Məhkəmə qərarları › İş №2(003)-2869/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2869/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2869/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşıpul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 39 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, cəmi 198 manat və 20 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, “Samsung J4” markalı və “Huawei Y520” markalı telefonlar almış və məhsulun qaytarılmasından sonra ümumilikdə 237 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən qiyməti 56 manat olan məhsulun, qaytarılmasından sonra 36 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu qalmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 480 manat olan “Samsung J4” markalı və “Huawei Y520” markalı telefonlar üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00626235 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 480 manat olan “Samsung J4” markalı və “Huawei Y520” markalı telefonlar Cavabdehə nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 20118343 saylı razılaşma bağlanmışdır. Göstərilən razılaşmaya əsasən 00626235 nömrəli müqavilə üzrə əldə edilmiş “Huawei Y520” markalı mal müştərinin istəyi ilə “xxxxxxxxxxx” MMC tərəfindən 56 manat məbləğində qiymətləndirilərək həmin məbləğ müştərinin həmin telefon üçün qalıq qalmış 112 manat məbləğində borcundan çıxılmış və cavabdeh tərəfindən 2 manat ödəniş edilməklə qalan borc məbləği 3 ay müddətində hər ay 18 manat olmaqla cavabdeh tərəfindən ödənilməsi barədə öhdəlik götürülmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, cəmi 198 manat, xx.xx.2020-ci il tarixli razılaşma üzrə 36 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu, cəmi 39 manat borcu mövcuddur. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildilir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli razılaşma üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və nisyə alqı-satqı müqaviləsinə əsasən 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, razılaşma üzrə isə 36 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin və razılaşmanın şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixdə 00626235 saylı alqı-satqı müqaviləsinə əsasən 180 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 198 manat, xx.xx.2020-ci il tarixdə 20118343 saylı razılaşmaya əsasən 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 39 manat, ümumilikdə 237 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat alınaraq iddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə 00626235 saylı alqı-satqı müqaviləsinə əsasən 180 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 198 manat, xx.xx.2020-ci il tarixdə 20118343 saylı razılaşmaya əsasən 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 39 manat, ümumilikdə 237 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat alınaraq iddiaçı «xxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar