişdir. Lakin, məhkəmənin sorğusu əsasında, eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsindən məhkəmənin sorğusu əsasında alınmış 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydindən müəyyən edilmişdir ki, 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydi xx.xx.2004-cü ildə vəfat etmiş X19 məxsusdur. Göründüyü kimi, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. 590 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm akt qeydi isə xx.xx.2004-cü ildə vəfat etmiş X19 məxsusdur. X8 adına hazırlanmış xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 089559 nömrəli, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 590 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamənin qeydiyyatı isə qeydiyyat orqanında mövcud deyildir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə notariat işinə əlavə olunmuş, vərəsəlik işinin açılmasına səbəb olan X8 adına hazırlanmış xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 089559 (590 nömrə ilə qeyd alınmış) ölüm haqqında şəhadətnamənin qeydiyyat orqanında Elşad Xanlarovun adına qeydiyyatının olmaması, həmin tarixli 590 qeydiyyat nömrəli akt qeydin başqa şəxsin adına olması aşkara çıxarıldığından bu barədə xüsusi qərardad çıxarılmış və həmin qərardadla Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, ünvan 5 dövlət notariat kontoruna (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi) qarşi “alqı-satqı müqaviləsinin, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin, çıxarışların və ölüm haqqında şəhadətnamənin etibarsız hesab və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, ünvan 5 dövlət notariat kontoruna (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi) qarşi “alqı-satqı müqaviləsinin, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin, çıxarışların və ölüm haqqında şəhadətnamənin etibarsız hesab və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2825/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2825/2024
26.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver