Məhkəmə qərarları › İş №2(003)-286/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-286/2022

10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-286/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Zəkəriyyə oğlunun, Cavabdeh X17, Cavabdeh2 Zəkəriyyə oğlunun, X10 nümayəndəsi və vəkili X29 iştirakı ilə, İddiaçı Zəkəriyyə oğlunun cavabdehlər X18, X19, Cavabdeh3, X13, Azərbaycan Respublikasının Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Zəkəriyyə oğlu ərizə ilə məhkəməyə müraciət edərək, X6 öldükdən sonra ünvan 1 mirasın qəbul edilmə faktının müəyyən edilməsi və həmin miras əmlaka vərəsəlik qaydasında mülkiyyət hüqunumun tanınaraq müvafiq çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edildməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun atası X6 şəxsi mülkiyyətində olmuşdur. Atası 25 mart 1996-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra o, ünvan 1 tərəfindən faktiki olaraq qəbul edilərək idarə edir. Atası vəfat etdikdə sonra atasına məxsus olan Bakı şəhəri, Kiyev prospekti 7caylı evin 2 saylı mənzili bacısı Cavabdeh1 vəsiyyət etmişdir. Bu səbəbdən də tərəflərindən həmin mənzili qəbul etməkdən imtina edib, bu barədə notariat kontoruna ərizə ilə müraciyət etmişlər. Bacısı da həmin mənzili öz adına rəsmiləşdirmişdir. Hazırda mübahisəli ünvan 1 ünvanı ilə əlaqədar bacısı məhkəməyə müraciət edərək, bu mənzilin də onun adına rəsmiləşdirilməsini tələb etmişdir. İki vərəsə olan qardaşları X14 və X23 vəfat etmişlər. Lakin onların övladları vardır Məhkəmənin qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndiriliən əmlak miras qoyanın ölümü vaxtı miras kütləsinə daxil olmadığı üçün digər vərəsələrin məcburi paydan imtinalarını gələcəkdəki əmaka imtinaları kimi qəbul etmək yolverilməzdir. Bu əmlak X6 öldükdən sonra miras kütləsinə daxil edilməmişdir. Bu əmlak 08 aprel 2019-cu ildə X6 adına ilkin qeydiyatdan keçmişdir. Hazırda tərəfindən vərəsəlik haqda şəhadətnamə almaq üçün 12 saylı notariat kontoruna müraciət etdikdə ona imtina verərək bildirmişlər ki, onlar tərəfindən ancaq bacısı yeganə vərəsə kimi tanınmışdır və digər vərəsələrə şəhadətnamə verə bilməyəcəkdir. O miras mülki qəbul edərək idarə edir. Ona görə də, miras mülkə vərəsə o sayılırar. Digər vərəsələr notariat kontoruna getmirlər ki, onları da vərəsə kimi tanınmağına maneəçilk edirlər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun atasından qalan miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə və 1/6 paya onun vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsi DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin 1/6 paya onun vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsi DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi hissəsindən xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı Zəkəriyyə oğlu izahat verərək bildirdi ki, Zəkəriyyə Nəcəfqulu oğlundan bağ sahəsi qalmışdır. Ataları ölən zaman bu bağ sahəsi özəlləşdirilməmiş və həmin vaxt miras kütləsinə daxil olmamışdır. Ataları ölən zaman atalarından Bakı şəhəri, Akim Abbasov prospekti 7 saylı evin 12 saylı mənzili miras kimi qalmışdı. Analarının təkidi ilə o və digər vərəslər bu miras paydan imtina etmişlər. X1 və X11ən başqa həmin vaxt bu iş üzrə cavabdeh olan bacıları Leyla atalarından bu evini miras kimi gəbul etmişdir. Sonradan bacıları Ədalətlə payının düzgün bölünməməsi ilə əlaqədar mübahisə etmişdir. Lakin miras o qaydada bölünmüş və qüvvədə qalmışdır. Sonradan 2019-cu ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əncirlik özəlləşdirib atalarının adına çıxarış almışdır. Çıxarşı alınandan sonra küçəsi 5 ünvanında bağı özəlləşdirib atalarının adına çıxarış almışdır. Cavabdeh bacısı ünvan 2 ünvanda bağın da ona verilməsi tələbi ilə Xəzər rayon məhkəməsinə müraciət etmiş, lakin işə baxan məhkəmə ilkin olaraq notariat kontoruna müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh bacısı başqa bir iddia ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, yenidən ünvan 4 ünvanda bağın da onun adına rəsmiləşclirilməsini tələb etmişdir. Yasamal rayon məhkəməsinin 29.01.2021-ci il tarixli qətnaməsi ilə, göründüyü kimi mübahisəli əmlaka dair vərəsəlik işi mərhum atalarından qalmış paylar müəyyənləşdikdən sonra çıxarış alınmış və bu miras kütləsi miras əmlaka daxil olmamışdır. Bu əsaslarla iddia rədd olunmuşdur. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı Bakı Apeyllyasiya məhkəməsinə şikayət verir. Bakı Apellyasiya Məhkəməsin də 03.05.2021-ci il tarixlə qətnaməsi ilə eyni əsaslarla hazırda mübahisələndirilən ünvan 6 ünvanda yerləşən torpaq sahəsi həmin vaxt X6 adına mülkiyyət hüququ ilə qeydə alınmamış, bunula da 25.03.1996-cı ildə Zəkəriyyə Usyenovün ölümü ilə əlaqədar ondan qalan miras kütləsinə daxil olmamışdır. Həmin torpaq sahəsi 08.04.2019-cu il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Belə olan halda digər vərəsələrin Bakı şəhəri, Akim Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilinə dair məcburi paydan imtinalarını gələcək əmlak barəsində də imtina kimi qəbul etmək yolverilməzdir. Bu qətənamədən narazı qalan iddiaçı Ali məhkəməyə kassasiya şikayəti vermiş və şikayət təmin olunmamış və qətnamə prossesual pozuntu səbəbəndən ləğv olunmuş və kassasiya şikayəti təmin olunmamışdır. Kassasiya intstansiyası məhkəməsi onu da qeyd etmişdir ki, “Apellyasiya məhkəməsi qənaətinə görə vətəndaşların qanuni istifadəsindəki bağ (torpaq) sahələrnin qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsiinin əsasını müəyyən edən “Torpaq islahatı haqqında” Qanun 16.07.1996-cı ildə yəni X8 ölümündən təxminən 4 ay sonra qəbul olunmuşdur. Belə olan halda isə onun ölümü ilə vərəsəliyin açıldığı vaxt həmin torpaq sahəsinin miras kütləsinə daxil olması mümkün deyildir”. Hazırkı məhkəmə iclasında cavabdeh olan qardaşı X17 əvvəl çıxış edərək bildirdi ki, guya o bu bağ sahəsini təzəlikcə gəlib yaşayır. Lakin sonradan çıxışında bildirdi ki, Buzovna Mərdəkan yolunun çəkilişi ilə əlaqədar qardaşı Yaşarın yaşadığı şəxsən onun əli ilə 1970-ci illərdə tikdiyi evin dövlət tərəfindən söküldükdən sonra evin bir hissəsini bərpa etmiş, yenidən hasar çəkmiş yeni darvaza qoyaraq orada səhətiilə əlaqədar yaşayır. Evin onun tərəfindən tikiliməsini prokurorluqda aparılan istintaq sənədlərində cavabdehlər etiraf etmişdir. Daha sonra tərəfindən bu bağ sahəsində komunal xərclərin ödənilməsinə dair qəbzləri təqdim etdikdə isə bildirdi ki, bağda iki sayğac mövcuddur. Biri onun digəri isə bacısının adınadır. Onun bu torpaq sahəsində tikilidə yaşamığının daha bir subutu da Xəzər rayon prokurrluğunun 02 noyabr 2012-ci il tarixli qərarında öz əksini tapmışdır. Qərarda dindirilmiş bacı və qardaşları atasının ölümündən sonra anası ilə gəlib qalmağını etiraf edirlər. Sonradan da sökülmüş evin bir hissəsini bərpa edib orada yaşadığını ifadələrində bildirirlər. Bütün bunlar onu göstərir ki, ünvan 4 ünvanda bağ sahəsi tərəfindən atası öləndən sonra faktiki qəbul edilmiş və hazırkı günə kimi də idarə olunur. Leyla Usyenovanın etirazda göstərdiyi bir mirasdan imtinanın bu miras məsələsinə aid olmadığı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin, Bakı Apeyllyasiya Məhkəməsinin və ən sonda Azərbaycan Respublikası Ali məhkəməsinin qərarında da öz əksini tapmışdır. (23.02.2005-ci ildə Cavabdeh1 adına 12 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik haqda şəhadətnamədən açıq görünür ki, şəhadətnamə ancaq vəsiyət edilmiş Akim Abasov 7 mənzil 12 yə aiddır). Məhkəmə iclasında X17 bildirdi ki, iddia ərizəsində də qeyd edildiyi kimi ataları X12 25 mart 1996-cı ildə vəfat etmişdir. Ondan miras qalan əmlaka dair mübahisə olmuş, lakin tərəflər sonradan mübahisəni sülh yolu ilə həll etmiş və nəticədə hazırkı iddiaçı miras əmlakın qəbulundan digər vərəsənin, yəni Cavabdeh1 xeyrinə imtina etmişdir. Həmin imtinaya əsasən miras əmlak ancaq iki vərəsə Cavabdeh1 və X19 arasında bölünmüşdür. Bununla da atalarından miras qalmış bütöv əmlak böyük hissəsi bölünmüşdür. Məhkəmə iclasında Cavabdeh2 Zəkəriyyə oğlu bildirdi ki, iddianı qəbul edir. Mübahisəli torpaq sahəsi 1996-cı ildən bağ kimi istifadə olunub. Yaşar həmin bağda daimi yaşayıb. Hamlet işdə olduğundan bağda olmurdur. Mübahisəli bağda olan evi o və Nazim tərəfindən bərpa edilmişdir. Leyla və Yeganə mübahisə bağda əvəllər yaşamamışlar. Lakin sonradan bağa gəlib yaşamışlar və hazırda da bağdan çıxmırlar. Məhkəmə iclasında X10 nümayəndəsi və vəkili X38 bildirdi ki, iddiaçının iddiası əsassızdır. Hazırkı tələb üzrə mübahisə predmeti əvvəlki işin davamıdır. Qeyd edilən mübahisə hüzrə qüvvədə olan qətnamə vardır. Həmin mübahisəli bağda hazırkı mülki iş üzrə cavabdeh olan Leyla və Yeganə yaşayır. Həmçinin iddiaçı miras əmlakın qəbulundan digər vərəsənin, yəni Cavabdeh1 xeyrinə imtina etmişvə qüvvədə olan mülki qanunvericiliyə görə miras əmlakdan qismən imtina nəzərdə tutulmur. İddiaçının mirasdan imtinası mərhum Zəkəriyyə Useynovdan miras qalmış bütün əmlaklara şamil edilməlidir. Qeyd edilənlərə əsasən iddanın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3 və Azərbaycan Respublikasının Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh3 və Azərbaycan Respublikasının Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işd iştirak edən şəxslərin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.08.2019-cu il tarixli 05/3458/69 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Zəkəriyyə oğlu barəsində Azərbaycan Respublikası Ədliyyə Naziriyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 30.08.2019-cu ilədək aşkar edilmiş məlumatlar: ata X12 - 25.03.1996-cı ildə ölmüşdür, ana Useynova Şövkət xanım Rüstəm qızı 23.11.2016cı ildə ölmüşdür, qardaş: X24 xx.xx.1950-cı ildə doğulmuşdur, qardaşı X25 xx.xx.1957-ci ildə doğulmuşdur, bacısı Cavabdeh3 xx.xx.1960-cı ildə doğulmuşdur, bacısı X20 xx.xx.1964-cü ildə doğulmuşdur, qardaşı X14 - 04.10.2009-cu ildə ölmüşdür, qardaşı X23 - 29.08.2012-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seruya RX ******* nömrəli 08.04.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı sahə X2 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli 2(004)-92/2021 nörməli qətnaməsindən gürünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(103)- 3863/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli 2(004)-92/2021 nörməli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli 2(004)-92/2021 nörməli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.12.2021-ci il tarixli 2(102)-6115/2021 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(103)-3863/2021 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(103)-3863/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı ünvan 7 ünvanında yerləşən. torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda 23.02.2005-ci il tarixdə 2V -1-53 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin surətindən görünür ki, İddiaçı Zəkəriyyə oğlunun 12 saylı notariat kontoruna ünvanlamış olduğu ərizədə onun 25.03.1996-cı il tarixdə vəfat etmiş atası X3 Bakı şəhəri A.Abbasov küçəsi ev 7 mənzil 12-də miras mənzil qalmışdır. Həmin mirasdan ona düşən payı qəbul etməmiş, etnir və gələcəkdə bu iddia ilə məhkəməyə müraciət etməyəcəyi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı Dövlət Notariat kontorunda saxlanılan 24.07.1992-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 8 X9 tərəfindən Cavabdeh1 vəsiyyət edilmişdir. İş materiallarında olan Xəzər Rayon Hərbi Komissarlığından verilmiş 11.02.2011-ci il tarixli 59 nömrəli arayışdan görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı Zəkəriyyə oğlu həqiqətən Bakı şəhəri Əzizbəyov rayon komissarlığı tərəfindən 12.11.1975-ci ildə Mərdəkan qəsəbəsi Əncirli 5 ünvanndan hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə görə Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1172-ci maddəsinə əsasən Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1259-cu maddəsinə görə Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X24, X25, Cavabdeh3, X20, X14, X4 X26 vərəsələri olmuşlar. Vərəsələrin atası X12 - 25.03.1996-cı ildə, anası Useynova Şövkət xanım Rüstəm qızı 23.11.2016-cı ildə ölmüşdür. X12 24 iyul 1992-ci ildə ünvan 8 ünvanında yerləşən əmlakını ölümündən sonra Cavabdeh1 vəsiyyət edilmişdir. İddiaçı Zəkəriyyə oğlu 25.03.1996-cı il tarixdə vəfat etmiş atası X3 miras qalan Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilinə olan miras payından imtina etmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı sahə X2 ölümündən sonra 08.04.2019-cu il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan kecmişdir. İşdən göründüyü kimi X3 öldüyü günə miras kütləsinə daxil olan əmlak Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzil olmüşdur. Həmin əmlakı ölən şəxs sağlığında qızı Cavabdeh1 vəsiyyət etmişdir, İddiaçı Zəkəriyyə oğlu və digər məcburi paya almaq hüququna malik olan vərəsələr vəsiyyətnamə əsasında onlara düşən məcburi paydan imtina etmişlər və Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilə dair Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. X3 miras qalan əmlaklardan Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzil vəsiyyətnamə üzrə vəsiyyət edilsə də, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı evə dair vəsiyyətnamə olmadığından, qanun üzrə miras kütləsinə daxil edilmişdir və həmin miras əmlak qanun üzrə vərəslər üzrə bölüşdürülməlidir. Məhkəmə işin faktiki hallarını qanunvericiliyin yuxarıda sadalanan müddəalarına uyğun tətəbiq edərək hesab edir ki, İddiaçı Zəkəriyyə oğlu vəsiyyət üzrə məcburi paydan imitna etməsi, onun qanun üzrə miras əmlakdan imtina etməsi kimi qiymətləndirilməsi yolverilməzdir və iddiaçının qanun üzrə düşən miras əmlaka hüquqları qanuni və əsaslıdır. Bunan başqa Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı ev miras kütləsinə 08 aprel 2019-cu ildən daşınmaz əmlakın dövlət reyestrinə X5 adına qeydiyyata alındığı andan daxil olmuşdur. Məhkəmə belə olan halda da qeyd edir ki, X5 ölümü ilə ondan qalan vəsiyyət üzrə Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilə dair vərəslərin məcburi paylaran imtinası onların miras qoyanın gələcək miras əmlakdan imtinası kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin miras əmlakı qəbul etmə faktına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş üzrə tərəflərin məhkəmə iclasında verilmiş olduğu izahatlarından görünür ki, hazırkı mülki iş üzrə İddiaçı Zəkəriyyə oğlunun ünvan 9 ünvanında yaşamışdır. Həmçinin işdə olan Əzizbəyov(Xəzər) Qaz istismarı İdarəsi ilə İddiaçı Zəkəriyyə oğlu arasında müqavilələr bağlanmış, müxtəlif illərdə qaz sayğacı istismara qəbulu iddiaçının adına rəsmişləşdirilmiş, habelə işdə olan Xəzər rayonu prokurorluğunun “X16 intihar edərək ölməsi faktı” əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi üzrə icraata xitam verilməsi haqqında 02 noyabr 2012-ci il tarixli Qərarında iş üzrə şahid qıismində dindirilmiş şəxslərin ifadəlrindən görünür ki, Mərdəkan qəsəbəsi Əncirli 5 ünvanında iki ev olmuş, onlardan birində Nazim anası Şövkət Useyova ilə birlikdə yay aylarında gəlib yaşamışlar. Eyni zamanda Xəzər Rayon Hərbi Komissarlığından verilmiş 11.02.2011-ci il tarixli 59 nömrəli arayışdan görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı Zəkəriyyə oğlu həqiqətən Bakı şəhəri Əzizbəyov rayon komissarlığı tərəfindən 12.11.1975-ci ildə Mərdəkan qəsəbəsi Əncirli 5 ünvanından hərbi xidmətə çağırılmışdır. İşin hallarından görünür ki, iddiçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Zəkəriyyə oğlunun Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı evə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar