Məhkəmə qərarları › İş №2(003)-287/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-287/2024

26.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-287/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, Üçüncü şəxs X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2 (üçüncü şəxs X20) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka pay hüququnun tanınması və şəhadətnamənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci tarixdə 2V-267 və 2V-268 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı, miras əmlakların qanun üzrə yenidən bölünməsi, atası X10 miras əmlakların İddiaçı1 və İddiaçı2 1/3 pay hissəsinə vərəsəlik hüquqlarının tanınması, onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, onlar barəsində vərəsəlik işi açılmış X10 övladlarıdırlar. Belə ki, ataları X21 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. ** KS *** dövlət qeydiyyat nişanlı “Kia Rio” minik markalı və ** BN *** dövlət nömrə nişanlı, “Mercedes C220” minik markalı nəqliyyat vasitələri ondan miras qalmışdır. Bununla bağlı tərəflərindən xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün ünvan 2 müraciət etmişlər. Göründüyü kimi tərəflərindən mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmamışdır. Lakin, müraciət etdikləri zaman məlum olmuşdur ki, Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və qardaşları X14 xx.xx.2022-ci tarixdə 2V-267 və 2V-268 reyestr nömrəsi ilə təsdiq edilmiş tam hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirlər ki, verilmiş vərəsəlik şəhadətnaməsi üçün əsas olmuş vərəsəlik işində onların haqqında heç bir məlumat yoxdur. Notarius tərəfindən vərəsələrin dairəsi tam araşdırılmamış, həmçinin, vərəsəlik şəhadətnaməsinin verilməsini 6 ay gözləmədən Əskərli Elnura bütöv paya dair şəhadətnamə verilmişdir. Bununla da onların hüquqları pozulmuşdur. Müracətləri zamanı notarius səhvini etiraf etmiş və onlara öz aralarında razılaşmaqlarını təklif etmişdir. Cəhd etsələr də aralarında razılığa gəlmək mümkün olmamışdır. Daha sonra Bakı şəhəri 7 saylı notariat ofisinin səlahiyyətlərini Bakı şəhəri 25 saylı notariat ofisi həyata keçirdiyindən tərəflərindən onlara müraciət olunmuş, lakin artıq vərəsəlik hüququ artıq rəsmiləşdirildiyindən müraciətlərinin təmin olunmasından imtina edilmişdir. X20, öz, hüquqlarını rəsmiləşdirsə də, onların müraciətindən sonra şəhadətnamələri qeydiyyata alınması üçün BDYPİ-yə təqdim etməmişdir və hazırda həmin nəqliyyat vasitələri mərhum ataları X10 adındadır. İşin baxılması zamanı iddiaçılar iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-267 və 2V-268 reyestr nömrəsi ilə təsdiq edilərək X14 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ataları X7 miras qalmış ** KS *** nömrə nişanlı “Kia Rio” minik markalı və ** BN *** dövlət nömrə nişanlı “Mercedes C220” minik markalı nəqliyyat vasitələrinə dair onların 1/3 pay hissəsinə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, atasından miras qalmış nəqliyyat vasitlərinə dair paylarının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X20 iddianın təmin olunmasına etiraz etməyərək izahatında bildirdi ki, atalarından miras qalmış nəqliyyat vasitlərinə dair ¼ hissədə paylarının tanınmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Vİİİ-ЖГ seriyalı, 406278 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş X4 atası X22, anası isə Əskərova Hicran Qəmis qızıdır. -AZ-İ seriyalı 039495 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Sadıxova” soyadı verilmişdir. -X-ЖГ seriyalı, 424709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş X5 atası X22, anası isə Əskərova Hicran Qəmis qızıdır. -Bakı şəhəri 25 saylı Notariat ofisinin İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X10 miras qalmış əmlakına dair Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və X14 xx.xx.2022-ci il tarixdə 2V-267 və 2V-268 reyestr nömrəsi ilə təsdiq edilmiş tam hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ona görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat ofisində mərhum X7 miras qalmış əmlaklarla bağlı vərəsəlik işindən görünür ki: -vərəsəlik işi xx.xx.2022-ci ildə başlanmış, xx.xx.2022-ci ildə qurtarmışdır. -X21 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüş (AZ-İİ 264023 nömrəli ölüm haqqında şəhadətnamənin surəti) - AB 127501 və AC 815894 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, X7 ** BN *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı və ** KS *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı nəqliyyat vasitələri miras qalmışdır. -X16, xx.xx.2022-ci il tarixdə ünvan 2 müraciət edərək xx.xx.2022-ci ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi ev 59-da qeydiyyatda olan X10 öldüyünü bildirmiş və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - XVİ-ЖГ seriyalı, 379543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş X9 atası X22, anası isə X1r. -doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş X13 atası X22, anası isə X2r. -nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X8 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əskərova” soyadı verilmişdir. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə ölmüşdür. -“Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışın surətindən görünür ki, X22 ilə X3 birgə nikahından xx.xx.1992-ci ildə doğulmuş X26 xx.xx.1993-cü ildə ölmüşdür. -X13 ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş atası X7 miras qalmış bütün daşınar və daşınmaz əmlakları qardaşı X9 xeyrinə imtina etmişdir. - xx.xx.2022-ci il tarixli, 2V-268 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X10 vəsərəsi olan X15r və o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Miras əmlak “Kia Rio” minik markalı, ** KS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. -xx.xx.2022-ci il tarixli, 2V-267 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X10 vəsərəsi olan X15r və o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Miras əmlak “Mercedes C 220” minik markalı, ** BN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. -İddiaçı1, xx.xx.2022-ci il tarixdə ünvan 2 müraciət edərək xx.xx.2022-ci ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi ev 59-da qeydiyyatda olan X10 öldüyünü bildirmiş və miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. -İddiaçı2, xx.xx.2022-ci il tarixdə ünvan 2 müraciət edərək xx.xx.2022-ci ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi ev 59-da qeydiyyatda olan X10 öldüyünü bildirmiş və miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, iş üzrə iddiaçıların atası X21 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüş, onun ölümündən təxminən 2 ay 15 gün sonra, yəni xx.xx.2022-ci ildə Bakı şəhəri 7 saylı Notariat ofisində vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə miras qalmış nəqliyyat vasitələrinə dair X14 qanun üzrə vərəsəlik hüququ haqqında 2V-267 və 2V-268 nömrə ilə reyestrdə qeydə alınmış şəhadətnamələr verilmiş, iş üzrə iddiaçılar isə atalarından qalmış miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişlər ki, həmin tarixə, 1 gün əvvəl artıq digər vərəsə olan X14 tam pay əsasında vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Həmçinin iş üzrə müəyyən olunur ki, mərhum X10 dörd vərəsəsi vardır: İddiaçı1, İddiaçı2, X20 və X23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1145 -1147-ci maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, miras fiziki şəxsin ölümü ilə açılır, miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır və miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mirasın açıldığı yer üzrə notariat ofisi vərəsələrin dairəsi müəyyən etməklə açılmış miras haqqında vərəsələlərə xəbər verməli, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tətbirlər görməlidir. Vərəsələr isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdikləri barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verməlidirlər və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqlarını, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir, yəni miras əmlakını faktiki qəbul etməlidirlər. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-267 və 2V-268 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamələr etibarsız hesab edilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən X10 ölümü ilə bağlı vərəsəlik işi xx.xx.2022-ci il tarixdə açılmış, vərəsələrin tam dairəsi müəyyən olunmadan və bunun üçün hər hansı bir tədbir görülmədən bir gün müddətində miras qalmış iki nəqliyyat vasitəsinə dair X9 adına tam pay olmaqla (vərəsə olan X13 imtina ərizəsi nəzərə alınmaqla) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Baxmayaraq ki, vərəsə olan İddiaçı1 və İddiaçı2 miras əmlakdan imtina etməmişlər. Bununla da müəyyən olunur ki, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-267 və 2V- 268 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Məhkəmə, iddia tələbinin iddiaçıların miras əmlaklara dair 1/3 hissədə pay hüquqlarının tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X10 dörd vərəsəsi vardır (İddiaçı1, İddiaçı2, X20 və X23). Qanunvericiliyin tələblərinə əsasən isə onların miras qoyanın uşaqları olmaqla qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş üzrə vəsiyyətnamənin olması isə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X7 miras qalmış ** KS *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı və ** BN *** dövlət qeydiyyatlı nişanlı, “Mercedes Benz C220” minik markalı nəqliyyat vasitələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ hissədə pay hüquqları tanınmalı və onlara bu barədə qanun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V- 267 və 2V-268 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, X7 miras qalmış ** KS *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı və ** BN *** dövlət qeydiyyatlı nişanlı, “Mercedes Benz C220” minik markalı nəqliyyat vasitələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ hissədə pay hüquqları tanınmalı və onlara bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-267 və 2V-268 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. X7 miras qalmış ** KS *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” minik markalı və ** BN *** dövlət qeydiyyatlı nişanlı, “Mercedes Benz C220” minik markalı nəqliyyat vasitələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ (dördə bir) hissədə pay hüquqları tanınsın və onlara bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar