Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-286/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İBnin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin nümayəndələri tərəfindən birtərəfli qaydada tərtib olunmuş Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* No-li Aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən mənə əsassız hesablanmış (**********01078 saylı abonent hesabına, sayğac №-si ********) 4180,75 (dörd min yüz səksən, yetmiş beş) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus olub ünvan 1 ünvanında yerləşən evə (**********01078 saylı abonent hesabına, sayğac №-si ********) Cavabdeh tərəfındən 04 sentyabr 2024-cü il tarixə əsassız olaraq 4180,75 (dörd min yüz səksən, yetmiş beş) manat məbləğində borc hesablanmış, borcun ödənilməsi barədə 04 sentyabr 2024-cü il tarixdə ünvanına bildirişxəbərdarlıq göndərilmiş, daha sonra da həmin ünvana təbii qazın verilməsi dayandırılmışdır. Bildirir ki, həmin ünvanda əvvəllər quraşdırılmış mexaniki qaz sayğacı nasaz olduğuna görə cavabdehin nümayəndələri tərəfindən çıxarılaraq laboratoriyaya göndərilmiş və yerinə 08 dekabr 2023-cü il tarixdə 75019029 №-li yeni mexaniki sayğac quraşdırılmış, həmin vaxt cavabdehin nümayəndələri ona qazdan istifadə qaydalarının pozulması halı aşkar olunmadığını bildirmiş və yeni sayğaca bir plomb vurub getmişlər. Cavabdehin nümayəndələri əvvəlki sayğacı çıxarıb yenisini quraşdırana qədər hər ay köhnə sayğaca nəzarət etmiş və qaz sərfiyyatının dəyərinin ödənilməsini tələb etmişlər. O da onların verdikləri qəbzdə göstərilən məbləği ödəmişdir. Lakin yeni sayğac quraşdırıldıqdan sonra cavabdehin nümayəndələri tərəfindən onun iştirakı olmadan və ona məlum olmayan yerdə köhnə qaz sayğacının çıxarılması, yenisinin quraşdırılması və istismara qəbulu haqqında Akt tərtib edilmişdir. Daha sonra cavabdehin nümayəndələri tərəfındən Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında birtərəfli qaydada ******* №-li Akt tərtib edilmiş, həmin aktda göstərlən ünvanda əvvəllər quraşdırılmış mexaniki qaz sayğacı çıxarılaraq laboratoriyaya göndərildikdən sonra guya 2 (iki) ay ərzində qaz sayğacı olmadan qazdan istifadə etdiyinə görə ona 705,00 (yeddi yüz beş) manat məbləğində borc hesablanmışdır. Bu, cavabdehin tamamilə əsassız iddiasıdır, çünki, əvvəlki mexaniki savğac cavabdehin nümayəndələri tərəfindən çıxarılaraq laboratoriyaya göndərildikdən dərhal sonra - 08 dekabr 2023-cü il tarixdə yerinə 75019029 №-li yeni mexaniki sayğac quraşdırılmışdır. Belə olan surətdə Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması barədə birtərəfli qaydada, onun iştirakı olmadan akt tərtib edilməsi və 2 (iki) aya görə mənə 705,00 (yeddi yüz beş) manat məbləğində borc hesablanması tamamilə əsassızdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 təbii qazdan qeyri qanuni istifadəyə görə Cavabdehnə vurduğu 4188,257 (dörd min yüz səksən səkkiz manat iyirmi beş qəpik) maddi ziyan məbləğinin və 61,89 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SVVİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəriqaz İB iddia tələbini onunla əsaslandırmışdır ki, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə isə cavabdeh X3 iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin onun **********01078 istehlakçı hesabına yazmış olduğu 4188.25 (dörd min yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Əməkdaşları tərəfindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X1 mənzilində quraşdırılmış qaz sayğacına və çəkilmiş qaz xətlərinə baxış həyata keçirdikləri zaman onun müxtəlif illərdə və aylarda təbil qazdan qaz sayğacına müdaxilə, sayğacdan kənar əlavə xətt və sayğacsız olaraq istifadə faktları aşkar edilmişdir. Belə ki, aşkar olunmuş nöqsanlara görə istehlakçıya 2022-ci ildə 705,72 manat ümumilikdə 4188,25 manat məbləğində Cavabdehnə ziyan vurduğu müəyyən edilmişdir. Nəticədə istehlakçının bu günə olan borcu 4188,25 manat təşkil edir. Faktla bağlı əməkdaşları tərəfindən aktlar, dəymiş ziyan hesabatları tərtib etmiş və faktları təsdiq edən fotoşəkillər çəkilmişdir. Daha sonra Cavabdeh nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 təbii qazdan istifadəyə görə Cavabdehnə yaranmış 4188,25 (dörd min yüz səksən səkkiz manat iyirmi beş qəpik) debitor borcun və 61,89 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SVVİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək ilkin iddianın təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh quruma hazırki borcla bağlı sorğular göndərilməsinə baxmayaraq cavab almamışlar. Azəriqaz İB tərəfindən tələb edilən 4188,25 manat debitor borcu qəbul etmir. Həmin ünvanda 2022-ci ildə yaşayış olmadığı müddətdə sərfiyyat hesablanmışdır. İstehlakçı həmin vaxt orada yaşamadığından təbii qazdan istifadə etməyib, sərfiyyat qaz sızması nəticəsində baş vermiş ola bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, saldodan görünür ki, akt əsasında istehlakçıya yalnız 1277,98 manat məbləğində borc hesablanmışdır, iddiaçı silinməsini tələb etdiyi borcun qalanı isə sərfiyyat nəticəsində yaranıb. Məhkəmədən qarşılıqlı iddia tələbinin təmin edilmiəsini ilk iddianın rədd olunmasın xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01078 sayla qeydiyyata alınmış abonent abonent İddiaçı 2024-cü ilinə cəmi 4080,75 manat borcu (2022-ci ilin fevral ayında akt əsasında hesablanmış 1277,98 manat borc, 2802,77 manat təbii qazdan istifadəyə görə yaranmış borc) vardır. İş materiallarında olan qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ötən ilin müvafiq dövrünün hesabatına əsasən 2 ay ərzində istehlakçıya 5881,0 kub metr sərfiyyat hesablanmış, həmin sərfiyyta görə abonentə 1277,98 manat zərər hesablanmışdır. Tərtib edilmiş akta imza etməkdən imtina edilmişdir. İş materiallarında olan Cavabdeh İstehsalat Biriliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Gənclik küçəsi döngə 2 ev 1 ünvanına texniki müayinə keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Gənclik küçəsi döngə 2 ev 1 ünvanında elektrik enerjisinin sərfiyyatına dair məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 4.6-cı maddəsinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci maddəsinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin ötən ilin müvafiq dövrünün hesabatına əsasən sayğacın olmadığı 2 ay üçün akt tərtib olunmaqla zərər hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt ilk iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdirBelə ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir.Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh İB-i tərfindən aktın tərtib olunmasına əsas olmuş hallar məhkəməyə təqdim olunmamışdır. Belə ki, aktı tərtib olunmasına əsas kimi qaz sayğacının işləməsinni göstərsələrdə bunu təsdiq edə\cək sübutlar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib olunarkən sayğacın işləmədiyi dövür kimi xx.xx.2021-xx.xx.2021-ci il tarixləri göstərilsədə abonent saldosundan görünür ki abonenti 2021-ci ilin noyabr ayı üçün təbii qazdan istifadəyə görə syğac göstəricisi olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın normalarından da göründüyü ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin həmin qaydaların tələbinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1277,98 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 1277,98 manat məbləğində zərin silinməsi hissəsində ilk iddia təmin edilməli, İddiaçı abonent hesabına (abonent kodu **********01078) hesablanmış 1277,88 manat məbləğində borc silinməli, qarşılıqlı iddia tələbi isə həmin hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbinin qalıq (debitor) borc hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbinin həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli, ilk iddia isə həmin hissədə təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində cavabdehin 4188,25 manat (debitor) borcunun olduğunu göstərsə də, abonent saldosundan müəyyən olunur ki, cavabdehin istifadə etdiyi təbii qaza görə 2802,77 manat qalıq (debitor) borcu vardır. Həmçinin istehlakçının vəkili və nümayəndəsinin çıxışı zamanı ilkin iddiaçının 2022-ci il tarixdən təbii qazdan istifadə etmədiyini və həmin ünvanda yaşamadığını qeyd edərək, həmin dövrə hesablanmış istehlak borcunun qaz sızması nəticəsində baş verdiyi bildirmişdir. Lakin, məhkəmə iclasında aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qaz sızması mövcud deyil. Belə ki, abonentin saldosundan görünür ki, 2022-ci ilin iyul ayına kimi sərfiyyat olsa da iyul ayından 2023-cü ilin dekabr ayınadək heç bir sərfiyyat hesablanmamışdır. Qaz sızması olduğu halda, istehlakçının iyul ayından sonra da sərfiyyat borcu mövcüd olardı. Beləliklə, istehlakçı tərəfindən təqdim edilən arqumentlər, qaz sızması mövcud olmadan istehlakın olmadığı və sızma nəticəsində hər hansı bir zərərin yaranmadığını əsaslı şəkildə sübut edilməyib. Məhkəmə hesab edir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, abonent tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla təbii qazdan faktiki istifadəyə görə İddiaçı 2802,77 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İlk iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, ilk iddianın təmin edilmiş hissəsinə uyğun 32,78 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin ödənilmiş 61,89 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, 48,02 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh İB-nin xeyrinə tutulmalı, qalan 13,87 manat məbləğində ödənilmiş dövlət rüsumu qurumun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilk və qarşılıqlı iddia qismən əsaslıdır. Buna görə də ilk iddia və qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01078) hesablanmış 1277,88 manat məbləğində borc silinsin. 32,78 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 2802,77 manat borc və 48,02 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdehnə ödənilsin. Ödənilmiş 61,89 manat məbləğində dövlət rüsumunun qalan 13,87 manatı Cavabdehnə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-286/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-286/2025
09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver