Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-287/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə orqanı) X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16.08.*004-cü il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16.08.*004-cü il təvəllüdlü oğlu X* iflic xəstəliyindən əziyyət çəkir və müddətsiz birinci dərəcəli əlillik müəyyən olunmuşdur. Oğlu ailəsi ilə birlikdə qalır və onu ərizəçi saxlayır. Xəstəliyinin səbəbindən o öz hərəkətlərinin mənasını başa düşmür və həmin hərəkətlərə rəhbərlik edə bilmir. Belə ki, oğlu X6 qeyd olunan xəstəliyin əlamətləri - əqli ləngimə, duyğu orqanlarında (görmə və eşitmə azlığı), qavrama, davranış pozğunluqları və s. vardır və bu xəstəliyin nəticəsində də hərəkətlərini idarə etməkdən tam məhrumdur. Xüsusi diqqət və qayğıya ehtiyacı vardır. Hesab edir ki, eyni zamanda ona qəyyum təyin olunmalıdır. Ona görə də oğlu X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərinə qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi dəqiqləşdirmə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 16.08.*004-cü il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsi müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 Nadir Fariz oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsinin surətindən görünür ki, X1 spastik serebral iflic, tetraplegik forma, spastik tetraplegiya diaqnozu ilə müddətsiz əlillik və əmək qabiliyyətsiz olması diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari X15 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” , X16 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X1* 1186* saylı X10 Vərəqinin sürətindən görünür ki, X11 *8.09.*0**-ci il tarixdə müayinə olunub və ona G-80 uşaq serebral iflicinin davamedən qalıqları, spastik tetraplegiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X11 16.08.*004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 06.1*.*0**-ci il tarixli 3*6* saylı rəyindən görünür ki, X6 uşaq serebral iflici ilə əlaqədar yaranan ağır əqli gerilik qeyd olunur. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. 16.08.*004-cü il təvəllüdlü X11 onda müəyyən edilmiş əqli gerilik ilə əlaqədar öz hərəkətlərini ölçüb-biçmək onları idarə etmək iqtidarında deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, X11 ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 06.1*.*0**-ci il tarixli 3*6* saylı rəyinə əsasən X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam başa düşmək və öz hərəkətlərinə tam rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.*-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X11 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X11 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X11 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 16.08.*004-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.*-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin *17.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 16.08.*004-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-287/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-287/2023
15.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver