Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2826/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) – “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair 1963-cü ilin sentyabrında verilmiş texniki pasportun Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində, Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,3-1 6-5-8-69-616 nömrəli arayışda və AZ-İİ seriyalı, 396759 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən X4 məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 istifadəsinə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, Döngə 4, ev 6 istifadəsində olmuşdur. Atası xx.xx.2024-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, Döngə 4, ev 6 miras qalmışdır. Bu əmlakı hüquqmüəyyənedici sənədini almaq istədikdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsi barədə pasportunda rus dilində mərhum atasının soyadı rus dilində “AЛИEB”, azərbaycan dilində “ƏLİYEV”, adı rus dilində “KYJİAГA”, azərbaycan dilində “GÜLAĞA”, ata adı rus dilində “MИXAИЛ OГЛЫ”, Azərbaycan dilində “MİXAİL OĞLU” kimi qeyd edilmişdir. Məhrum atasın, nikah haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnaməsində soyadı “ƏLİYEV”, adı “GÜLAĞA”, ata adı isə “MİKAYİL” kimi qeyd edilmişdir. Göründüyü kimi, mərhum atasının “ata” adı “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportunda səhv olaraq rus dilində “МИХАИЛ”, Azərbaycan dilində “MİXAİL” kimi qeyd edilmişdir. Düzgün yazılışı isə rus dilində “МИХАИЛ’ olmaqla azərbaycan dilinidə “MİKAYİL” kimi qeyd olunmalı olduğu halda səhv yazılmışdır. Hal-hazırda məhrum atasının ATA adında olan səhvlik “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportun atasına məxsus olması çox ciddi problemlər yaradır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, Döngə 4, ev 6 dair ilkin qeydiyyata alınmaqla çıxarış ala bilmir və imtina edilir. Xüsusi olaraq qeyd edir ki, ona məxsus doğum haqqında şəhadətnamə (əsas: №A3 № ******* rus dilində dilində): ata qrafasında (rus dilində) soyadı “AЛИEB” - azərbaycan dilində soyadı: “ƏLİYEV”, ata qrafasında (rus dilində) adı “ГЮЛАГA” - azərbaycan dilində soyadı: “GÜLAĞA”, ata qrafasında (rus dilində) ata adı “МИКАИЛ” - azərbaycan dilində soyadı: “MİKAYİL” kimi qeyd edilmişdir. AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsi (əsas: AA seriyalı, ******* nömrəli), soyadı “Əliyev”, adı “Gülağa”, ata adı “Mikayıl oğlu” kimi qeyd edilmişdir. Mərhum atamın ölüm haqqında şəhadətnaməsində (əsas: AZ-İİ Nq 396759) soyadı “Əliyev”, adı “Gülağa”, ata adı “Mikayıl oğlu” kimi qeyd edilmişdir. Mərhum atamın nikah haqqında arayışında (əsas: xx.xx.2024-cü il tarixli, N03.16-5-8-69-616), soyadı “Əliyev”, adı “Gülağa”, ata adı “Mikayıl oğlu” kimi qeyd edilmişdir. Beləliklə “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportunda mərhum atamın ata adı rus dilində “МИКАИЛ”, Azərbaycan dilində “MİXAİL” kimi qeyd edilməsi onun - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, Döngə 4, ev 6 dair hüquqmüəyyənedici sənədin çıxarış əldə edə bilməməyinə (əsas: maraqlı şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2- Əİ593-8/2023 **********80 nömrəli imtina məktubu) səbəb olmuşdur. Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair 1963-cü ilin sentyabrında verilmiş texniki pasportun xx.xx.2024-cü ildə vəfat etmiş X4 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Atasının adı Gülağa, babasının adı Mikayıl olub. Lakin atasının adına verilən evə dair sənəddə ata adı səhvən “Mixail” kimi qeyd edilmişdir. Mikayıl ilə Mixayil eyni şəxslərdir. Həmin evdə qardaşı yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ seriyalı, 1085s205 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində ata qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan nikah akt qeydindən arayışdan görünür ki, X7 ilə X1 arasındakı nikah 08 sentyabr 1959-cu il tarixdə, 147 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.09.1963-cü il tarixli pasportun surətindən görünür ki, ev sahibinə aid məlumatlarda rus dilində “Алиев Кулага Михаил оглы» kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 396759 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan AA5565632 nömrəli şəxsiyyət vəsiqəsinin surətində X7 qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA/2-Ə-01838/2023 saylı arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Qala qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 25 iyul (sənəddə olduğu kimi) 1933-cü ildə doğulan X3 təvəllüdü qeyd olunur. Atası: Baxışev (sənəddə olduğu kimi) Mikayıl Güləli oğlu, milliyyəti – türk, Anası: Baxışeva (sənəddə olduğu kimi) Çimnaz Almas qızı, milliyyəti – türk. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, tərəfinizdən təqdim edilmiş sənədlər və texniki pasport arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda hüquq sahibinin adı “X8” kimi qeyd edilmişdir. Bundan əlavə, tərəfinizdən təqdim edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 632,04 m2 qeyd edilsə də, idarənin arxivində olan nüsxəsində ölçü 1180,3 m2 göstərilmişdir. Həmçinin texxniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində, ölüm haqqında şəhadətnamədə, “X7” kimi göstərilsə də Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.09.1963-cü il tarixli pasportda X12 (“Алиев Кулага Михаил оглы») kimi qeyd edilmişdir. Ərizəçinin atasının adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.09.193-cü il tarixli pasportun xx.xx.2024-cü ildə vəfat etmiş X4 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.09.1963-cü il tarixli pasportun xx.xx.2024-cü ildə vəfat etmiş X4 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair XX.09.1963-cü tarixli texniki pasportun X4 (xx.xx.2024-cü ildə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2826/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2826/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver