Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2859/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan respublikası Prezidentinin İşlər İdarəsi X4, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixli 09* nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin 21.0*.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında ” əmrdən çıxarışın Ərizəçi Əliabbas qızına məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili bildirdi ki, Ərizəçi Əliabbas qızı xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 21.11.200*-ci ildə keçmiş Əzizbəyov (indiki Xəzər) RPİ tərəfindən ərizəçinin adına verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində ərizəçinin ad,soyad və ata adı müvafiq olaraq Ərizəçi kimi qeyd olunmuşdur. xx.xx.1999-cu il tarixli 09* nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyəti üzrə çıxarışda və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin 21.0*.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında ” əmrdən çıxarış verilmişdir. Orada onun adı Validə kimi göstərilmişdir. Bu sənədlər əsasında ərizəçiyə ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq çıxarışın verilməsi üçün DƏDKR PHŞ-ə müraciət etmiş, həmin qurum bu sənədlərə dair arxiv arayışını almalı olduğunu, bunun üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 müraciət etməli olduğunun bildirilmişdir.Həmin sənədlər əsasında ərizəçi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 müraciət etmiş və orada şəxsiyyət vəsiqəsinə və sənədlərə baxaraq ad, soyad və ata adı texniki səhv nəticəsində X1 qeyd olunduğu müəyyən edilərək, arxiv arayışının verilməsindən şifahi olaraq imtina edilmiş və sənədin ərizəçiyə məxsus olması faktını təsdiq edən qətnamə təqdim etməli olduğu bildirilmişdir. Hal-hazırda texniki səhv ərizəçinin mülkiyyət hüququ əldə etməsinə mane olur. Məhkəmə iclasında məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-ci il tarixdə doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 03.0*.2024-cü il tarixli 1-2- 28/2-340/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-2108 saylı kodla X* 0,10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. xx.xx.1999-cu il tarixli 09* nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayılması haqqında ” Abşeron rayon İcra Hakimiyyətinin sərəncamından görünür ki, X7 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.*). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları , Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 09* nömrəli sərəncamının və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin 21.0*.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında ” əmrdən çıxarışın X* məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 09* nömrəli sərəncamının və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin 21.0*.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında ” əmrdən çıxarışın X* məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 21*-220, 227, 30*, 307, 3*8, 3*0 və 3*2-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 09* nömrəli sərəncamının və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfati müəssəsinin 21.0*.2003-cü il tarixli 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayılması haqqında” əmrdən çıxarışın X* məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2859/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2859/2024
02.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver