Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2847/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.10.2019-cu il tarixli müqaviləyə əsasən Tozsoran Philips üçün 363,6 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu, 02.10.2019-cu il tarixli müqaviləyə əsasən Earbuds Qcy-T1 Pro qulaqlıq üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu, 06.06.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung galaxy Watch Active saat üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə pulu, 09.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93457 olan Samsung Galaxy A50 markalı telefon üçün 564 manat ödənilməmiş hissə, 56 manat cərimə borcu, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən Wonlex saat üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu, cəmi 1659,6 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 21.10.2019-cu il tarixli, 02.10.2019-cu il tarixli, 09.08.2019-cu il tarixli, 06.12.2019-cu il tarixli və 06.06.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh Tozsoran Philips , Earbuds Qcy-T1 Pro qulaqlıq, Samsung galaxy Watch Active saat, İMEİ kodu **********93457 olan Samsung Galaxy A50 markalı telefon, Wonlex saat, almış və nəticədə 1659,6 manat borc yaranmışdır. Cavabdeh 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 468 manat olan Tozsoran Philips üçün ümumilikdə 399.6 manat olmaqla ondan 363,6 manat ödənilməmiş hissə, 36 manat cərimə, 02.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 108 manat olan Earbuds Qcy-T1 Pro qulaqlıq üçün ümumilikdə 79 manat olmaqla ondan 72 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu, 06.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 630 manat olan Samsung galaxy Watch Active saat ümumilikdə 385 manat olmaqla ondan 350 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35 manat cərimə borcu, 09.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 846 manat olan İMEİ kodu **********93457 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 620 manat olmaqla ondan 564 manat ödənilməmiş hissə, güzəşt olunaraq 56 manat cərimə borcu, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 192 manat olan Wonlex saat üçün ümumilikdə 176 manat olmaqla ondan 160 manat ödənilməmiş hissə, güzəşt olunaraq 16 manat cərimə borcu, Cavabdeh cəmi 734.4 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.10.2019-cu il tarixdə 00995664 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 468 manat olan Tozsoran Philips Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 26 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 02.10.2019-cu il tarixdə 00952389 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 108 manat olan Earbuds Qcy-T1 Pro qulaqlıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 06.06.2019-cu il tarixdə 00705393 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 630 manat olan Samsung galaxy Watch Active saat Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09.08.2019-cu il tarixdə 00833903 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 846 manat olan İMEİ kodu **********93457 olan Samsung Galaxy A50 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 47 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 06.12.2019-cu il tarixdə 01104462 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 192 manat olan Wonlex saat Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 16 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 21.10.2019-cu il tarixli müqavilə üzrə 363,6 manat ödənilməmiş hissə və 36 manat dəbbə borcu, 02.10.2019-cu il tarixli müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 7 manat dəbbə borcu, 06.06.2019-cu il tarixli müqavilə üzrə 350 manat ödənilməmiş hissə, 35 manat dəbbə borcu, 09.08.2019-cu il tarixli müqavilə üzrə 564 manat ödənilməmiş hissə, 56 manat dəbbə borcu, 06.12.2019-cu il tarixli müqavilə üzrə 160 manat ödənilməmiş hissə, 16 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər beş müqavilə üzrə 1509.6 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 150 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1509.6 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 150 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21.10.2019-cu il tarixdə 00995664 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 363,6 manat ödənilməmiş hissə, 36 manat cərimə, 02.10.2019-cu il tarixdə 00952389 saylı alqı-satqı müqaviləsinə əsasən 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, 06.06.2019-cu il tarixdə 00705393 saylı alqı-satqı müqaviləsinə əsasən 350 manat ödənilməmiş hissə, 35 manat cərimə, 09.08.2019-cu il tarixdə 00833903 saylı alqı-satqı müqaviləsinə əsasən 564 manat ödənilməmiş hissə, 56 manat cərimə, 06.12.2019-cu il tarixdə 01104462 saylı alqı-satqı müqaviləsinə əsasən 160 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla ümumilikdə 1659,6 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21.10.2019-cu il tarixdə 00995664 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 363,6 manat ödənilməmiş hissə, 36 manat cərimə, 02.10.2019-cu il tarixdə 00952389 saylı alqı-satqı müqaviləsinə əsasən 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, 06.06.2019-cu il tarixdə 00705393 saylı alqı-satqı müqaviləsinə əsasən 350 manat ödənilməmiş hissə, 35 manat cərimə, 09.08.2019-cu il tarixdə 00833903 saylı alqı-satqı müqaviləsinə əsasən 564 manat ödənilməmiş hissə, 56 manat cərimə, 06.12.2019-cu il tarixdə 01104462 saylı alqı-satqı müqaviləsinə əsasən 160 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla ümumilikdə 1659,6 (bir min altı yüz əlli doqquz manat altımış qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2847/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2847/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver