Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2849/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57267 olan Samsung Galaxy A10 markalı telefon üçün 156,5 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, 08.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********9073230 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar, İMEİ kod **********85006 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar üçün 346 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu, 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********39191 olan Xiaomi Redmi T8 markalı telefon üçün 366,8 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu, 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********28611 olan Samsung Galaxy A10 markalı telefon üçün 236 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu cəmi 1213,3 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 11.12.2019-ci il tarixli, 08.07.2019-ci il tarixli, 08.02.2020-ci il tarixli və 12.11.2019-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********57267 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ kod **********9073230 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar, İMEİ kod **********85006 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar, İMEİ kodu **********39191 olan Xiaomi Redmi T8 markalı telefon və İMEİ kodu **********28611 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 1213,3 manat borc yaranmışdır. Cavabdeh 11.12.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 372 manat olan İMEİ kodu **********57267 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 171,5 manat olmaqla ondan 156,5 manat ödənilməmiş hissə, 15 manat cərimə, 08.07.2019-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 880 manat olan İMEİ kod **********9073230 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar, İMEİ kod **********85006 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar üçün ümumilikdə 380 manat olmaqla ondan 346 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 600,8 manat olan İMEİ kodu **********39191 olan Xiaomi Redmi T8 markalı telefon üçün ümumilikdə 402,8 manat olmaqla ondan 366,8 manat ödənilməmiş hissə, 36 manat cərimə borcu hesablanmışdır. 12.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat olan İMEİ kodu **********28611 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 259 manat olmaqla ondan 236 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 1179,5 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.12.2019-ci il tarixdə 01117116 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 372 manat olan İMEİ kodu **********57267 olan Samsung Galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.07.2019-ci il tarixdə 00769267 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 880 manat olan İMEİ kod **********9073230 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar, İMEİ kod **********85006 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full aksesuar Cavabdeh nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 44 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.02.2020-ci il tarixdə 20086434 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 600,8 manat olan İMEİ kodu **********39191 olan Xiaomi Redmi T8 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 146 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.11.2019-cu il tarixdə 01045000 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat olan İMEİ kodu **********28611 olan Samsung Galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 36 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 11.12.2019-ci il tarixli müqavilə üzrə 156,5 manat ödənilməmiş hissə və 15 manat dəbbə borcu, 08.07.2019-ci il tarixli müqavilə üzrə 346 manat ödənilməmiş hissə, 34 manat dəbbə borcu, 08.02.2020-ci il tarixli müqavilə üzrə 366,8 manat ödənilməmiş hissə, 36 manat dəbbə borcu, 12.11.2019-cu il tarixli müqavilə üzrə 236 manat ödənilməmiş hissə, 23 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər dörd müqavilə üzrə 1105,3 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 108 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1105,3 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 108 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11.12.2019-ci il tarixdə 01117116 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 156,5 manat ödənilməmiş hissə, 15 manat cərimə, 08.07.2019-ci il tarixdə 00769267 saylı alqı-satqı müqaviləsinə əsasən 346 manat ödənilməmiş hissə, 34 manat cərimə, 08.02.2020-ci il tarixdə 20086434 saylı alqı-satqı müqaviləsinə əsasən 366,8 manat ödənilməmiş hissə, 36 manat cərimə, 12.11.2019-cu il tarixdə 01045000 saylı alqı-satqı müqaviləsinə əsasən 236 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu ümumilikdə 1213,3 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11.12.2019-ci il tarixdə 01117116 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 156,5 manat ödənilməmiş hissə, 15 manat cərimə, 08.07.2019-ci il tarixdə 00769267 saylı alqı-satqı müqaviləsinə əsasən 346 manat ödənilməmiş hissə, 34 manat cərimə, 08.02.2020-ci il tarixdə 20086434 saylı alqı-satqı müqaviləsinə əsasən 366,8 manat ödənilməmiş hissə, 36 manat cərimə, 12.11.2019-cu il tarixdə 01045000 saylı alqısatqı müqaviləsinə əsasən 236 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu ümumilikdə 1213,3 manat (min iki yüz on üç manat 30 qəpik) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2849/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2849/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver