Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2871/2020 14.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81551 olan Xiaomi Mi A2 markalı telefon üçün 272 (iki yüz yetmiş iki) manat ödəııişıııəmiş hissə, 27 (iyirmi ycddi) manat cərimə, cəmi 299 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********86130 Samsung J2 markalı telefon üçün 562 (beş yüz altmış iki) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə borcu cəmi 618 manat, ümumilikdə 917 manat borc, 30 manat dövlət rüsumu, cəmi 947 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Mohsuliyyotli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən o, İMEİ kodu **********91294 olan Xiaomi Mi A2 Lite və İMEİ Kodu **********47344 olan Samsung Galaxy A50 markah telefonlar almış və nəticədə 917 ( doqquz yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı–satqı qiyməti 510 ( beş yüz on ) (yəni 15 ay x 34 manat + () manat ilkin ödəniş) manat olan İMEİ kodu **********91294 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 299 ( iki yüz doxsan doqquz) manat olmaqla ondan, 272 ( iki yüz yetmiş iki )manat ödənişməmiş hissə. 27 ( iyirmi yeddi) manat cərimə; xx.xx.2019–cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 778 ( yeddi yüz yetmiş səkkiz) (yəni 12 ay x 94 manat + 57 manat ilkin ödəniş) manat olan İMEİ Kodu **********47344 olan Samsung Galaxy A50 markah telefon üçün ümumilikdə 618 ( altı yüz on səkiz) manat olmaqla ondan, 562 ( beş yüz altmış iki) manat ödənilməmiş hissə, 56 ( əlli altı) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 454 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00675523 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 510 manat olan İMEİ **********91294 olan Xiaomi Mİ A2 Lite markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 34 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00885968 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 778 manat olan İMEİ kodu **********47344 markalı Samsung Galaxy A 450 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 57 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 272 manat ödənilməmiş hissə və 27 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 562 manat ödənilməmiş hissə, 56 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər iki müqavilə üzrə 350 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 35 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər iki müqavilə üzrə ümumilikdə ödənilməmiş 834 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 83 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehxx.xx.2019-cu il tarixdə 00675523 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 272 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixdə 00885968 saylı alqı-satqı müqaviləsinə əsasən 562 manat ödənilməmiş hissə, 56 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə 00675523 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 272 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixdə 00885968 saylı alqı-satqı müqaviləsinə əsasən 562 manat ödənilməmiş hissə, 56 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz), ümumilikdə 947 (doqquz yüz qırx yeddi) manat alınaraq iddiaçı «xxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2871/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2871/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver